Türkiyənin Qaziantep Bələdiyyəsi şəhərdəki bir məktəbdə təşkil edilən mərasimdə müəllimin söylədiyi şeirlə bağlı araşdırma başladıb.
Butov.az xəbər verir ki, adı çəkilməyən müəllim şeiri 10 Noyabr Atatürkü Anma Günü fəaliyyətləri çərçivəsində oxuyub.
Prokurorluqdan verilən açıqlamaya görə, 10 Noyabr Atatürkü Anma Mərasimində müəllimlərdən birinin oxuduğu şeirin görüntüləri bəzi sosial media kanallarında paylaşılıb:
"Hadisə ilə bağlı Valiliyimiz tərəfindən araşdırma başladılıb".
Avropa Dərman Agentliyinin (EMA) İnsan Sağlamlığı üçün Dərman Komitəsi (CHMP) COVID-19 koronavirusu üçün Ronapreve və Regkirona dərmanlarına istifadəsinə icazə verilməsini tövsiyə edib.
Trend xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, CHMP Ronapreve və Regkirona ilə müalicənin virusa yoluxma riski olan xəstələr arasında xəstəxanaya yerləşdirmə və koronavirusdan ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azaltdığını göstərən araşdırmaların nəticələrini təhlil edib. Başqa bir araşdırmaya əsasəa, bir ailə üzvü COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna yoluxduğu təqdirdə Ronapreve ailə daxili koronavirusa yoluxma ehtimalını azaldır.
Komitə Ronapreve-nin böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün istifadəsini, Regkirona-nın isə yalnız böyüklər üçün istifadəsini tövsiyə edib. Yaxın vaxtlarda hər iki dərmanla bağlı tövsiyələr Avropa Komissiyasına göndəriləcək.
Türkiyənin Çıldır rayonunda günəş işıqlarının kölgəsi nəticəsində yaranmış siluet diqqəti cəlb edib.
Butov.az xəbər verir ki, yerli sakinlər kölgənin formasını Mustafa Kamal Atatürkün siluetinə bənzədir. Maraqlısı budur ki, siluetin formalaşması hər il Atatürkün vəfat ildönümünə yəni 10 noyabr ərəfəsinə təsadüf edir. Qeyd edək ki, Ərdahah bölgəsindəki dağlıq ərazidə də oxşar hadisə baş verir.
Bir neçə gün öncə İranın “Kelid” qəzetində ölkədə hökm sürən yüksək yoxsulluq səviyyəsi ilə bağlı dərc olunan məqaləyə əlavə edilmiş şəkil böyük səs-küyə səbəb olub.
Qəzet bu şəkildə yaşayış üçün lazım olan başlıca ərzaq məhsullarının yoxsulluq həddindən yuxarıda olduğunu təsvir edib.
Lakin əsas diqqət çəkən və qalmaqala səbəb olan məsələ qırmızı rənglə verilmiş yoxsulluq xəttinin İranın ali rəhbəri Əli Xameneinin əli ilə çəkilməsi olub.
Bundan sonra, daha dəqiq desək, noyabrın 8-də İranın Mətbuata Nəzarət Heyəti tərəfindən sözügedən qəzetin lisenziyasının ləğv edilməsi barədə məlumat yayılıb. Bu, İranda mətbuat azadlığının pozulmasını göstəricisi olmaqla yanaşı, bir daha hökumətin yarıtmaz siyasəti nəticəsində ölkə əhalisinin düşdüyü acınacaqlı iqtisadi durumu bütün çılpaqlığı ilə göz önünə gətirib.
Rusiyalı teleaparıcı, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Solovyov bu dəfə Ermənistan əleyhinə kəskin fikirlər söyləyib.
Əvvəlcə erməni xalqını çox sevdiyini deyən Solovyov ötən gün İrəvanda keçirilən mitinq zamanı Rusiyaya qarşı rus dilində sərt fikirlər səsləndirən Vaqe Qasparyan adlı şəxsin sözlərinə hiddətlənib.
“Paşinyan və Ermənistan rəhbərliyinə sualım var. Rusiyada bunu necə başa düşək? İkinci Qarabağ müharibəsi zamanı erməniləri əlində silah olan Qasparyan yox, Rusiya sülhməramlıları xilas etdi. Siz acı məğlubiyyətə uğradınız və qalib gəlmək şansınız yox idi. Artsaxı biz ayaqda saxladıq!
