15-07-2024, 14:31
Mirzoyan Nyu-Yorka getdiErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.
Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.
15-07-2024, 14:11
İmran Xan və həyat yoldaşı həbsdə qaldıPakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini “Toşaxana Dövlət Xəzinəsindən hədiyyə almaq üçün səlahiyyətlərindən sui-istifadə etmə” iddiası ilə bağlı yeni ittihamlarla iyulun 22-dək həbsdə saxlayıb.
Pakistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi olan Milli Hesabat Bürosu yeni ittihamı iyulun 13-də İslamabad məhkəməsinin Xan və onun həyat yoldaşının qanunsuz nikah hökmünü ləğv edərək apelyasiya şikayətini təmin etməsindən bir gün sonra irəli sürüb.
Cütlük iyulun 22-də məhkəmə qarşısına çıxacaq.
2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik etmiş İmran Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ilin avqustunda Xan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə həbs edilib. Daha sonra ona bir sıra başqa ittihamlar da irəli sürülüb, onlardan biri məxfi teleqramın dərci ilə bağlı dövlətə xəyanətdir. Xanın apellyasiya şikayəti zamanı ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ləğv edilib, lakin keçmiş baş nazir qanunsuz nikah ittihamı ilə həbsdə qalıb.
14-07-2024, 19:28
Sui-qəsddən əvvəl video çəkibABŞ-ın sabiq prezidenti Donald Trampı güllələməkdə şübhəli bilinən şəxsin hadisədən əvvəlki videosu yayılıb.
O, videoda sabiq prezidentə və respublikaçılara nifrət ifadə edib
“Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız”, - deyə bildirib.
20 yaşlı Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
O, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
14-07-2024, 17:45
Almaniyanın cənubunda atışma - Ölənlər varAlmaniyanın cənub-qərbindəki Albstadt şəhərində (Baden-Vürtemberq federal əyaləti) atışma nəticəsində bir neçə nəfər ölüb.
Atışmada daha bir neçə nəfər yaralanıb.
Nəşrin məlumatına görə, atəş açan ovçu olub. Hazırda onlarla polis maşını və iki xilasedici helikopter hadisə yerindədir.
"Sudwest Presse" qəzetinin yazdığına görə, cinayətdən əvvəl ailə münaqişəsi baş verib, nəticədə kişi üç ailə üzvünü öldürüb.
14-07-2024, 17:00
Trampa sui-qəsd xalqın iradəsinə hücumdur - Türkiyə XİNABŞ-nin keçmiş prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.
"Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir.
Ümid edirik ki, ABŞ-də seçkilər dinc şəraitdə baş tutacaq", - XİN qeyd edib.
14-07-2024, 13:09
ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb - Rusiya XİNABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.
"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib.
Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
13-07-2024, 19:22
Blinkenin müavini Ermənistanda səfərdədir ABŞ dövlət katibi Entoni Blinkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdədir.
Bu barədə o, özünün X mikrobloqunda yazıb.
O, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin ilə görüşüb.
"Biz demokratik qanunun aliliyini, korrupsiyaya qarşı mübarizəni və məhkəmə islahatlarını təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirik”, - Uzra Zeya vurğulayıb.
Qeyd edək ki, o, bundan əvvəl Gürcüstanda səfərdə olub.
13-07-2024, 17:43
Zelenski İrlandiyada səfərdədirUkrayna Prezidenti Volodimir Zelenski İrlandiyaya səfər edib.
Bu barədə RTE telekanalı məlumat yayıb.
Məlumata görə, onu hava limanında İrlandiyanın Baş naziri Saymon Harris qarşılayıb.
İkitərəfli görüş zamanı V.Zelenski və S.Harris Ukraynadakı müharibəni müzakirə edəcəklər.
“Saymon Harris ölkəsinin Ukraynanın Aİ-yə daxil olmaq cəhdinə dəstəyini bir daha təsdiqləyəcək. Müharibə başlayandan bəri Rusiya və Belarusa deportasiya edilmiş minlərlə ukraynalı uşağa yardım təklif edəcək. O, İrlandiyanın 20 minə yaxın uşağın vətənlərinə qaytarılmasını tələb edən beynəlxalq koalisiyaya üzvlüyünü təsdiq edəcək”, - məlumatda bildirilib.
13-07-2024, 17:18
Məhkəmə İmran Xan barəsində hökmü ləğv etdiİslamabad dairə məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib.
Bununla da sabiq baş nazirə qarşı son məhkəmə qərarının müddəti başa çatıb və o, potensial olaraq azadlığa buraxıla bilər.
İmran Xan və həyat yoldaşı Büşra Bibinin şikayətini qəbul edən hakim, eyni zamanda vurğulayıb ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o, həbsdən azad edilməlidir. Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır.
Əvvəllər daha bir neçə hökm ləğv edilib və ya onların icrası dayandırılıb. Bundan əlavə, İmran Xan girov müqabilində korrupsiya işi üzrə azadlığa çıxmaq imkanı əldə edib. Buna görə də məhkəmə onun həbsdə saxlanması üçün heç bir əsas olmadığı barədə qərar çıxarıb.
13-07-2024, 15:59
Türkiyədə avtobus qəzası - Ölən və yaralananlar varTürkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çox sayda yaralı var.
Şəhərin Ula rayonu ərazisində baş verən qəza avtobus sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində olub. Əyləcinin işləmədiyi müəyyən olunan avtobus üç avtomobil ilə toqquşduqdan sonra bir bağça divarına çırpılıb.
Hadisə ilə bağlı açıqlama verən Ula Bələdiyyəsinin başçısı Mehmet Caner avtobusun Dənizlidən gəldiyini deyib. Bildirilib ki, avtobusun divara çırpılması nəticəsində 11 yaşlı bir qız həyatını itirib. Yaralılar xəstəxanalara yerləşdirilirlər. Onlardan üçünün vəziyyəti ağırdır.