Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
Tarix : 5-06-2025, 00:53
Rusiyanın təqdim etdiyi memoranduma Zelenskidən reaksiya


Rusiyanın təqdim etdiyi memoranduma Zelenskidən reaksiya

Rusiyanın İstanbulda keçirilən danışıqlarda Ukraynaya təqdim etdiyi “memorandum” “aşağı səviyyəli insanlar” tərəfindən hazırlanıb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bu “memorandum” 1969-cu il Vyana Konvensiyasını, xüsusilə də beynəlxalq danışıqlar hüququnu pozur. Axı həmin “sənəd”in üçüncü bəndində gələcəkdə beynəlxalq danışıqlardan imtina nəzərdə tutulur.
“Bir daha vurğulayıram ki, bu sənəd aşağı səviyyəli insanlar tərəfindən hazırlanıb. Rusiya tərəfindən Ukrayna ilə dialoq aparan komanda lazımi səviyyədə deyil. Onlar nəinki qərar qəbul etmirlər, həm də beynəlxalq hüquqda və Ukrayna qanunvericiliyində baş verənlərdən xəbərsizdirlər”, – deyə Zelenski bildirib.
Onun fikrincə, əgər Rusiya Ukraynadan istənilən ittifaqdan çıxmağı tələb edirsə, o zaman Rusiya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır.
Rusiya “memorandumu”nda yer alan bəndlərdən biri də Ukraynanın nüvə silahına malik olmayan ölkə olması və bu silahdan istifadə etməsinə qadağa qoyulmasıdır.
“Bu sadəcə spam kimidir, elə də ki var. Məqsəd spamlaşaraq özlərini göstərməkdir. Bu, təcrübəsiz daxili elektorata və siyasi piara yönəlib. Hamı bilir ki, biz öz ərazimizdə heç bir nüvə silahı yerləşdirmirik, çünki bizdə belə silah yoxdur. 1994-cü ildən Budapeşt Memorandumu çərçivəsində nüvə silahlarının yayılmaması haqqında müqavilənin tərəflərindən biriyik. Bizim statusumuz tamamilə aydındır”, – deyə Zelenski vurğulayıb.
O, əksinə, Rusiyanın “nüvə silahını Belarus ərazisində yerləşdirməməsinin vacib olduğunu” qeyd edib.
“Rus dili məsələsinə gəldikdə isə hamı bilir ki, bizdə bir dövlət dili var ki, o da Ukrayna dilidir. Onların rusdilli əhalinin “təhlükəsizliyi” ilə yenidən “narahat olmaları” qəribə görünür, çünki əsasən rusdilli olan bölgələr məhv edilir. Bu da bir daha göstərir ki, bu, Rusiyanın qanlı piar kampaniyasıdır”, – deyə Prezident vurğulayıb.
Xatırladaq ki, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya arasında sülh danışıqlarının ikinci raundu keçirilib. Görüşdən əvvəl tərəflər öz sülh memorandumu layihələrini təqdim etməli idilər. Lakin Rusiya nümayəndə heyəti öz sənədini yalnız danışıqlar zamanı təqdim edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!