Narkotik istifadəçisi arayışı “ASAN xidmət”də veriləcək .....                        Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü .....                        "Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq .....                        Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM .....                        Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi .....                        Bu mesajları açmayın! - "Azərpoçt"dan əhaliyə çağırış .....                        "Neftçi"nin şikayəti təmin edilmədi .....                        Tramp Ukraynaya hərbi yardım paketini təsdiqlədi .....                        "Qarabağ"ın oyununda ilk qol - YENİLƏNİR .....                       
Tarix : 17-04-2021, 18:07
Qazaxıstandan Nizami Gəncəvi irsinə aid əlyazmaların surətləri gətiriləcək

Butov.az Medeniyyet.az-a istinadən xəbər verir ki, aprelin 16-da Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Azərbaycan Milli Kitabxanasında olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqla söhbət zamanı iki ölkə arasında olan dostluq əlaqələrinin mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığa da geniş zəmin yaratdığını vurğulayıb. Direktor Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Milli Kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsindən söz açıb.

Milli Kitabxana haqqında qonağa ətraflı məlumat verən K.Tahirov kitabxananın beynəlxalq əlaqələrindən də danışıb. Bildirib ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan “Beynəlxalq əməkdaşlıq zalı”nda 14 ölkənin tarixi, mədəniyyəti və incəsənətinə dair kitablardan ibarət daimi guşədə qazax ədəbiyyatı xüsusi yer tutur.

Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edən Serjan Abdıkarimov gələcək əməkdaşlıq barədə fikirlərini bölüşüb. Səfir bildirib ki, iki ölkə arasında olan qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək, birgə layihələr və tədbirlər keçirmək əsas məqsədlərdən biridir: “Bu əməkdaşlıq, həmçinin kitabxanalarımız arasında da davam etdirilməlidir”.

Görüşdə Kərim Tahirov Mədəniyyət Nazirliyi və Milli Kitabxananın Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən də söz açıb. Bildirib ki, layihə çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmalarının rəqəmsal surətləri də Milli Kitabxanaya gətirilir.

Direktor Kərim Tahirov Qazaxıstanın Əlyazmalar İnstitutunda saxlanılan Nizami Gəncəvi irsinə aid əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya verilməsində səfirin köməyini xahiş edib. Səfir bu məsələ ilə bağlı öz dəstəyini göstərəcəyini bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!