Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
7-08-2024, 15:16
Ukrayna PUA istehsalını artıracaq


Ukrayna PUA istehsalını artıracaq

Ukrayna pilotsuz təyyarələrin istehsalını genişləndirmək istəyir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib:
“Artıq bu il üçün istehsalçılarımızdan 1 milyon dron sifariş edilib. Gələn il onların sayı daha çox olmalıdır”.
"Hazırda bütün təfərrüatları açıqlamırıq, lakin dron istehsal gücümüz durmadan artır və biz təkcə dövlət maliyyəsi ilə deyil, həm də dron istehsalımıza sərmayə qoymaq üçün tərəfdaşlarla işləyirik", - deyə o əlavə edib.
7-08-2024, 13:56
Türkiyə ordusu şəhid verib


Türkiyə ordusu şəhid verib

Türkiyə ordusu şəhid verib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Habip Murat Alp "Pençe-Kilit" əməliyyatı bölgəsində axtarış və yoxlama fəaliyyəti zamanı terrorçular tərəfindən açılan təcavüz atəşi nəticəsində şəhid olub.
"Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı, səbr diləyirik”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.
7-08-2024, 00:16
Harris Trampı 4 faiz üstələyir


Harris Trampı 4 faiz üstələyir

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Tramp üzərindəki dəstək fərqini rekord 4 faiz bəndinə yüksəldib.
Bu barədə “Newsweek” jurnalı “Morning Consult”un keçirdiyi rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, sorğu iştirakçılarının 48 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazır olduğunu bildirib, respondentlərin 44 faizi isə Trampa üstünlük verib. Beləliklə, fərq Harrisin xeyrinə rekord səviyyəyə yüksələrək 4 faiz bəndinə çatıb.
Avqustun 2-dən 4-dək aparılan sorğuda qeydiyyatdan keçmiş 11 mindən çox amerikalı seçici iştirak edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
6-08-2024, 22:18
HƏMAS-ın yeni lideri - FOTO


HƏMAS-ın yeni lideri - FOTO

HƏMAS hərəkatının Qəzzadakı lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Bu barədə HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.
Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
O 1989-cu ildə iki İsrail əsgərinin öldürülməsini təşkil etdiyinə görə həbs edilib. 2011-ci ildə məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.
2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib.
Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir. O, 2023-cü ildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun təşkilatçısı hesab olunur.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.

6-08-2024, 16:47
Harris seçilsə, vitse-prezident o olacaq


Harris seçilsə, vitse-prezident o olacaq

Kamala Harris ABŞ prezidenti seçiləcəyi təqdirdə Minnesota ştatının qubernatoru Tim Uolts vitse-prezident olacaq. Bunu CNN yayıb.
Bu barədə 4 mənbəyə istinadən təsdiqləmə alınıb.
Harrisin seçimi hələ rəsmi olaraq açıqlanmayıb.
6-08-2024, 16:25
Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro ayırıb


Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro ayırıb

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard avroluq makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib.
Vurğulanıb ki, Şuranın qərarı Ukraynanın bu vəsaiti almaq üçün planda nəzərdə tutulan zəruri şərtləri və islahatları yerinə yetirdiyini təsdiqləyib.
Qeyd olunub ki, bu islahatlar dövlət maliyyəsinin, dövlət müəssisələrinin idarə olunması, biznes mühiti, enerji və minatəmizləmə sahələrini əhatə edir.
6-08-2024, 15:52
Kamala Harris rəsmən prezidentliyə namizəd olub


Kamala Harris rəsmən prezidentliyə namizəd olub

Kamala Harris rəsmən ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd olub.
Hazırkı vitse-prezident noyabrda keçiriləcək seçkilərdə Respublikaçıların namizədi Donald Trampla yarışacaq.
Qeyd edək ki, bundan əvvəl Co Baydenin namizədliyi üzərində dayanılsa da, debatdakı uğursuz performansdan sonra ona kütləvi müraciətlər oldu və Bayden seçki yarışından geri çəkildi.
Harris prezident seçiləcəyi təqdirdə ABŞ-ın ilk qadın prezidenti olacaq.
6-08-2024, 14:51
Qazaxıstanın uran istehsalı - Göstəricilər


Qazaxıstanın uran istehsalı - Göstəricilər

Qazaxıstan dünyanın ən böyük uran ixracatçılarından biridir.
"Kazinform" yataqların harada yerləşdiyini və hasilatın necə aparıldığını öyrənmək qərarına gəlib.
Artıq bu ölkədə tükənmiş uran sahələri var. Qazaxıstan Energetika Nazirliyi sorğuya cavab olaraq bildirib ki, Türküstan, Qızılorda və Şimali Qazaxıstan vilayətlərindəki 13 yatağın 26 sahəsində uran hasil edilir.
Onların hamısı çoxlu quyuların quraşdırıldığı və uranın yerdən yuyulduğu sınaq meydançalarıdır.
6-08-2024, 14:40
Hizbullah İsrailin şimalına PUA-larla zərbə endirib - İtkilər var


Hizbullah İsrailin şimalına PUA-larla zərbə endirib - İtkilər var

Hizbullah İsrailin şimalına pilotsuz təyyarələrlə hücum edib.
Bu barədə “The Times of Israel” yazıb.
Bildirilib ki, itkilər olub. Təcili yardım xidməti ən azı 2 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Məlumata görə, 30 yaşlı qurban başından güllə yarası alıb və huşsuz vəziyyətdə tapılıb.
6-08-2024, 13:52
"Volkswagen" Rusiyaya avtomobil ixrac etmir - RƏSMİ


"Volkswagen" Rusiyaya avtomobil ixrac etmir - RƏSMİ

"Volkswagen" Rusiyaya avtomobil ixrac etmir və icazəsiz ticarətin qarşısını almaq üçün əlindən gələni edir".
Bu barədə TASS-a konsernin nümayəndəsi məlumat verib.
Bundan əvvəl “Die Zeit” qəzetində "Volkswagen" texnologiyalarına malik avtomobillərin "Jetta" brendi ilə Rusiya bazarına daxil olduğu iddia edilən məqalə dərc olunmuşdu.
Qeyd edək ki, Ukraynaya genişmiqyaslı işğal müharibəsi başladandan sonra Qərbin əsas şirkətləri Rusiya bazarını tərk edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!