Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
11-08-2022, 20:43
NATO genişmiqyaslı təlimlərə başladı


NATO genişmiqyaslı təlimlərə başladı

Bolqarıstanda NATO ölkələrinin Hərbi Hava Qüvvələrinin “Tracian Viper-2022” adlı genişmiqyaslı təlimlərinin birinci mərhələsi başlayıb. Butov.az xəbər verir ki, təlimlərdə Bolqarıstan Hərbi Hava Qüvvələri ilə yanaşı, ABŞ, Kanada, Rumıniya və Yunanıstanın aviasiya bölmələri də iştirak edir. Təlimə qatılan şəxsi heyətin ümumi sayı açıqlanmayıb. Qeyd edək ki, “Trakiya gürzəsi” təlimləri 2010-cu ildən bəri hər il keçirilir.
11-08-2022, 20:40
13 min belaruslu Ukraynaya qarşı savaşacaq


13 min belaruslu Ukraynaya qarşı savaşacaq

13 minə yaxın belaruslu fəal və ehtiyatda olan hərbçi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib. Onun sözlərinə görə, Rusiya Belarusu genişmiqyaslı müharibəyə cəlb etməkdə davam edir: "Belaruslular üçün əsas motivasiya müharibədə iştiraka görə alacaqları maddi mükafatdır, çünki işğalçıların hərəkətlərində heç bir ideoloji əsas yoxdur və heç kim denazifikasiyaya inanmır".
11-08-2022, 20:21
Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı


Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı

"Ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını düzgün hesab etmirəm". Bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının hamısına sanksiya tətbiq etmək doğru yanaşma deyil. “Moskvanın güc mərkəzi”ndən olan insanlara qarşı tətbiq edilən sanksiyaları Almaniya həmişə dəstəkləyəcək. Lakin bu, Putinin müharibəsidir, ona görə də vizaların dayandırılması ideyası ilə razılaşmaqda çətinlik çəkirəm. Bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı hesab etmirəm", - deyə Kansler vurğulayıb.
10-08-2022, 22:50
Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu


Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu

Ukraynanın kreditorları ölkənin avrobond üzrə ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıblar. Ukraynanın xarici borcunun 75%-i avrobondların payına düşür. Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin saytında dərc olunub. “Təklifimizi qəbul etdikləri üçün investorlara minnətdarıq. Rəsmi dövlət sektoru ilə yanaşı, özəl investor icmasının Ukrayna ilə göstərdiyi həmrəylik sayəsində biz müharibə şəraitində ölkənin dövlət büdcəsinin ehtiyaclarını ödəyə və dövlət maliyyəmizin davamlılığını qoruya biləcəyik”, - deyə nazirlikdən bildirilib. "Bloomberg"in verdiyi məlumata görə, Ukraynanın xarici borcu 19,6 milyard dollardır, ödənişlərin dondurulması qərarı Kiyevə 2024-cü ilə qədər borc xidmətində ödənilməli olan 5,8 milyard dollara qənaət etməyə imkan verəcək.

10-08-2022, 22:48
İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı


İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı

İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlanıb. Bu barədə İran Səhiyyə Nazirliyinin şöbə müdiri Məryəm Mesudifer bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxma hallarının demək olar ki, hamısı ölkənin qərbindəki Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müəyyən edilib. Nazirlik rəsmisi vurğulayıb ki, indiyədək yoluxanlar arasında ölüm halı qeydə alınmayıb.
10-08-2022, 22:15
Çin Tayvan ətrafında hərbi təlimləri başa vurdu


Çin Tayvan ətrafında hərbi təlimləri başa vurdu

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında keçirilən hərbi təlimləri başa vurub. Bu barədə Çinin Şərq Komandanlığının mətbuat katibi Şi Yi bildirib. Onun sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin Tayvana səfərindən sonra başlayan hərbi təlimlərdə Çin bütün tapşırıqları uğurla yerinə yetirib. Bundan əlavə, Çin Tayvan boğazında patrul reydləri təşkil etməyi planlaşdırır.
10-08-2022, 22:11
Rusiya hava məkanını pozdu, səfir XİN-ə çağırıldı


Rusiya hava məkanını pozdu, səfir XİN-ə çağırıldı

Rusiyaya məxsus Mi-8 helikopteri çərşənbə günü Estoniyanın hava məkanını pozub. Bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb. “Avqustun 9-u axşam saatlarında Rusiyanın Mi-8 helikopteri ölkənin cənub-şərqindəki Koidula bölgəsində icazəsiz Estoniyanın hava məkanına daxil olub. Helikopter təxminən bir dəqiqə Estoniyanın hava məkanında olub. Helikopterin uçuş planı olmayıb, ötürücü söndürülüb, həmçinin Estoniya Hava Hərəkəti Xidməti ilə ikitərəfli radio rabitəsi olmayıb”, - məlumatda deyilir. Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, insidentlə bağlı Rusiya səfiri Vladimir Lipaev XİN-ə çağırılıb və ona sərhədi pozduqlarına görə etiraz notası göndərilib.
10-08-2022, 22:08
Ukraynaya daha 4 "Gepard" sistemi verildi


Ukraynaya daha 4 "Gepard" sistemi verildi

Almaniya Ukrayna ordusuna daha 4 ədəd "Gepard" özüyeriyən zenit-artilleriya sistemi təhvil verib. Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Zenit sistemləri ilə yanaşı Ukraynaya 50 min ədəd sursat göndərilib. Ümumilikdə Ukraynaya təhvil verilən "Gepard"ların sayı 12-yə çatıb. "Gepard" sistemləri təyyarə və helikopter kimi hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
10-08-2022, 21:39
Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu


Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu

Cənubi Koreyanın paytaxtı Seul və qonşu əyalətlərdə güclü leysan yağışları yağıb. Bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Leysan səbəbindən yaranan daşqınlar nəticəsində üç gün ərzində 9 nəfər ölüb, 7 nəfər isə itkin düşüb. Bundan əlavə, 2,5 mindən çox ev və bina su altında qalıb. Rəsmi məlumatlara görə, Seulda beş, Gyeonggi-do əyalətində üç və Kanvondo əyalətində bir ölüm qeydə alınıb. Ümumilikdə 17 nəfər yaralanıb.
10-08-2022, 21:35
Berluskoni aktiv siyasətə qayıdır


Berluskoni aktiv siyasətə qayıdır

İtaliyanın 85 yaşlı keçmiş baş naziri Silvio Berluskoni sentyabrda keçiriləcək Senat seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə o, "Radio-1"ə müsahibəsində bildirib. Berluskoninin sözlərinə görə, ondan İtaliya siyasətinə qayıtmağı yalnız "Forza Italia" partiyasının tərəfdarları deyil, bir çox insan tələb edir. Qeyd edək ki, İtaliyada növbədənkənar parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!