Bu insan niyə azadlıqdadır? Niyə Ermənistan rəhbərliyi, erməni cəmiyyəti, erməni ziyalıları buna reaksiya vermir? Niyə Rusiya vətəndaşları və Ermənistanı xilas edən rus sülhməramlılar bunu eşitməlidir? Və Soros tör-töküntüsü, ABŞ-ın pulu ilə mövcud olan birisi bunları deyir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır”.
Qeyd edək ki, mitinqdə Rusiyaya qarşı sərt fikirlər söyləyən Vaqe Qasparyan deyib ki, tarixdə heç vaxt erməni rus dostluğu olmayıb. Ermənistan Rusiyanın əlində marionetka olub və indi bu dostluq mifi ifşa edilib, bu, artıq ermənilər üçün aksiomadır. O çıxışını rus şair Lermontovun sözlərilə “Əlvida, yuyulmamış Rusiya” deyərək bitirib.
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 83 il ötür.
57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.
Atatürk 1881-ci ildə Selanikdə anadan olub.
Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.
1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.
1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.
Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.
Rusiya Müdafiə Nazirliyi ABŞ və onun müttəfiqlərinin Qara dənizdəki hərəkətlərini izləyir.
Bildirilir ki, amerikalılar Rusiya sərhədinin bilavasitə yaxınlığında silahlı qüvvələrin çoxmillətli qruplaşmasını yaradırlar.
Hazırda Rusiyanın Qara Dəniz Donanması ABŞ gəmilərinə - qərargahın “Mount Whitney” gəmisinə, “Porter” raket esminesi və “John Lenthall” tankerinin Qara dənizdəki hərəkətlərinə nəzarət edir. Gəmilər oktyabrın 30-dan noyabrın 4-dək Qara dənizə daxil olub. Rusiya sərhədindən təxminən yüz kilometr məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji bombardmançı B-1B uçub.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ-ın hərəkətləri “Qara dəniz regionunda vəziyyətin sabitliyini pozur” və Vaşinqtonun məqsədlərindən biri “Ukrayna ərazisinin hərbi cəhətdən mənimsənilməsidir”. Rəsmi Moskva ABŞ hərbçilərinin manevrlərini plansız adlandırıb.
Türkiyənin Konya vilayətində ötən gecə baş verən rixter cədvəli üzrə 5,1 bal gücündəki zəlzələ zamanı iki bina dağılıb.
Butov.az xəbər verir ki, zəlzələ zamanı 1 nəfər xəsarət alıb. Məlumata görə, dağılan binalar boş olub. Qeyd edək ki, yeraltı təkanların episentri Meram rayonunda yerləşib.
ABŞ-da təşkil edilən tədbirlərin biri zamanı diqqətçəkən hadisə baş verib.
Butov.az xəbər verir ki, dünyanın ən varlı ikinci şəxsi Ceff Bezos sevgilisi Luren Sançezlə tədbirdə məşhur aktyor Leonardo DiKaprio ilə qarşılaşıb. Məlumata görə, bu, Sançezin DiKaprio ilə ilk qarşılaşması olub.
Həmin vaxt qadının aktyora heyran qalması diqqətdən qaçmayıb. Sançez DiKaprioya yaxınlaşmaq istəyəndə aktyor uzaqlaşıb.
"İynə" adlandırılan universal döyüş bıçağı (NUB) uçan tapança gülləsini kəsib.
Publika.az xəbər verir ki, Rusiya xüsusi təyinatlılarının bıçaqlarının imkanları "Zvezda" telekanalının "Hərbi Qəbul" proqramında nümayiş etdirilib .
"İynə" bıçağı Kazanda Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş üzgüçüləri üçün hazırlanıb. NUB sualtı döyüşlər və əlavə tapşırıqlar üçün nəzərdə tutulub. Bıçağın bir tərəfi ilə ölçmək, digər tərəfi ilə kəsmək mümkündür. Bu, üzgüçülərə balıq ovu torları ilə qarşılaşdıqda tez kəsməyə imkan verir.
Testlərdə bıçaq aşağı və yüksək temperaturlara məruz qalır. Həmçinin, "İynə"yə ağır yük asılaraq əyilməyə qarşı müqavimət yoxlanılır. "Hərbi Qəbul" proqramında, məngənə ilə sıxılmış bıçaq 225 kiloqram yükə tab gətirib.
Bıçağa on metr məsafədən atəş açılıb. Döyüş bıçağı tapançanın gülləsini iki yerə bölüb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!