Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
6-11-2024, 13:44
Paşinyan da Trampı təbrik edib

Paşinyan da Trampı təbrik edib

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti seçilən Donald Trampı təbrik edib.
Bu barədə Paşinyan özünün sosial media hesabında yazıb.
“Biz ikitərəfli strateji münasibətlər qurmaq üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.
6-11-2024, 13:15
"Dostum... " - Ərdoğandan Trampa təbrik

"Dostum... " - Ərdoğandan Trampa təbrik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin prezidenti seçilən Donald Trampı təbrik edib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
"ABŞ-da böyük mübarizədən sonra prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm", - o qeyd edib.
"Yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini və Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların və müharibələrin sona çatacağını ümid edirik. Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram. Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq", - Ərdoğan əlavə edib.
6-11-2024, 12:35
Dünyadakı bütün müharibələrə son qoyacam! - Trampdan ilk AÇIQLAMA

Dünyadakı bütün müharibələrə son qoyacam! - Trampdan ilk AÇIQLAMA

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən qalib gəldiyini bildirib.
“Uşaqlarımızın layiq olduğu güclü, təhlükəsiz və firavan Amerikanı yaratmayana qədər dincəlməyəcəyəm”, - o deyib.
Seçicilər qarşısında çıxışı zamanı Tramp, Ukrayna da daxil olmaqla bütün müharibələrə son qoyacağını bildirib.
Tramp "Vəzifə müddətim ərzində müharibə olmayacaq. Mən müharibələri dayandıracağam. Vəzifəmin 4 ilində müharibə olmayıb" deyib.
Bundan əlavə, o, ABŞ-ın siyasi kursunu 180 dərəcə döndərəcəyini və amerikalıların ölkələrində nəzarəti bərpa etdiyi dövrə qayıtmaq niyyətində olduğunu açıqlayıb. O, həmçinin vergilərin azaldılmasını və neft hasilatının artırılmasını elan edərək, ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanından daha çox neftə sahib olacağını vəd edib.
Xatırladaq ki, 5 noyabr seçkisində respublikaçı Donald Tramp qələbə üçün lazım olan seçici səslərinin sayını (270) toplayıb ikinci dəfə prezident Ağ Evə qayıdacaq.
Bu qələbə onu Qrover Klivlenddən sonra fasilələrlə ikinci müddətə qalib gələn ilk prezident edib.
6-11-2024, 11:23
Tramp qələbə qazandığını elan etdi

Tramp qələbə qazandığını elan etdi

ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbə qazandığını elan edib.
O, brifinqdə tarix yazdıqlarını bildirib.
“47-ci Prezidentinizi seçdiyiniz üçün sizə təşəkkür edirəm”, - Tramp deyib. O, tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. Tramp bütün problemləri həll edəcəyinə də söz verib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson da Trampın qələbə qazandığını bildirib.
Bir neçə ABŞ mediası da yazıb ki, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib. “Fox News” telekanalının məlumatına görə, Tramp 277 seçicinin dəstəyini toplayıb. “The Hill” nəşri də Trampın qələbə qazandığını bildirib.
“The New York Times” qəzeti Trampın 95% ehtimalla prezident olacağını proqnozlaşdırır.
Qeyd edək ki, səslərin sayılması davam edir.

5-11-2024, 22:18
İsrailin müdafiə naziri istefaya göndərildi - Yeni təyinat

İsrailin müdafiə naziri istefaya göndərildi - Yeni təyinat

İsrailin müdafiə naziri Yoav Qallant istefaya göndərilib.
İsrailin Baş naziri Benyamin Netanyahu Qalantı vəzifəsindən azad edib.
O, bu vəzifəni 29 dekabr 2022-ci ildən icra edirdi. Qallant, həmçinin 2005-2010-cu illərdə İsrail Müdafiə Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandiri olub.
Qallantın postuna xarici işlər naziri İsrail Katz təyin edilib.
5-11-2024, 21:09
ABŞ seçkiləri: Tramp səs verdi - FOTO

ABŞ seçkiləri: Tramp səs verdi - FOTO

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp səs verib.
Tramp Florida ştatının Palm Biç şəhərindəki seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Səsvermədən sonra mətbuata açıqlama verən siyasətçi seçkilərdə qalib gələcəyinə tam əmin olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-da növbəti seçkilər keçirilir. ABŞ vətəndaşları bu gün prezidenti, Senatın üçdə birini və Konqresin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın qubernatorlarını seçirlər.
Tramp prezident seçkilərində hazırkı vitse-prezident Kamala Harrislə yarışır.

5-11-2024, 20:34
"Tramp seçilməsə, ölkədə ara qarışacaq"

"Tramp seçilməsə, ölkədə ara qarışacaq"

ABŞ hakimiyyəti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçkilərdə məğlub olacağı təqdirdə iğtişaşlar olacağını gözləyir.
Bu barədə "The Washington Post" yazıb.
Onun sözlərinə görə, hakimiyyət ən çox nəzarətdən çıxa biləcək yerli insidentlərdən narahatdırlar.
Nəşr qeyd edir ki, hakimiyyət 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Kapitolinin binasına soxulduğu hadisələrin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
5-11-2024, 18:00
Rusiyada son bir sutkada 3 qubernator istefa verib

Rusiyada son bir sutkada 3 qubernator istefa verib

Rusiya Federasiyası Komi Respublikasının rəhbəri Vladimir Uyba istefa verdiyini açıqlayıb.
Vladimir Uyba prezident Vladimir Putinin ona federal səviyyədə “yeni iş cəbhəsi” tapşırdığını bəyan edib. Lakin o, yeni şi barədə açıqlama verməyib.
Adı açıqlanmayan mənbənin mətbuata bildirdiyinə görə isə Prezident Administrasiyası qubernatordan narazı idi, çünki o, dəfələrlə konflikt vəziyyətlərində nə əhali, nə də yerli elita ilə dialoq qura bilib.
Vladimir Uyba 2020-ci ildən Komi Respublikasına rəhbərlik edirdi. Bundan əvvəl o, səhiyyə nazirinin müavini olub, eyni zamanda 15 il Federal Tibbi və Bioloji Agentliyinə rəhbərlik edib. Onun dövründə bu qurumun adı dəfələrlə korrupsiya qalmaqallarında çəkilib.
V.Uyba Rusiyada son 24 saat ərzində vəzifəsindən istefa verən üçüncü qubernator olub. Bir gün əvvəl Rostov və Tambov vilayətlərinin rəhbərlərinin dəyişdirilməsi ilə bağlı xəbər yayılıb. 67 yaşlı Vasili Qolubev və 47 yaşlı Maksim Eqorov istefa verdiklərini elan edərək, bu qərarı başqa işə keçməsi ilə də izah ediblər.
Rostov vilayətinə müvəqqəti olaraq Birləşmiş Aviasiya Korporasiyasının (UAC) keçmiş baş direktoru Yuri Slyusar, Tambov vilayətinə isə Krasnodarın keçmiş meri və Ukrayna ilə müharibənin iştirakçısı Yevgeni Pervışov rəhbərlik edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!