Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
2-09-2022, 22:54
İrəvanda Paşinyanın istefası tələb edildi


İrəvanda Paşinyanın istefası tələb
edildi


İrəvanda mecalif Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirib. Butov.az xəbər verir ki, mitinq zamanı müxalifət hərəkatının liderlərindən biri, deputat İşxan Saqatelyan çıxış edib. O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədirlər, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır. Onlar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər.
2-09-2022, 22:48
ABŞ Kiyevə 11.7 milyard yardım ayıracaq


ABŞ Kiyevə 11.7 milyard yardım ayıracaq

Bayden administrasiyası Konqresdən Ukraynaya yardım üçün 11,7 milyard dollar istəməyi planlaşdırır. Bu barədə Ağ Ev məlumat yayıb. Vəsaitin 2023-cü maliyyə ilinin birinci rübündə ayrılması istənilir. Pul hərbi və iqtisadi yardım üçün istifadə olunacaq. Açıqlamada qeyd olunur ki, Bayden ABŞ-ın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini açıq şəkildə bildirib.
2-09-2022, 22:35
Avropa Ukraynaya yeni yardım paketi hazırlayır


Avropa Ukraynaya yeni yardım paketi hazırlayır

Avropa İttifaqı Ukraynaya 5 milyard avro dəyərində yeni yardım paketi hazırlayır. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Kredit paketi may ayında elan edilmiş 9 milyard avroluq paketin bir hissəsidir. Bildirilir ki, Macarıstan Ukraynaya yardımın əleyhinədir. Diplomatların sözlərinə görə, Avropa Komissiyası gələn həftəyə kimi kredit paketi təklif edəcək.
2-09-2022, 22:14
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi


Ukrayna və Rusiya arasında
növbəti əsir mübadiləsi


Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. Bu barədə Hərbi əsirlər üzrə Koordinasiya Qərargahı məlumat yayıb. Məlumata görə, 14 ukraynalı hərbçi ölkəyə qaytarılıb. Rusiya tərəfi hələlik məlumatı şərh etməyib. Məlumata görə, azad edilən əsirlər arasında zabit və hərbi həkim də var.
2-09-2022, 21:38
Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü


Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq “müdafiə naziri” Cəlal Arutyunyana qarşı ittiham irəli sürüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, qondarma qurumun rəhbərinin “müşaviri” olan C.Arutyunyanın səlahiyyətləri dayandırılıb. O, vəzifə öhdəliklərinə səhlənkar yanaşmaqda ittiham olunur. Cəlal Arutyunyan 44 günlük müharibə zamanı 2020-ci il oktybarın 27-də ağır yaralanmışdı. Qeyd edək ki, ötən gün qondarma rejimin keçmiş "müdafiə naziri" Mikael Arzumayan isə ikinci Qarabağ müharibəsi dövründə vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı ilə həbs olunub.
2-09-2022, 13:47
Lavrov Mirzoyanla Qarabağ razılaşmasını müzakirə etdi


Lavrov Mirzoyanla Qarabağ razılaşmasını müzakirə etdi

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb. Telefon danışığı zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını və perspektivlərini müzakirə ediblər.
2-09-2022, 13:42
Ukraynada 3 minə yaxın xarici muzdlu məhv edilib - Şoyqu


Ukraynada 3 minə yaxın xarici muzdlu məhv edilib - Şoyqu

Müharibə başlayandan bu günə kimi Rusiya qoşunları Ukraynada 3 minə yaxın xarici muzdlunu məhv edib. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlayıb. Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri səbəbindən xarici muzdluların axını azalır: ”Xüsusi əməliyyat başlayandan onların sayı 3,5 dəfədən çox azalıb”.
2-09-2022, 13:34
Rusiyanın canlı qüvvə itkisi 50 minə çatır


Rusiyanın canlı qüvvə itkisi 50 minə çatır

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 350-dən çox hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 700 nəfəri keçib. Rusiya ordusunun digər döyüş itkiləri 2009 tank, 4366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 853 PUA, 198 qanadlı raket, 15 gəmi, 3247 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
1-09-2022, 22:17
İtaliyada Brüssel görüşü müzakirə edildi


İtaliyada Brüssel görüşü müzakirə edildi

İtaliyada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulanıb. Butov.az xəbər verir ki, bu, Nazirlər Şurasının Sədri Mario Draqinin Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşündə bildirilib. Görüşdə bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
1-09-2022, 22:01
Putin Ukraynadakı müharibənin məqsədini açıqladı


Putin Ukraynadakı müharibənin məqsədini açıqladı

Prezident Vladimir Putin Ukrayna ərazisində Rusiya əleyhinə anklavın yaradıldığını iddia edib. Bu barədə o, Kalininqradda baş turan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı söz açıb. Putinin sözlərinə görə, Rusiyanın "xüsusi əməliyyatı"nın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red) məqsədi bu anklavı aradan qaldırmaqdır. "Buna görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar", - Putin deyib. Prezident, həmçinin iddia edib ki, Donbasda yaşayan insanlar özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, linqvistik məkanının” bir hissəsi hesab edirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!