Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
24-08-2024, 15:48
Rusiyanın istənilən nöqtəsinə hücum edə biləcəyik - Zelenski


Rusiyanın istənilən nöqtəsinə hücum edə biləcəyik - Zelenski

"Ukrayna tezliklə Rusiyanın istənilən hissəsinə hücum edə biləcək".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukraynanın Müstəqillik Günü üçün Kiyevin Rusiyaya qəfil işğalına başladığı sərhəd zonasında qeydə alındığı bildirilən 13 dəqiqəlik videomüraciətdə Zelenski Rusiyanın Ukraynanı “məhv etmək” istədiyini, lakin müharibənin “evinə qayıtdığını” söyləyib:
“Düşmənimiz Ukraynanın cavab üsulunun nə olduğunu biləcək... O biləcək ki, gec-tez Ukraynanın cavabı Rusiya Federasiyasında dövlətimizin və ya xalqımızın həyatı üçün təhlükə mənbəyi olan istənilən nöqtəyə çatacaq”.
“Və kim bizim torpağımızı bufer zonaya çevirmək istəyirsə, öz ölkələrinin bufer federasiyaya çevrilməsinin qarşısını almağı düşünməlidir”, - deyə Zelenski əlavə edib.
"Solğun gözləri bütün dünyanı boz zona kimi qəbul edir, lakin biz mavi-sarı bayrağın haqlı olaraq boz zonaya çevrilməsinə icazə verməyəcəyik, hər kəsi daim təhdid edən xəstə baba qırmızı düymə ilə bizə necə yaşayacağımızı, hansı yolla getməli olduğumuzu və hansı seçimləri edəcəyimizi diktə etməyəcək”, - deyə prezident yekunlaşdırıb.
24-08-2024, 15:37
Ukrayna ilk dəfə yerli raket-dronundan istifadə edib


Ukrayna ilk dəfə yerli raket-dronundan istifadə edib

Bu gün Ukrayna ilk dəfə olaraq yeni yerli “Palyanitsya” raket-dronundan istifadə edib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Prezident bu silahın Rusiya hərbçilərini vurduğunu deyib, lakin dəqiq harada vurulduğunu açıqlamayıb:
“Məhz bu gün bizim yeni silahımızdan ilk və uğurlu döyüşdə istifadə edildi - bu, bizim düşmənə qarşı yeni cavab üsulumuzdur".
24-08-2024, 12:10
Tramp 37 dəqiqədə 48 paylaşım edib - Harrisə cavab


Tramp 37 dəqiqədə 48 paylaşım edib - Harrisə cavab

“O, mənim haqqımda danışır?”.
ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Kamala Harrisin çıxışına 37 dəqiqə ərzində 48 paylaşımla cavab verib.
"Onlar üzərində Kamala Harrisin adı olan kamuflyaj şlyapaları geyinirlər. Kamuflyaj bizimdir! Dünən gecə onun çıxışı zamanı onun yanında iki Amerika bayrağı var idi. Orada Qürur bayraqları yox idi. Bunu yenidən düşünürlər, gedirlər. Müstəqil seçicilərimizdən sonra, yeri gəlmişkən, Demokratlar, Demokratlar, Demokratlar nə baş verir?", - Tramp paylaşımlarından birində yazıb.
23-08-2024, 17:46
Ukraynaya sülh mesajı ilə gəlmişəm - Modi


Ukraynaya sülh mesajı ilə gəlmişəm - Modi

Hindistan Ukraynada sülhə fəal töhfə verməyə hazırdır.
Bunu Hindistan baş naziri Narendra Modi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Hindistanın baş naziri Ukraynaya “sülh mesajı ilə” gəldiyini söyləyib və ötən ay Rusiya prezidenti Vladimir Putinlə görüşdə “problemləri döyüş meydanında həll etməyin mümkün olmadığını” vurğulayıb:
"Hər iki tərəf birlikdə oturub bu böhrandan çıxış yolu axtarmalı olacaq. Mən əmin etmək istəyirəm ki, Hindistan sülhə doğru irəliləmək üçün istənilən cəhddə fəal rol oynamağa hazırdır. Və şəxsən mən hər hansı bir rol oynaya bilsəm, mən bunu edəcəyəm, sizi bir dost kimi əmin edirəm".
23-08-2024, 17:21
Zurabişvili qeyri-legitimliyini tanıyıb - Baş nazir


Zurabişvili qeyri-legitimliyini tanıyıb - Baş nazir

Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilinin “xarici agentlər haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsinə verdiyi iddia ilə bağlı danışıb.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
"Yaxşı ki, Salome Zurabişvili Konstitusiya Məhkəməsinin legitimliyini tanıdı və bununla da özünün qeyri-legitimliyini bilavasitə tanıdı", - Gürcüstanın baş naziri İrakli Kobaxidze iddia edib.
Gələn həftə Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı iddiasına baxmağa başlayacaq. KİV-in məlumatına görə, məhkəmələr avqustun 29, 30 və 31-nə təyin edilib.
23-08-2024, 16:44
Ukrayna  elektrik enerjisi ixracını bərpa edir


Ukrayna elektrik enerjisi ixracını bərpa edir

Ukrayna avqustun 25-dən elektrik enerjisi ixracını bərpa edir.
Bu barədə "Ukrenergo" məlumat yayıb.
Bildirilib ki, istilik azalmağa başlayıb və enerji sistemində istehlak əhəmiyyətli dərəcədə azalıb.
Şirkət əmin edib ki, ixrac yalnız günəş elektrik stansiyalarının maksimum aktivliyi dövründə baş verəcək. Sabah Rumıniya, Macarıstan və Moldova istiqamətlərində dövlətlərarası keçidlərə giriş üçün hərrac keçiriləcək.
23-08-2024, 16:40
Rusiyada qiyam çıxdı: Putin təcili iclas keçirir


Rusiyada qiyam çıxdı: Putin təcili iclas keçirir

Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər. Məlumatı Rusiya Federal Penitensiar Xidməti məlumatı təsdiqləyib.
Xidmət bir əməkdaşının həlak olduğunu, bir neçəsinin yaralandığını açıqlayıb.
Girov götürənlər İŞİD üzvü olduqlarını açıqlayıblar. Rusiyanın teleqram kanalları Volqoqradda koloniyada insident zamanı 3 nəfərin öldüyü barədə məlumat yayıb. Əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər. Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.



Koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib.
Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirir. Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib. Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb. O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyəcək.
23-08-2024, 16:34
Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı


Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı

Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçi arasında telefon danışığı olub.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlərin günəmi müzakirə olunub.
Söhbət zamanı əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsi, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq istiqamətində geniş fikir mübadiləsi də aparılıb.
23-08-2024, 14:53
Modi Zelenski ilə görüşdü


Modi Zelenski ilə görüşdü

Hindistanın baş naziri Narendra Modi Kiyevə bir günlük səfəri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Narendra Modi və Zelenski siyasi, ticarət, iqtisadi, investisiya, təhsil, mədəni və humanitar məsələləri müzakirə edəcəklər.
23-08-2024, 13:22
Putin Paşinyanla danışıqlar apardı - Azərbaycan barədə...


Putin Paşinyanla danışıqlar apardı - Azərbaycan barədə...

Kremlin mətbuat xidməti Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı barədə məlumat yayıb.
“Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, o cümlədən nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, - deyə Kremlin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidməti əlavə edib ki, ikitərəfli gündəliyə dair fikir mübadiləsi aparılarkən tərəflər ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikasını qeyd ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!