Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 27-04-2022, 16:54
Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi 4 dildə təqdim edilib

Aprelin 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin “Milli Kitabxananın qızıl fondundan” seriyasından 4 dildə ilk nəşrinin təqdimat mərasimi keçirilib.

Butov.az xəbər verir ki, Milli Kitabxanadan APA-ya verilən xəbərə görə, tədbiri direktor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb.
Direktor vurğulayıb ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 1928-ci ildə qələmə aldığı ilk ədəbi-tənqidi təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsəri öz dərin məzmun əhəmiyyətinə görə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında bir “ədəbiyyat hadisəsi” kimi qiymətləndirilə bilər: “20 yaşlı bir gəncin belə bir dərin məzmunlu əsər yazması ədəbiyyatımızda çox böyük hadisədir. Lakin bu əsərin Azərbaycan arxivlərindən və kitabxanalarından “səssizcə yoxa çıxarılması” nəticəsində bu qiymətli ədəbi-tənqidi əsər bir əsr ərzində elmi-ədəbi dövriyyədən kənarda qalıb. Bir əsr ərzində Mir Cəlal müəllimin müəllifi olduğu çoxsaylı kitabları nəşr olunub, lakin çox təəssüf ki, bu əsər indiyə kimi çap olunmayıb”.

Direktor bildirib ki, 2018-ci ildə Milli Kitabxana Mir Cəlal müəllimin ədəbi-tənqidi məqalələrindən ibarət toplu nəşr etdirib: “Lakin çox təəssüf ki, biz həmin vaxt çoxsaylı arxivlərə müraciət etsək də, həmin əsəri tapa bilmədik. Yalnız iki il öncə Rusiya Dövlət Kitabxanasında həmin əsəri çox çətinliklə əldə etdik və həmin əsəri geniş ictimaiyyətə çatdırmaq üçün dörd dildə – Azərbaycan, rus, ingilis və ərəb dillərində ilk dəfə kitab halında çap olunmasını zəruri hesab etdik”.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, biz bu gün Milli Kitabxananın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi növbəti layihənin – “Milli Kitabxananın qızıl fondundan” layihəsinin təqdimatına toplaşmışıq: “Xüsusilə əlamətdardır ki, bu layihənin ilk təqdimatı məhz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, öz bədii və elmi-publisistik əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan professor Mir Cəlal Paşayevin ilk ədəbi tənqidi təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsəri ilə açılır”.

Nazir vurğulayıb ki, Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək bildirib ki, romantizm nəzəriyyəsi ədəbiyyatşünaslığın bir qoludur: “20 yaşında gənc kənd müəlliminin belə bir əsər yazması onun böyük gələcəyindən xəbər verirdi. Mir Cəlal müəllim birbaşa ədəbiyyata, ədəbiyyatşünaslığa xidmət edən böyük ədibdir”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov çıxış edərək bu işdə əməyi keçən hər kəsə, Milli Kitabxana rəhbərliyinə və Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva Milli Kitabxanaya və Mədəniyyət Nazirliyinə belə bir layihəyə başladıqları üçün öz təşəkkürünü bildirib.

Tədbir çıxışlarla davam edib.

Sonda qonaqlar Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!