20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
16-04-2026, 10:42
İsrail kəşfiyyatının etirafı


İsrail kəşfiyyatının etirafı

Tehran ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra daha sərt mövqe tutub. Bu barədə “Voll Strit Jurnal” (VSJ) qəzetində yayımlanan məqalədə deyilir.
Bildirilib ki, amerikalılar üçün İran hakimiyyəti pisə doğru dəyişib:
“ABŞ İrana qarşı hərbi əməliyyata başlayaraq yüksək vəzifəli şəxslərinin öldürülməsinin rejim dəyişikliyi üçün şərait yaradacağına ümid edirdi.
Vaşinqton rəsmiləri Tehranda ABŞ-İsrail maraqlarına tabe olan bir liderin ortaya çıxacağına əmin idilər, lakin bu baş vermədi. Əksinə, yaranan siyasi boşluğu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kompromisə az maraq göstərən radikal yeni liderlər doldurur”.
İsrailin İran bölməsi üzrə hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Denni Sitrinoviç də qeyd edib ki, müharibə rejimi dəyişdirib, lakin müsbətə doğru yox:
”Biz iranlıların müharibədən əvvəl üzləşdiyindən daha pis bir reallıq yaratdıq".

14-04-2026, 07:39
İkinci danışıqlara hazırlıq gedir

İkinci danışıqlara

hazırlıq gedir


Vaşinqton və Tehran arasında növbəti görüşlə bağlı ABŞ administrasiyası daxilində müzakirələr aparılır.
Bu barədə CNN danışıqlarla tanış olan mənbəyə istinadən məlumat yayıb.
Mənbə kanala bildirib ki, danışıqların daha bir mərhələsi baş tuta bilər və Türkiyə tərəflər arasındakı boşluqları aradan qaldırmaq üçün çalışır. Cenevrə və İslamabad yenidən növbəti mərhələ üçün potensial məkan kimi nəzərdən keçirilir. Dialoqla tanış olan rəsmilər diplomatik həll yoluna ümid bəsləyir və atəşkəsin uzadılması ehtimalını da nəzərə alırlar.
Xatırladaq ki, 11 apreldə İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident J.D. Vens rəhbərlik edib. Tehran və Vaşinqton fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
11-04-2026, 23:53
Hörmüz tezliklə açılacaq - Tramp


Hörmüz tezliklə açılacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün yenidən açılacağı ilə bağlı iddialarını yenidən gündəmə gətirib.
Dövlət başçısı bu barədə özünə məxsus “TruthSocial” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp regiondakı hərbi və diplomatik proseslərin gedişatına toxunaraq, boğazın açılmasının an məsələsi olduğunu vurğulayıb.
“Hörmüz boğazı tezliklə açılacaq və boş gəmilər artıq yük götürmək üçün ABŞ-yə axışır”, – deyə o, öz paylaşımında qeyd edib.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur və son hərbi gərginliklər fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi ciddi müzakirə mövzusuna çevrilib.

11-04-2026, 23:18
İranla işimiz bitməyib - Netanyahu


İranla işimiz bitməyib - Netanyahu

İsrail və ABŞ İrana qarşı əməliyyat zamanı nüvə bombasının yaradılmasının qarşısını alıb və bununla da ekzistensial təhlükəni aradan qaldırıb.
Bu barədə ölkənin baş naziri Benyamin Netanyahu videomüraciətində bildirib.
"Əməliyyat hələ başa çatmayıb, lakin artıq indidən əminliklə demək olar ki, biz tarixi uğurlara nail olmuşuq. Biz bu kampaniyaya başladıq, çünki İran nüvə silahı yaratmağa və gündə yüzlərlə raket istehsal etmək imkanına çox yaxın idi. Başımızın üzərini almış iki ekzistensial təhlükə yox olmalı idi", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, İranda hələ də ölkədən çıxarılmalı olan zənginləşdirilmiş uran var: "Bu ya razılaşma yolu ilə olacaq, ya da başqa üsullarla baş verəcək".
11-04-2026, 21:06
Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə


Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə

İsrail və Livan hökumətləri uzun illər davam edən gərginlikdən sonra ilk dəfə səfirlər səviyyəsində birbaşa danışıqlara hazırlaşır.
Görüş aprelin 14-də Vaşinqtonda keçiriləcək.
Bildirilir ki, danışıqlarda İsraili bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Hamade Moavad təmsil edəcək.
Məlumata əsasən, rəsmi Vaşinqton görüş baş tutana qədər Livanın paytaxtı Beyrutun hərbi hücumlardan qorunması ilə bağlı xüsusi təhlükəsizlik zəmanəti verib. Bu diplomatik təşəbbüsün məqsədi bölgədə atəşkəsi möhkəmləndirmək və davamlı sülhə nail olmaqdır.
Danışıqlar zamanı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, “Hizbullah”ın tərksilah edilməsi, sərhəd mübahisələrinin həlli və məhbusların azad olunması kimi əsas məsələlərin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik müvəqqəti atəşkəs elan etsə də, İsrail Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirib. Hazırda Vaşinqton və Beyrut rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahudan birbaşa danışıqlar başlayana qədər hücumların müvəqqəti dayandırılmasını istəyiblər.
Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında da birbaşa görüş keçirilib.
11-04-2026, 20:41
Pakistan qırıcıları Səudiyyə Ərəbistanında


Pakistan qırıcıları Səudiyyə Ərəbistanında

Pakistan Hərbi Hava Qüvvələrinə aid qırıcılar Səudiyyə Ərəbistanına yerləşdirilib.
Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi heyət iki ölkə arasında strateji müdafiə müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanının şərqindəki Kral Əbdüləziz Hava Bazasına gəlib. Heyətin tərkibinə Pakistan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, eləcə də texniki və əməliyyat heyəti daxildir. İki ölkə arasında hərbi koordinasiyanı gücləndirmək və əməliyyat hazırlığını artırmaq məqsədi daşıyan bu addım regional və beynəlxalq səviyyələrdə təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır”, - məlumatda bildirilib.
11-04-2026, 20:24
Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian


Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian

"Pakistanda keçirilən yüksək səviyyəli danışıqlarda İranın nümayəndə heyəti ölkəmizin maraqlarınıl müdafiə edir və bu istiqamətdə cəsarətlə müzakirələr aparır".
Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”da yazıb.
"Hər bir halda, xalqa xidmətimiz bir an belə dayanmayacaq və bundan sonra da nəticədən asılı olmayaraq xalqın yanında dayanacağıq", - İran Prezidenti paylaşımda bildirib.
11-04-2026, 19:16
Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı


Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı

Türkiyədə cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatlar aparılıb, yüzlərlə şübhəli şəxs saxlanılıb.
Bu barədə Təhlükəsizlik Baş İdarəsi açıqlama verib.
Qeyd olunub ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyası ilə 25 mart – 10 aprel tarixləri arasında ölkənin 81 vilayətində ümumilikdə 124 əməliyyat keçirilib.
17 gün davam edən tədbirlər çərçivəsində “silahlı cinayətkar təşkilat yaratma”, “ağır soyğunçuluq”, “təhdid”, “qəsdən adam öldürmə”, “əmlaka zərər vurma” və “silah qaçaqmalçılığı” maddələri üzrə ümumilikdə 722 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı aparılan axtarışlar nəticəsində 67 ədəd uzunlüləli tüfəng, 383 tapança, 66 ov tüfəngi, 29 boş tapança, 14 003 patron və 1 329 silah hissəsi aşkar edilərək götürülüb.
11-04-2026, 19:07
İraqın yeni kürd prezidenti - Nizar Amidi


İraqın yeni kürd prezidenti - Nizar Amidi

İraqda prezident seçkilərində səsvermənin ikinci turunda Kürdüstan Vətənpərvərlər İttifaqının rəsmi namizədi Nizar Amidi qələbə qazanıb.
İkinci turda 249 deputat səs verib.
Qeyd olunub ki, Amidinin əsas rəqibi "Kürd İslam İttifaqı" Partiyasının üzvü Müsənna Əmin olub.
Daha əvvəl İraqın hazırkı prezidenti Əbdüllətif Rəşid seçkilərində iştirakdan imtina edib.
11-04-2026, 18:52
Türkiyədə 4,8 bal gücündə zəlzələ


Türkiyədə 4,8 bal gücündə zəlzələ

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin dərinliyi 9,18 km olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!