Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 12-01-2023, 17:44
İrəvanla Bakı arasında olan gərginlikdən narahatıq - Rusiya XİN


İrəvanla Bakı arasında olan gərginlikdən narahatıq - Rusiya XİN

Rusiya İrəvanla Bakı arasında münasibətlərdə yaranan neqativ tendensiyalardan, eləcə də bölgədə gərginliyin artması ilə müşayiət olunan kəskin ritorikanın və ittiham mübadiləsinin güclənməsindən narahatdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Biz Ermənistan və Azərbaycan tərəflərini xoş niyyət nümayiş etdirməyə və birgə kompromislər axtarmağa çağırırıq. Biz buna hər cür kömək edəcəyik", - o deyib. Zaxarova qeyd edib ki, erməni tərəfi Azərbaycan tərəfi ilə 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırlan görəşə gəlsəydi, orada problemli mövzular, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə oluna bilərdi. “İstənilən halda Rusiya tərəfinin təklifi qüvvədə qalır, o, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”, - Zaxarova fikrini yekunlaşdırıb. Zaxarova Ermənistanın KTMT təlimləri keçirməkdən imtina etməsinə də münasibət bildirib. O xatırladıb ki, Ermənistan ötən il də KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Onun fikrincə, bu, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən qurmağa məcbur edir. "Biz güman edirik ki, nəticədə bu il KTMT sülhməramlılarının effektiv təliminin təşkili, onların əlaqələndirilməsi və bacarıqlarının artırılması üçün optimal həll yolları tapılacaq", - Zaxarova bildirib. Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!