Qəzaya düşən şəxs öldü: Fərhad Əhmədovun mühafizəçi olubmuş .....                        Razılıq əldə edildi: Qəzzada atəşkəs elan olunur .....                        Baydenin vida məktubu yayıldı .....                        Azərbaycan məhəlləsində işlər yekunlaşır - Şəhərdən ən son GÖRÜNTÜLƏR .....                        Ceyhun Bayramov Baş katiblə görüşüb .....                        Sumqayıtda yeniyetmə oğlan qətlə yetirildi - Qardaşlar tutuldu .....                        300-dən çox məktəbdə telefon qadağan edilib - RƏSMİ .....                        Sumqayıtda gənc oğlan qətlə yetirildi .....                        İmtahana qeydiyyat elan edildi .....                       
4-10-2022, 18:42
Görünməyən qəhrəmanla görüş

Görünməyən qəhrəmanla görüş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir Oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.


Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin muzeyə gəlişilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarına muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumat verib. Bildirib ki, Sumqayıt Şəhərinin Tarixi Muzeyi 9 ekspozisiya zalından ibarətdir. Muzeyin ümumi sahəsi 2680 m2-dir. XVI əsrdən başlayaraq bu günümüzə qədərin xronoloji ardıcıllığı muzey ekspozisiyasının mövzusunu təşkil edir. Əsas fondda 15000 eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası iki zalda tərtib olunub.
Birinci mərtəbənin ekspozisiya zalında yaradılmış Heydər Əliyev guşəsində Ulu öndərin büstü, qəzet və jurnallar toplusu, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər əks olunub. İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, əmək qabaqcılları və s. haqqında məlumatlar, əşyalar yerləşdirilib. Kiçik ekspozisiya zalında sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə, şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və Sumqayıt şəhidləri əsərləri əks olunub.


Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu əvvəlcə layihəyə maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, təşkilati dəstəyə görə isə Abşeron -Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıtın Tarixi Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Bəxşeyiş müəllim o vaxtlar Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.

O qanlı hadisələrdən, 32 il ərzində millətimizin başına gətirilən faciələrdən danışan natiq 44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib.
Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezidentin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyətindən asılı olmayaraq Vətən dardadı,- deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir Yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət Böyük qayıdışa start verildi. Qarabağın yeni növrağı başlandı.
Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.

Sonra Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əkshücumla göstərdiyi həmlələrdən söz açıb. Qeyd edib ki, ordumuz qısa müddətdə bir çox şəhər və kəndlərimizi döyüşə-döyüşə azad etdi. Eyforiyaya qapılmış ermənistan ordusunun beli isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu xilas etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq.

Döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Məktəblilər muzeyin bütün guşəsini gəzdikdən, ayrı-ayrı bölmələr barədə ətraflı məlumat aldıqdan sonra muzeyin əməkdaşları və layihə iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində tədbiri canlı yayımlayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti
1-10-2022, 09:00
ALLAH SƏNİ VƏTƏN ÜÇÜN QORUDU


ALLAH SƏNİ VƏTƏN ÜÇÜN QORUDU
və yaxud Sözün dünyəvi hakimiyyəti
(Məmməd İsmayıl yaradıcılığı barədə ədəbi-fəlsəfi düşüncələr)

