Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
Tarix : 27-05-2016, 23:16
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli öz Facebook səhifəsində görkəmli tənqidçi-ədəbiyyatşünas Qurban Fərman oğlu Bayramlının 70 illiyi münasibətilə təbrik yazıb. Hörmətli Asif müəllimin bizim də ürəyimizdən keçən ürək sözlərini oxucularımıza təqdim edirik:
QURBAN BAYRAMLI - 70

Görkəmli tənqidçi-ədəbiyyatşünas Qurban Fərman oğlu Bayramlının ədəbi-tənqidi, elmi-publisistik əsərlərinin düşüncə qatında yuvalanan bahar duyğusu, şeir qoxusu və “dan üzünün sevgisi” nəzəri meyarların məhdud məcrasında kükrəyən bənzərsiz ifadə tərzi, poetik deyim üsulu ilə təcəlla tapmaqdadır... Elmi üslub üçün xarakterik olmayan bədii məziyyətlərin onun yaradıcılığında özünü bütün qabarıqlığı ilə büruzə verməsi təsadüfi deyildir. Nəzərə alınsa ki, kreaktivlik qabliyyəti Azərbaycan ədəbi isteblişmentində birmənalı qəbul olunan Qurban Fərmanoğlu təbiətin əsrarəngiz gözəlliyi tüğyan etdiyi bir fəsildə, may ayının 30-da Qarabağ bölgəsinin, Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açıb, yaradıcılığa poeziya ilə başlayıb, gözəlliyə sevgisi, vurğunluğu Vurğunun ilham, söz çeşməsindən köz alıb – o zaman tənqidçinin yaradıcılığında elmi təfəkkürün obrazlı libası göz qamaşdırmaqdan, süni parıltı yaratmaqdan daha çox məzmunun, mənanın, məntiqin daha geniş planda təqdimatına, yadda qalmasına və asan dərkinə xidmət etdiyi ehtiva olunar. Yeni və təkrarsız ifadə vasitələrindən yerli-yerində faydalanmaq, az sözlə bədii peyzaj yaratmaq, sanballı, tutumlu fikir və düşüncələri metaforik vasitələrə yükləyərək uçuş nöqtəsinə çıxarmaq və nəhayət oxucu auditoriyasının həssas duyğuları üzərində psxolinqvistin təsir səlahiyyətlərindən səmərəli yarınmaq Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəricilərindən sayıla bilər.
Səməd Vurğunun, xalq yazıçısı Elçinin, Aydın Məmmədovun, Yusif Həsənbəyin, Qəzənfər Paşayevin, Elxan Məmmədlinin, hətta AMEA-nın 70 illik yubleylərinə böyük sevgiylə, məhəbbətlə məqalələr həsr edən Qurban Bayramlının özünün də 70 yaşı tamam olur. Sözü Maradona dəqiqliyi ilə hədəfə yönəltməyi bacaran, şəxsiyyətində və yaradıcılığında səmimiyyəti meyara, etalona çevirən görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramlını yubiley münasibətilə təbrik edir, sözünün və zövqünün həmişə ovxarlı olmasını arzulayırıq.
Bakı, 27 may 2016
Butov.az


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!