Qadın məhkuma telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı .....                        Məzahir Pənahov iclas keçirdi .....                        500 müəllim imtahandan kəsildi .....                        Mikayıl Cabbarova yeni vəzifə verildi .....                        İmişlidə pambıq sahəsi yanır .....                        Hindistan bizi İsrail silahları ilə vurdu - Şahbaz Şərif .....                        Sualı cavablamaq üçün savadım yoxdur - "Şərurlu İsfəndiyar" ifadə verdi .....                        Müəllimlər 65 yaşından sonra da işləyə bilərlər .....                        Putin Lavrova orden verdi .....                       
7-11-2023, 13:50
İsrail oktyabrın 7-də həlak olanların xatirəsini yad etdi


İsrail oktyabrın 7-də həlak olanların xatirəsini yad etdi

İsrail oktyabrın 7-də həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Yerli vaxtla saat 11:00-da israillilər düz 1 ay əvvəl HƏMAS-ın törətdiyi hücumda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu aksiyanı həlak olanların yaxınları təşkil edib. Onlar bir dəqiqəlik sükutdan sonra insanları qara köynək geyinməyə və dövlət himnini oxumağa çağırıblar. Məktəblərdə və universitetlərdə də anım mərasimləri keçirilib.
Aksiyada Qəzzada saxlanılan 240 girovdan bəzilərinin ailələri də iştirak edib. Onlar hakimiyyətdən öz yaxınlarını geri qaytarmaq üçün daha çox iş görmələrini tələb ediblər.
Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həlak olub.
6-11-2023, 20:43
Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçdi


Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçdi

İsrail və HƏMAS arasında toqquşmalar nəticəsində Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçib.
Bu barədə "Əl-Cəzirə" telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, toqquşmalar zamanı 10 022 nəfər həlak olub.
Xatırladaq ki, İsrail ilə Qəzza zolağına nəzarət edən HƏMAS radikal hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.
6-11-2023, 19:01
Blinken Hakan Fidanla görüşü barədə məlumat yaydı


Blinken Hakan Fidanla görüşü barədə məlumat yaydı

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü barədə məlumat yayıb.
Bu barədə Blinken "X" hesabında yazıb.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - o bildirib.
6-11-2023, 17:47
Gürcüstanın XİN Başçısı Aİ rəsmilərini qəbul etdi


Gürcüstanın XİN Başçısı Aİ rəsmilərini qəbul etdi

"Avropa İttifaqına üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrini qəbul etməkdən çox şadam".
Bunu Gürcüstanın XİN başçısı İlia Darçiaşvili X-də yazıb.
"Gürcüstanın namizəd statusu gözlədiyi üçün bizim ölkənin Aİ-yə inteqrasiya yolunda irəliləyişini bir daha müzakirə etmək və bu kontekstdə beynəlxalq tərəfdaşlarımızın dəstəyinin vacibliyinə diqqət yetirmək imkanımız oldu", - o qeyd edib.
6-11-2023, 15:59
Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi


Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin müdafiə nazirinin keçmiş müavinini şübhəli şəxs elan edib.
Söhbət artıq istintaq təcridxanasında olan Vyaçeslav Şapovalovdan gedir.


6-11-2023, 14:55
Aİ Qəzza zolağına humanitar yardımı artırır


Aİ Qəzza zolağına humanitar yardımı artırır

Avropa İttifaqı Qəzza zolağına humanitar yardımı 25 milyon avroyadək artıracaq.
Bunu Brüsseldə Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Beləliklə, yardım 100 milyon avroya çatdırılacaq.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
6-11-2023, 14:33
Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi


Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi

Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov Türkiyəyə səfər edib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
O, türkiyəli həmkarı Yaşar Gülerlə görüşüb. Güler rəsmi dəvəti ilə səfərə gələn naziri hərbi qarovulla qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Rəsmi tədbirdən sonra tərəflər nazirliyin binasına daxil olaraq müzakirələrə başlayıblar.
6-11-2023, 14:17
İsrail Qəzza zolağının cənubunda dəhliz açdı


İsrail Qəzza zolağının cənubunda dəhliz açdı

İsrail Müdafiə Qüvvələri noyabrın 6-da Səlahəddin şossesi boyunca Qəzza zolağının cənubuna dəhliz açıb.
Bu barədə ordunun sözmüsü Aviçai Edri məlumat verib.
"Şimal bölgələrinin sakinləri yerli vaxtla saat 10:00-dan 14:00-a qədər dəhlizə boyunca evakuasiya edə bilərlər", - o qeyd edib.
Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Fələstin tərəfində isə 9.5 min nəfərin öldüyü bildirilir.
6-11-2023, 14:08
Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi


Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi

"Putin yeni prezidentlik müddətinə namizədliyi ilə bağlı hələ heç bir açıqlama verməyib".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, kampaniya hələ elan edilməyib.
Belə ki, o, mənbələrə istinadən Putinin 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini yazan "Reuters" nəşrinin materialını şərh edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana səfər edəcək.
5-11-2023, 21:54
İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü


İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü

İranın ali dini lideri Əli Xamenei HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İsmayıl Haniyə görüş zamanı İran liderinə Qəzza zolağındakı hazırkı vəziyyət və anklavdakı “sionistlərin cinayətləri”, eləcə də İordaniyanın İordan çayının qərb sahilindəki vəziyyətin inkişafı barədə məlumat verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!