Dünyanı şair gözləriylə görən və dərk edən Məmməd İsmayıl poeziyasının yeri yeni eranın yeni əsrində bir əlçim alov kimi görünür. O alov Saqların Altay ocağından bütün Turan dünyasını şölələndirir. Bu əsil poeziya şölənidir. Bu Midiya mənşəli bir türkün həyat fəlsəfəsi və yaşadığı ömür payıdır.
Məmməd Ismayıl beyinlərdə düşüncə Əlifbası yaradan şairdir. Onun yaratdığı Əlifba hər kəsin xəyalında bir cür canlanır, bir cür oxunur. Sözün rəngi, gücü, çaları, miqdarı və ölçüsü kimi. O, yaratdığı əlifbanı şüurlarda və şüuraltında elə yerləşdirib, elə səliqəli sıralayıb ki, dünyanın poetik nizamına zərrə qədər xələl gəlməyib. Bir həriflə, bir işarə ilə elə sərrast xallar vurub ki, hətta poeziyanın özünü ”naşı əllərdən “ və plagiatlardan xilas eləyə bilib.
O, sözlə elə incə rəftar eləyib ki, Söz dönüb ənbər olub.Onun ətri hamını bihuş edib.Hamı o, ənbərdən dadmaq xoşbəxtliyinə nail olmaq istəyib. Təəssüf ki, çoxlarına nəsib olmayıb bu xoşbəxtlik.
Şairin qabaqcadan siqnallı işarə və Sos həyacana yaranan şeir nümunələri poeziyanın reklam şəbəkəsinin daha geniş yayılmasına əsas şərait yaradıb.
Məmməd İsmayılın yaratdığı düşüncə Əlifbası və Söz hakimiyyətinin əsas mənası və məğzi də elə bundan ibarətdir.

Yağdı qar, göylərdə axtardıq Günü,
Səma da, Torpaq da Gümüşü oldu,
Yox, biz görüşmədik o, görüş günü.
Yerlərlə Göylərin görüşü oldu!


Sözlərin mifik subyektivliyi və təsəvvürlərin çarəsizliyi şair təxəyyülünün minacata ehtiyac olduğunu zəruriləşdirib.Çünki, oxucu obrazlı hədəfi, sözlə obyekti və reallıqları daha mükəmməl fərqləndirə bilir.Məqsəd hərəkət və canlılığın, necə deyərlər, misra bağlılığını, fikir bütövlülüyünü və Söz hakimiyyətinin sirlərinin oxucuya bəxş etdiyi ən böyük mükafatdır.

Nә edәk, bir elin günahı varsa,
Ya bizi yox elә, ya bizә gün ver.
Allah, o günahı qurban yuyarsa,
Qurbanın mәn olum, mәnә ölüm ver.
Yaxud:
Qısmәtim ilahi nurdan demәdi,
Nәfsim qayğıların tәlәb meydanı.
El mәni özünә qurban demәdi,
Yolumu gözlәmәz Hәlәb meydanı,-
Mәn şair deyilәm, atam-qardaşım.

M. İsmayıl sözün obyekt kimi təsəvvür edilməsinə uyğun ikinci porodoksu isə belə mənalandırır.Onun şəcərə mifinə və gen mənşəyinə tələb olunan təhlilə yeni çalarlar verir.Beləliklə, ustad sair istifadə olunan söz birləşmələri və misraları yaddaşlarda
həmişəlik qalan özünəməxsus obraza çevirir.

Qarışıb bir ana bətnində genlər,
Qardaş qardaşı sevməz,
Dəyirman daşıdı deyib keçənlər
Alt daş üst daşı sevməz.

Ədəbiyyat dili ilə desek: M. İsmayıl bu məqamda qifılbənd açılan kimi açılır.

…Hamı bir-birinə düşmən,
Kimin kimnən var arası?
Bir Tanrı əyriliyi var,
Xəzri-gilavar arası…

İlk növbədə folklordan bəhrələndiyini, Xəqani cəsarətindən yararlandığını, Fələki dözümlülüyünü, Füzuli bulağından su içdiyini, Nizaminin sələfi olduğunu ortaya qoyur.

Şeytan әmәli var sәndә, ya mәndә,
Qәdim sahibiyik hansı günahın.
Bizә yurd verәndә, yuva seçәndә,
Qalıb arxasınca gözü Allahın.

