Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ .....                        Lavrovla Ceyhun Bayramov danışıqlar apardı .....                        Azərbaycanla Suriya arasında mühüm görüş .....                        Qubada dağlıq ərazi yanır .....                        Əminə Ərdoğan xanım Trampa məktub yazdı .....                        Bu marşrutda da Çin avtobusu istifadə ediləcək .....                        Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA .....                        Ukrayna öz torpaqlarını verməyəcək - Zelenski .....                        Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü .....                       
17-04-2024, 17:00
Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı


Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Bu barədə TRT məlumat yayıb.
Ərdoğan BƏƏ-də baş verən sel fəlakəti ilə əlaqədar Əl Nahyana "keçmiş olsun" diləklərini çatdırıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən saatlarda yağan güclü yağış daşqınlara və uçuşların dayandırılmasına səbəb olub. Səlahiyyətlilər son 75 ilin ən yüksək yağış miqdarının qeydə alındığını açıqlayıblar.
17-04-2024, 16:37
Tiflisin mərkəzində atışma - Yaralılar var


Tiflisin mərkəzində atışma - Yaralılar var

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində atışma qeydə alınıb.
Hadisə Vake rayonunda, Tabidze küçəsində baş verib.
Üç nəfər yaralanıb, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs maska ​​taxıb.
O, küçə ilə hərəkət edən gəncə atəş açmağa başlayıb. Onun mühafizəçisi atəş açıb və hücumçunu yaralayıb.
Cinayətin motivi məlum deyil.
17-04-2024, 15:57
Ərdoğan seçki nəticələri ilə bağlı mesajlar verdi


Ərdoğan seçki nəticələri ilə bağlı mesajlar verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 Mart seçkilərindən sonra partiyasının parlament fraksiyasının ilk toplantısını keçirib.
Ərdoğan toplantıda bir sıra dəyişikliklərin anonsunu verib.
O, özünütənqidin vacibliyini vurğulayıb: "Millətin tələb və tənqidləri istiqamətində təşkilatımız daxilində lazımi dəyişiklikləri edib yolumuza daha da güclü şəkildə davam edəcəyik".
"81 əyalətimizdə yalnız bir hökumət var, o da 14-28 may seçkiləri ilə millətin ölkəni idarə etmə vəzifəsini verdiyi prezident və kabinetidir. Seçkilər 40,5 faiz səslə Cümhur İttifaqının üstünlüyü ilə nəticələndi. 1400 bələdiyyənin 54,3 faizini bu ittifaq idarə edəcək. Hər kəs görsün və bilsin ki, biz bitdi deyənə qədər heç nə bitməyib. “Biz bu ölkənin ən dinamik partiyasıyıq, həyəcanımız ilk günkü kimi güclüdür", - o əlavə edib.
Bununla belə, Ərdoğan qeyd edib ki, millətin seçki qutusunda verdiyi mesajları düzgün oxumaq lazımdır və seçkinin nəticələrində aşağı fəallıq rol oynayıb.
Ərdoğan partiyanın səs itkisinin səbəbləri arasında əsas amillərdən biri kimi göstərilən inflyasiya ilə mübarizəyə də toxunaraq deyib: “İnşallah qarşıdakı 4 ildə inflyasiya ilə mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq. Artıq seçki olmayacaq”.
Qeyd edək ki, martın 31-də keçirilən yerli seçkilərdə AKP-nin ötən seçkilərlə müqayisədə səs faizi və qazandığı bələdiyyələrin sayı azalıb. Partiyanın 22 illik hakimiyyəti dövründə ilk dəfə seçki yarışı ikinci pillədə başa vurulub. Ali seçki Komissiyası (YSK) iştirak nisbətinin 78 faiz olduğunu elan edib.
17-04-2024, 15:10
Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək


Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Səudiyyə Ərəbistanına səfəri başlayıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra ilk yüksək səviyyəli səfərdir. Ararat Mirzoyan Ər-Riyadda Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusuf bin Abdullah Əl-Bənyan ilə görüşüb.
Bildirilib ki, görüş zamanı nazirlər təhsil sahəsində əməkdaşlığa dair geniş spektrli məsələləri müzakirə edib, hər iki tərəfin təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atmağa hazır olduqlarını bildiriblər.
Qeyd olunub ki, təhsilin müxtəlif səviyyələrində təcrübə mübadiləsi, peşəkar kadr hazırlığının təmin edilməsi, həmçinin təqaüd və insan resurslarının böyük potensialının qarşılıqlı surətdə reallaşdırılması məqsədi ilə İrəvan və Ər-Riyad arasında əlaqələrin intensivləşdirilməsinə dair razılıq əldə olunub.
"Görüşə yekun vuran hər iki nazir dövlətlərarası əlaqələri erməni və ərəb xalqları arasında tarixi dostluq və qarşılıqlı rəğbətə uyğun inkişaf etdirməyə böyük hazır olduqlarını vurğulayıblar", - məlumatda deyilir.
17-04-2024, 00:40
Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq


Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq

Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün büdcə layihəsində deyilir.
“2024-cü ilin büdcəsində Kanadanın Ukraynaya 2,4 milyard dollar kredit vermək niyyəti var və bunun 2 milyard dolları artıq martın 20-də BVF-nin idarə etdiyi hesab vasitəsilə Ukraynaya köçürülüb”, - deyə sənəddə qeyd edilir.
Layihədə, həmçinin nəzərdə tutulub ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.
16-04-2024, 22:27
Tbilisidə yenidən etiraz aksiyası keçirildi


Tbilisidə yenidən etiraz aksiyası keçirildi

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları aprelin 16-da Tbilisidə, ölkə parlamentinin önündə etiraz aksiyasını yenidən bərpa edib.
Parlament binasının qarşısına toplaşan minlərlə insan mərkəzi Rustaveli prospektini bağlayıb.
Aksiya iştirakçıları hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər.
Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq təşkilatçılarına və iştirakçılarına xəbərdarlıq edib. Etirazçılara xatırladılıb ki, inzibati binalara girişin bağlanması qanunla qadağandır. Daxili İşlər Nazirliyinin xəbərdarlığında deyilir: “Biz bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını dinc aksiya keçirməyə, qanunu pozmamağa və polis əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq”.
Qeyd edək ki, bir müddət əvvəl etirazçılarla polis arasında əlbəyaxa dava olub. Hazırda sakitlikdir.
Parlamentin yaxınlığına, 9 Aprel və Çitadze küçələrinə robokoplar və su reaktiv maşınları gətirilib.
16-04-2024, 17:05
Ukraynada səfərərlik qanunu imzalandı


Ukraynada səfərərlik qanunu imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi haqqında qəbul etdiyi qanunu imzalayıb.
Ali Radanın saytında sənədlə bağlı deyilir:
“Ukrayna prezidentinin imzası ilə geri qaytarılıb”.
Qanunun əsas müddəaları imzalandığı tarixdən bir ay sonra - mayın 16-dan qüvvəyə minəcək. Qanunun əsas vəzifəsi səfərbərlik proseslərini gücləndirməkdir.
Bununla hərbi qeydiyyat qaydaları formal olaraq sərtləşdirilir, “çağrıdan yayınanlara” qarşı sanksiyalar gücləndirilir və səfərbərlikdən möhlət üçün müddəalar dəqiqləşdirilir.
16-04-2024, 16:40
Putin və Rəisi arasında telefon danışığı olub


Putin və Rəisi arasında telefon danışığı olub

İran və Rusiya prezidentləri İbrahim Rəisi və Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə TASS məlumat yayıb.
Kremlin məlumatına görə, İran prezidenti Putinə zəng edib.
16-04-2024, 16:22
İzmirdə zəlzələ baş verdi


İzmirdə zəlzələ baş verdi

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Çeşme rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 20.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
15-04-2024, 20:10
Gürcüstan parlamenti qarşısında aksiya keçirilib


Gürcüstan parlamenti qarşısında aksiya keçirilib

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq aprelin 15-də paytaxt Tbilisidə izdihamlı aksiya keçirib.
Parlamentin qarşısındakı mərkəzi Ş.Rustaveli prospekti tam bağlanıb.
Aksiyanın təşkilatçılarının sözlərinə görə, etirazın məqsədi ölkənin azadlığını və Avropa gələcəyini qorumaqdır.
Qeyd edilib ki, bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə, eləcə də söz və mətbuat azadlığına mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.
Saat 19:00-da başlayan aksiyada minlərlə insan iştirak edir.
Parlamentin önündə Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar “Rusiya qanununa yox”, “Biz Avropadayıq” kimi şüarlar səsləndirib, hökumətdən məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər.
Qeyd edək ki, bu gün parlamentin hüquq komitəsinin iclasında “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında əlbəyaxa dava olub. Müxalifətdən olan deputat Aleko Elisaşvilinin parlamentdə döyülməsi və nalayiq sözlərlə təhqir olunması müxalifəti dəstəkləyənlərin sayının artmasına səbəb olub.
Aksiya səbəbi ilə parlamentin binasının ətrafına çoxlu sayda polis cəlb edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!