57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
Tarix : 17-04-2025, 16:48
Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı


Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı

“Taliban” hərəkatı Rusiyada terrorçular siyahısından çıxarılan ilk təşkilat olub. Onun fəaliyyəti 20 il əvvəl Rusiyada qadağan edilmişdi.
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.
Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.
"Taliban" 2003-cü ildən Rusiyada terror təşkilatları siyahısına salınıb. Ali Məhkəmənin onun fəaliyyətini qadağan edən qərarında hərəkatın Çeçenistandakı qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı və terror üsullarından istifadə etdiyi bildirilir. “O, Usamə bin Ladenin dəstəyi ilə Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində islami hərəkatların hakimiyyəti ələ keçirməsi üçün imkanlar axtarırdı”, - deyə məhkəmə qərarında qeyd edilib.
2021-ci ilin avqustunda Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” ölkədə hakimiyyətə gəlib. Əfqanıstan İslam Respublikasının əvəzinə hərəkat üzvləri tarixdə ikinci dəfə “Əfqanıstan İslam Əmirliyi”nin yaradıldığını elan etdilər. “Taliban” qadınların hüquq və azadlıqlarını şəriət qanunları çərçivəsində təmin edəcəklərinə söz verib. Rusiya da bir sıra başqa ölkələr kimi hərəkata siyasi tələblər irəli sürüb, ilk növbədə hakimiyyətin inklüzivliyi və elementar insan hüquqlarına riayət olunmasını tələb edir. Rusiya rəsmiləri ilə “Taliban” arasında siyasi təmaslar davam edir. Ötən ilin yanvarında xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Taliban”la təmasda olduğunu, lakin siyasi öhdəliklərini yerinə yetirməyənə qədər hərəkatın yaratdığı hökuməti tanımayacağını bəyan etmişdi.
2024-cü ilin mayında Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib. Agentliklər “Taliban”ın Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini və orada real güc olduğunu qeyd ediblər. Prezident bu təşəbbüsü şərh edərkən deyib ki, Kabillə münasibətlər necəsə qurulmalıdır.
2023-cü ildə “Taliban” Qazaxıstandada terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!