Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yenidən özünün velosipedlə videosunu yayıb. Paşinyan sosial şəbəkədəki videopaylaşımına bu sözləri yazıb: “İlk velosiped yürüşümüz baş tutdu. Qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi nikolpashinyan@gmail.com ünvanına yazın. Bu mövzuda digər qaydaları əvvəlki postda qeyd etmişdim. Velosiped həyatdır, velosiped optimizmdir, velosiped çətinlikləri və kədəri aradan qaldırmaq üçün gücdür. Yaşasın velosiped!” Ermənistanın müxalifyönlü KİV-ləri baş naziri batmaqda olan gəmiyə bənzədiblər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!