İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 30-09-2015, 14:27
Kerri Rusiyanı sünnilərlə qorxudur


ABŞ hökuməti Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən dərhal kənarlaşdırılması tələbindən imtina edib və bu ölkədə hakimiyyətin nizamlı şəkildə təhvil verilməsinə tərəfdar olduğunu bildirib.

Butov.az APA-nın məlumatına əsasən bildirir ki, bunu ABŞ dövlət katibi Con Kerri CNN-ə müsahibəsində deyib. O bildirib ki, əvvəl ABŞ B. Əsədin dərhal hakimiyyətdən getməsində israrlı idisə, hazırda onun tədrici və idarəolunan gedişində maraqlıdır. Dövlət katibinin fikrincə, Əsədin təcili şəkildə iqtidardan uzaqlaşdırılması nəticəsində Suriyada ölkəni və onun vətəndaşlarını sülh şəraitində yaşayışdan tam məhrum edəcək partlayış baş verə bilər: "Biz idarəolunan keçidə nail olmalıyıq ki, qisas alma, intiqam, ölüm qorxusu yaşanmasın".

C. Kerri hesab edir ki, Suriyada dəyişiklik məqbul bir müddətdə gerçəkləşməlidir. Rusiyanın bu ölkədə hərbi mövcudiyyətinə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Moskva Bəşər Əsədə dəstəyini davam etdirməklə çox çətin durumda qala bilər. Onun sözlərinə görə, Suriya prezidentinə dəstəyin davam etməsi və onun müttəfiqləri İran və "Hizbullah"la əməkdaşlıq bölgənin sünni dövlətləri ilə ciddi problemlərə səbəb ola bilər: "Bu, o deməkdir ki, Moskvanın sünni cihadçıların hədəfi halına gəlməsi mümkündür".

C. Kerri qeyd edib ki, sünni dövlətlərini bu prosesə cəlb etmədən Suriya məsələsini həll etmək mümkün deyil.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!