ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                       
21-09-2022, 18:35
Ruslar səfərbərliyə qarşı etirazlara başlayır


Ruslar səfərbərliyə qarşı etirazlara başlayır

Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır. Bu barədə Rusiya mediası məlumat yayıb. Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər. Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq. Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar: "Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür". Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-09-2022, 18:28
Putin Paşinyana məktub göndərdi: “Sülh vacibdir”


Putin Paşinyana məktub göndərdi: “Sülh vacibdir”

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyana Ermənistanın Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məktubda deyilir: "Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Rusiya və Ermənistan qardaş xalqlardır. 2020 və 2021-ci illərdə bağlanmış üçtərəfli sazişlərin ardıcıl icrası uzunmüddətli sülhün təmin edilməsi üçün yaxşı əsasdır, bu, Qafqazda təhlükəsizlik üçün vacibdir”.
21-09-2022, 18:22
“Ukrayna ordusunun itkiləri 100 mindən çoxdur” - Şoyqu


“Ukrayna ordusunun itkiləri 100 mindən çoxdur” - Şoyqu

Ukrayna Silahlı Qüvvələrinin itkiləri 100 mindən çoxdur. Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Ukrayna və Qərb bu qədər insanın ölümünə səbəb olub. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Şoyqu bu gün xalqa müraciətində deyib ki, Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçisini itirib.
21-09-2022, 18:20
Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...


Şoyqu Rusiyanın itkilərini açıqladı - Cəmi 6 min hərbçi...

“Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçimiz həlak olub”. Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Müdafiə nazirinin sözlərinə görə, hazırda Donbas uğrunda ağır döyüşlər gedir. "Rusiya xalqının birliyinə güvənirik", - deyə Şoyqu vətəndaşlara müraciət edib. O, həmçinin vurğulayıb ki, hərbi təcrübəsi olan Rusiya vətəndaşları səfərbərliyə cəlb olunacaq. Qismən səfərbərliyə ehtiyatda olan 300 min əsgər çağırılacaq. Həmin şəxslər Rusiyanın nəzarətində olan ərazilərdə xidmət edəcəklər. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumata görə, Rusiyanın müharibə başlayandan bəri 54 810-a yaxın hərbi qulluqçusu ölüb.
21-09-2022, 18:18
Putin Qərbi nüvə silahı ilə hədələdi


Putin Qərbi nüvə silahı ilə hədələdi

"Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik". Bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib. "Qərbin məqsədi Rusiyanı zəiflətməkdir, amma təbii ki, bu alınmayacaq. Biz bütün vasitələrdən onlara qarşı istifadə edəcəyik", - deyə Putin Rusiyanın düşmənlərinə xəbərdarlıq edib.
21-09-2022, 18:16
“Qərb istəyir ki, Rusiya parçalansın” - Putin


“Qərb istəyir ki, Rusiya parçalansın” - Putin

"Qərb istəyir ki, Rusiya bir çox müharibə edən bölgələrə parçalansın". Bunu Rusiya Pezidenti Vladimir Putin xalqa müraciətində bildirib.."Ukraynada qabaqlayıcı hərbi əməliyyatla bağlı qərar tamamilə zəruri və yeganə mümkün qərar idi. Ukraynada sülh yolu ilə həll Qərbə yaraşmır, ona görə də Kiyevə danışıqları pozmaq tapşırılıb",- deyə Rusiya lideri Qərb ölkələrini ittiham edib. Qeyd edək ki, bir qədər əvvəl Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub.
21-09-2022, 18:13
Rusiyada bu gündən səfərbərlik başlayır


Rusiyada bu gündən səfərbərlik başlayır

Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib. Rusiyada səfərbərlik tədbirləri bu gündən başlayacaq. Məlumata görə, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə yalnız ehtiyatda olan hərbçilər, ilk növbədə təcrübəsi olanlar cəlb ediləcək. Qismən səfərbərlik çərçivəsində hərbi hissələrə göndərilənlər əlavə təlim keçəcəklər. Eyni zamanada səfərbər edilmiş ruslar müqaviləli işçilər kimi zəmanətlər alacaqlar. Qeyd edək ki, Putin Ukraynada müharibə başlayandan sonra ikinci dəfə xalqa müraciət edib.
21-09-2022, 18:10
Rusiyalı diplomatlardan ikisi ABŞ-da buraxılmayıb


Rusiyalı diplomatlardan ikisi ABŞ-da buraxılmayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin 10 üzvündən ikisinə ABŞ vizası verilməyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən bir sıra şəxslərə 13 sentyabr tarixində BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verilib.
20-09-2022, 19:26
Britaniya Ukraynaya 2.6 milyardlıq hərbi yardım ayıracaq


Britaniya Ukraynaya 2.6 milyardlıq hərbi yardım ayıracaq

Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardım üçün ən azı 2,3 milyard funt-sterlinq (2,63 milyard dollar) xərcləmək niyyətindədir. Bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Böyük Britaniyanın baş naziri Liz Trass bu həftə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının (GA) 77-ci sessiyasındakı çıxışı zamanı Ukraynaya gələn il üçün 2,3 milyard funt-sterlinq məbləğində vəsaitin ayrılacağını elan edəcək. Sentyabrın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Trass onu əmin edib ki, Kiyev uzunmüddətli perspektivdə Londonun dəstəyinə arxalana bilər. 1,5 milyard funt-sterlinq (1,8 milyard dollar) iqtisadi və humanitar yardımı nəzərə alsaq, bu il Britaniyanın Ukraynaya yardımının ümumi həcmi 3,8 milyard funt-sterlinqə (4,6 milyard dollar) çatıb.
20-09-2022, 19:24
İran prezidenti Makronla danışıqlar apardı


İran prezidenti Makronla danışıqlar apardı

İran prezidenti İbrahim Rəisi Nyu-Yrokda Fransa prezidenti Emmanuel Makronla görüşüb. Butov.az-ın məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə iki ölkənin əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!