COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 8-07-2022, 18:34
"Nur Ocağı" təqdim edir

Briliyant Qurbanova (Atəş)


Silməsin.
Mən vermərəm sevincimi əlimdən,
Ayaq açıb qəm üstümə gəlməsin.
Əskik etməm "var" sözünü dilimdən,
Heç kim məni sayıl, səfil bilməsin.
*
Çörəyimin ətri vurur hər yanı,
Oxuduqca saflaşırsan "Quran" ı,
İstəyirəm yolun azan insanı,
Haqqa gəlsin, şeytan bizə gülməsin.
*
Mən Atəşəm, sözüm düzdü qılınc tək,
Saflığından, düzlüyündən bağ sal, ək,
Bilirəm ki, düz danışan qalır tək,
Allah məni nəzərindən silməyin.
Alıbdı.
Öz dərdimi özüm çəkə bilmirəm,
Kotan qoşub, dərdım əkə bilmirəm,
Kim uçurdu, təzdən tikə bilmirəm,
İsti yuvam yaman soyuq olubdu.
*
Günəş vaxtsız dağ dalında batar, heç?
Əl olmasa yay oxuna çatar, heç?
Ürək canı, can ürəyi atar, heç?
Bəxtsiz könlüm göz yaşımla dolubdu.
*
Gecə-gündüz gözlərimə duz tökmüş,
Taleyimdi, bostanıma dərd əkmiş,
Həsrətimdi, könlüm çarmıxa çəkmiş,
Qübar məndən ürəyimi alıbdı.

Alsan.
Axtarıram səni kiprik-qaşımda,
Sənsə gəzdin gözlərimin yaşında,
İzin qaldı ürəyimin başında,
Əl uzatdım, gördüm qəmli xəyalsan.
*
Nəfəsində xumar-xumar yatmadım,
Tellərinin arasında batmadım,
Saf eşqinin sorağına çatmadım,
Dilim üstə nə zəhərsən, nə balsan.
*
Yoxluğundan artıq giley etmirəm,
Kölgöyünün arxasınca getmirəm,
Vüsalının həsrətiylə yatmıram,
Mənə bəsdi, xəyalınla can alsan.

Olub mənə.
Hərdən qəlb ortağım, hərdən sirr yerim,
Taleyim, qismətim yar olub mənə.
Təntiyib, darıxıb,dara düşəndə,
Daş da lələ dönüb, var olub mənə.
*
Sıldırım qayanın köksündə gəzdim,
Cıxartdım gözünü, bağrını əzdim,
Taptanmış yollardan, cığır dan bezdim,
Ormanlar, oylaqlar dar olub mənə.
*
Alçaqla oturmaq, nadanla durmaq,
Qanmazın sözünə şapalaq vurmaq,
Arxada tor qurub, üzdə hal sormaq,
Əzəl gündən, Atəş, ar olub mənə.

Ha yara, yara

Ətri-bənövşəni, sarı nərgizi,
Dərib peşkəş eylə, ha yara, yara.
Ağzı bayatılı qarı Nərgizi,
Uca tut, işinə ha yara, yara.
*
İgidlik örnəkdir ata-babadan,
Öyrən, xəzinədir, yaşlı babadan,
Zülməti boğmuşuq, doğur baba, dan,
Gəlir üzümüzə ha yara-yara.
*
İşləsə qaralmaz, əldə, sağ almaz,
Canına dərmanı, Vallah, sağ, almaz,
Atəş, qövr eləyər, qəlbdə, sağalmaz,
Söz ilə vurulan ha yara, yara.
Görək.
Dünyanın ləzzəti yaşamaqdadır,
Onun hər yükünü daşımaqdadır.
İnsanın tərzidir heyvandan fərqli.
Özünə gümanlı, özünə ərkli.
Çox mürəkkəb olur insan xisləti,
Dürr kimi sözlərdi onun zinəti.
Ləldi, cəvahirdi dənizdə yatır,
Üstünü qum ortür, yoxluğa batır.
Könül də bənzəyir həmin dəryaya,
O, dərya olsa da möhtacdır çaya.
Ürək bir dünyadır, dünyaya sığmaz,
Onu gözsüz kimsə oxuya bilməz.
Dəryanın qapısı açıqdır, əlbət,
Ürəyin qapısı gözlərdir, xəlvət.
Ürəkdən bir yol da beyinə gedir,
Birləşib görün ki, nələr həll edir.
Biri bu dünyanı əldə oynadır,
O biri gah sevinc, kədər qaynaqdır.
Hər bir əzamız da quldur onlara,
Dünya ağ bürünür, gah da kı qara.
Əlində hər hökmü, ixtiyarı var,
İstəsə odlayar, istəsə yuyar.
Bir balaca başla, bir xırda ürək,
Atəş, neyləyəcək axırda görək.

Saxla ürəyində, məni unutma.
Dumandı, çisgindi mənim bələyim,
Gözümün didəsi olub ələyim,
Məndən üz döndərmə, mənim mələyim,
Saxla ürəyində, məni unutma.
...
İstərəm kipriynin qırovu olum,
Könlünün Qoşqarı, Murovu olum,
Mən sənin eşqinin girovu olum,
Saxla ürəyində, məni unutma.
...
Bir sevgi qoynundan doğuldum, çıxdım,
Məhəbbət selitək qəlbinə axdım,
Mərhəmət gözlədim, ümidlə baxdım,
Saxla ürəyində, məni unutma.
...
Atəşin güzarı düşüb bagçana,
Sevgidən tutduğun güllü boğçana,
Qoyub, boyumu söy könül taxçana,
Saxla ürəyində, məni unutma.

A dünya.
Çeynəmişəm sən dünyanın qəmini,
Yalamışam sevincini dəmini,
Mən udmuşam ağrısının cəmini,
Heç qorxmuram İndi səndən, a dünya.
*
Bax, almışam əlindən yerin, göyün,
Mənim olub, mənimdi dörd ünsürün,
Vaxt gələcək, açılacaq hər sirrin,
Baxacaqsan onda gendən, a dünya.
*
Brilyantı sən heç nəynən qorxutma,
Qılıqlayıb gəl başını oyutma,
Zamanını uzatmaq ün yoyutma,
Qorxacaqsan sən də məndən, a dünya.

Dəydin.
Elə qəribsədim sənsiz bu axşam,
Ürəyinə damıb nola gələydin.
Gözlərimə qonmuş qüssə-kədəri,
O xoş gəlişinlə bircə, siləydin.
*
Tavanda çil-çıraq, telim də daraq,
Dünən ot biçdiyin o aylı oraq,
Sənə ünvanlanmış həsrətli soraq,
Necə darıxıblar sənsiz, biləydin.
*
Güllər də boynunu əyib yollara,
Bülbül lal dayanır baxıb onlara,
Naməmi yazmışam axar sulara,
Suyun da səmtini özünə əydin.
*
Sənsizik, qol-boyun sarılmışıq biz,
Sənsizlik içində darılmışıq biz,
Atəş, buna möhtac qalırmışıq biz?
Ötəri meh təki üzümə dəydin.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!