İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
Tarix : 15-08-2013, 10:46
Cəbhədə baş verən atışmada Ermənistan Ordusunun mayoru zərərsizləşdirilib


Avqustun 6-da gecə saatlarında cəbhə xəttinin Berd-Qazax sahəsində baş vermiş qarşılıqlı atışmada Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun zabiti vurulub.

APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, avqustun 6-sı saat 00:50-də baş vermiş atışma zamanı Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində Ermənistan Ordusunun tabor komandiri, mayor Avelyan Armen Saroyeviç ağır yaralanıb. Cəbhə xəttinin qeyd olunan istiqamətinin müdafiəsinə məsuliyyət daşıyan alayın komandiri, polkovnik Harut Minasyan da həmin vaxt onunla bir yerdə olub. H. Minasyan atışma vaxtı ərazidən qaçmaqla xilas ola bilib. Tabor komandiri A. Avelyan isə yaralı halda təhlükəli ərazidən uzaqlaşıb.

Vəziyyəti ağır olan A. Avalyan əvvəlcə Berd rayonundakı hərbi hospitala, oradan isə İrəvandakı Mərkəzi Hərbi Hospitala aparılıb. Əldə olunmuş məlumatlara əsasən, tabor komandirinin döş qəfəsindən, qıç və qollarından güllə yarası aldığı deyilir. Əməliyyat zamanı mayorun sağ əlinin barmaqları da amputasiya olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Döyüş postlarındakı əsgərlər isə hərbi hissə komandiri H. Minasyanın yaralı zabiti ataraq ərazidən qaçdığını istehza ilə bir-birinə ötürürlər. Bu hərəkətinə görə onun barəsində nalayiq ifadələr işlədilir.

Ermənistan Müdafiə Nazirliyi isə mayorun yaralanması faktının bu günədək ictimaiyyətdən gizlədib, qeyd olunan tarixdə cəbhə xəttinin sözügedən istiqamətində yalnız Armenak Ayvazyan adlı hərbçinin yaralanması barədə məlumat yayıb.

Ümumilikdə, avqustun 2-dən 8-dək cəbhə xəttində Azərbaycan snayperləri tərəfindən Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, 3 hərbçi yaralanıb.

İkisi UAZ və 1-i URAL markalı olmaqla 3 nəqliyyat vasitəsi sıradan çıxarılıb.


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!