İranda etirazçılar qana boğuldular - Zelenski .....                        Acunun yaxın adamı saxlanıldı .....                        Masazırda ev yandı - 1 nəfər öldü .....                        YAP Veteranlar Şurası toplaşdı - Mehdiyevin məsələsinə baxıldı? .....                        Qurban Qurbanovun 500-cü qələbəsi .....                        Kamçatkada güclü zəlzələ .....                        Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi .....                        Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                       
Tarix : 19-02-2025, 17:36
Vidadi Avdıoğlunun söz çələngi

Vidadi Avdıoğlu Körpülü Qərbi Azərbaycanda, Körpülü kəndində dünyaya gəlib. Onun da taleyinə Erməni faşistlərinin ötən əsrdə törətdiyi faciələrdən pay düşüb. İllərdi doğulduğu ata yurdunun həsrətin çəkən Vidadi müəllim öz ellilərini Vətənə dönməyə səsləyir. Ellərimizin pozulmuş növrağına yenə düzən verməyə, Qara zurnanın sədası altında cəng tutmağa, tonqal çatmağa çağırır:

Qayıdın vətənə ay körpülülər!

Gözüm yolda, qulaqlarım səsdədir,
Oxuduğum nəğmələr ahəstədir,
Siz yoxsunuz ürəyim də xəstəsir,
Qayıdın Vətənə ay körpülülər!

Durna tək düzülün sizlər dəstəyə,
Vətən eşqilə uçun Körpülüyə,
Ananıztək məni alın dövrəyə,
Qayıdın Vətənə ay körpülülər!

Siz olanda bu diyarın hər günü,
Xoş keçirdi ayı, ili, düyünü,
Siz yoxsunuz çəkən yoxdur yükümü,
Qayıdın Vətənə ay körpülülər!

Sönübdür çırağın, gəlmir qonağın,
Kafirlər əlində qalıb oymağın,
Gözləyirəm kaş eşidəm sorağın,
Qayıdın Vətənə ay körpülülər!

Mən bir tənha qalmış qoca Çinaram,
Qayıtsanız hamınızı qucaram,
Bütün diləklərə işıq saçaram,
Qayıdın Vətənə ay körpülülər!

Nağaraçı qardaş toyunu çalsın,
Qara zurna yenə hay-haray salsın,
Xoş xəbər gətirən müjdəsin alsın,
Qayıdın Vətənə ay körpülülər!
Bakı, 12.09.2023.

Könlüm Vətən torpağını istəyir

Gəzəmmirəm başqa eldə, obada,
Könlüm Vətən torpağını istəyir,
Gözüm yoxdur özgə yurdda, yuvada,
Könlüm Vətən torpağını istəyir.

Babakar dağları, Qazıoğlu yalı,
Çubuqlu yaylağı, Ləlvər dağları,
Yadıma düşdükcə el budaqları,
Könlüm Vətən torpağını istəyir.

Bahar gəlib oyananda təbiət,
Baş qaldırır qəlbimdəki bu həsrət,
Vətən deyə mən çəkirəm əziyyət,
Könlüm Vətən torpağını istəyir.

Nə ocaq isidir, nə də od məni,
Qürbətin soyuğu dondurur məni,
Vətən hərarəti hey çəkir məni,
Könlüm Vətən torpağını istəyir.

İstəsəm də qanad aça bilmirəm,
Yaralı bir quşam uça bilmirəm,
Babamın məzarın quca bilmirəm,
Könlüm Vətən torpağını istəyir.

Demə, yollar niyə belə bağlıdı?
Qəlbim sarısimə, telə bağlıdı,
Vidadi Vətənə, elə bağlıdı,
Könlüm Vətən torpağını istəyir.


05.03.2023



















Paylaş



Bölmə: Göyçə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!