Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 8-04-2016, 15:56
Qarabağ erməniləri Sarkisyanı hədələdilər


“Serj Sarkisyan Ermənistana xəyanət edir”.

Butov.az-ın Anspress-ə istinadən məlumatına görə, bu barədə Qeyri Hökümət Təşkilatı (QHT) "Şuşanın xüsusi batalyonun üzvülərinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, cəbhədə vəziyyət gərginləşəndən sonra Sarkisyan Dağlıq Qarabağa xarici hərbi qüvvələri yerləşdirmək fikrinə düşüb.

"Prezident Serj Sarkisyan bu postu tutandan qoşunların yerləşdirilməsi barədə daha çox düşünür. Bu ən azından xəyanətdir. Heç kimə sirr deyil ki, xarici qoşunların yerləşdirilməsi Dağlıq Qarabağın itirilməsi deməkdir. Bu hətta Ermənistanın müstəqilliyinin ləğv edilməsinə gətirib çıxaracaq”.

Hərbiçilər bildirib ki, Serj Sarkisyan bu proqramı həyata keçirəcəyi təqdirdə ümumxalq müqaviməti ilə qarşılaşacaq. Sarkisyan hakimiyyəti devirilə bilər. Biz icazə verməyəcəyik ki, xarici qoşunlar torpaqlarımıza ayaq atsınlar”.

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistan cəmiyyətində Serj Sarkisyan rejiminə qarşı münasibət kəskin şəkildə dəyişib.

İnsanlar Sarkisyanın Azərbaycanla apardığı müharibəni uduzduğunu hesab edirlər. Hətta bəzi hallarda onun Qarabağı güzəştə gedəcəyini düşünürlər.

Serj Sarkisyan Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündən sonra mətbuata açıqlamasında bildirib ki, Ermənistan Qarabağda sülhməramlıların yerləşdirilməsinə qarşı deyil. "Biz bunun heç vaxt əleyhinə olmamışıq. İstəyirik ki, münaqişə bütövlükdə həll edilsin. Ermənistan iki tərəf arasında sülh yarada biləcək qüvvələrin olmasına da razıdır”.

Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsinin müzakirə olunduğu bir vaxta PKK-a terror təşkilatının 400 silahlısının orada olduğu bildirilir.

Cəbhədə vəziyyətin gərginləşdiyi ilk gündən - aprelin 2-dən bu yana terrorçular regiona göndərilməyə başlanılıb. Həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçiblər. Terrorçular Göyçə gölü ətrafında PKK üçün ayrılan Vardenes düşərgəsində yerləşdiriliblər. Onlar Vardenes düşərgəsində daha öncə bura gələn 80 nəfərlə birləşiblər.

Ermənistana terrorçular göndərmə planına rəhbərlik edən şəxs Türkiyənin Tunceli şəhərində doğulan Bese Hozat adlı PKK üzvüdür. Təmas xəttinə göndərilən terrorçular arasında PKK-nın Suriya qolu olan PYD sıralarında savaşan 150 erməni də var.

Yəqin ki, cəbhədəki son vəziyyət Ermənistan rəhbərliyi və xalq arasında münasibətləri daha da kəşkinləşdirəcək. Çünki hazırki rejim erməni xalqını uzun illər "Qarabağ bizimdir" deyərək aldadıb. Həmçinin iqtisadi və siyasi cəhətdən blokada da saxlayıb. İndi isə çətinə düşən kimi terrorçulara və xarici sülhməramlılara müraciət edir. Bu isə əlbəttə ki, uzun illər Qarabağa görə çətin vəziyyətdə yaşayan erməni xalqının səbrini daha da daraldır.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!