Şairin yaratdığı digər alternativ - realist obraz isə milli əlamətləri əks etdirməklə yanaşı həm də fərdi həqiqətləri üzə çıxarmaqdır.
İlham mənbəyini Allahlardan almış seçmə şəxslərlə ruh yaxınlığı ideyası ədəbiyyat yaranandan bəllidir və ədəbiyyat nəzəriyyəsinin ana xəttini təşkil edir.Bu konsepsiya dini ədəbiyyatşünaslıqdan gəlsə belə ədəbi istedadın ilahi mənşəyini göz önünə çəkir.
Bu mənada M. İsmayılın qeyri adi ilahi istedadı və Allah sevgisi dediklərimizi mütləq mənada sübuta yetirir.

Məkkədən, qiblədən sənə sığındıq,
Ruh-ruh, bədən-bədən sənə sığındıq.
Lap elə heç nədən sənə sığındıq.
Niyyət edənləri, etməyənləri,
Camiyə, kilsəyə getməyənləri,
Əli ətəyinə yetməyənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!

Poetikada informasiya portalının əsasını qoyan Məmməd İsmayıl əbəs yerə oxucu ilə intellekt və təfəkkür savaşını boşuna aparmır.Onu müasir texnoelektron eranın sakini hesab etsə də düşüncə çahadına çıxmağa səsləyir.Bu yolda poeziyanın bütün imkanlarından istifadə edir.
M. İsmayıl poeziyasının qeyr-adiliyi, dünyəviliyi və dühalığının bir möhtəşəmliyi də məhz bundan ibarətdir.

Bu yatmaq nə vaxtın yatmağıdır ki,
Zamanın günorta çağı gəlibdir.
Oyan, elin-günün göz dağıdır ki,
Öz yuxun özünə yağı gəlibdir?!

Fyodor Dostoyevski deyirdi ki, bu qədər gözəl səma altında bu qədər pis insan necə yaşayırdı?!
Xəyanətkarın öz xəyanətlərinin qurbanı olduğunu - sonda fəryadlar və qan içərisində boğulduğunu təhkiyə yoluyla deyən Məmməd İsmayıl Allahına səbr nümayişini poeziyanın qisası adlandırır.

Bu necә dumandı, göz gözü seçmir?
Bu necә zamandı, düz sözü keçmir?
Yoxsa, seçdiyini xalq özü seçmir,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!
Yaxud;
Örtülü qəbirlər ölüm səddimi,
Bu torpaq həyatın son sərhəddimi?!
İnsan boş əliylə köçsə dünyadan,
Qalıb əməliylə yaşayar yəqin.
Görmədin, geriyə qayıtdı Cavid, –
Ölümdən o yana həyat var yəqin.

Bütün bütpərəst xalqlara kinayə edən şair deyir:

Öz-özünü bulmayanlar,
Özgələrlə üz-göz olur.
Sevgidən doğulmayanlar
Doğunca, Təpəgöz olur.

Məmməd İsmayıl poeziyasında Söz və Güc hakimiymətlərinin eyni paralellikdə interperetasiyası fərqli –fərqli mövqelər sərgiləyir.
Hələ qədimlərdən Söz hakimiyyətinin davamlı və sabit olması prinsipindən çıxış edən şair poeziyada qalib olduğunu ərklə elan eləyir. O, zəbt və işğal olunmağı Söz hakimiyyətinin ayağına yazanlara üsyan edir.Kəşf etdiyi Əlifbanın bir hərfiylə deyilənlərin Güc hakimiyyəti ilə bağlılığını işarə verir.Budur möcüzə, budur dahilik!

Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Yaxud:
Demə varlığını millət əyibdi
Qəsdlə öcə düşüb millət əyibdi
Xalqımın, xalqımın köksünə güllə dəyibdi
Qan axır şerimin misralarından

Mif ədəbiyyatın rüşeyimi sayılsa belə şair mifdən çox həqiqətə inanır. O, İnsanı həqiqətin sublimasiyası hesab edir, onun mestik varlığına inanmaya bilmir.Janrın bütün tələblərinə tabe olsa belə sevdiyi və ilham aldıgı təbiəti köməyə çağırır. Belədə xilaskar Təbiət şairlə qol-boyun olub şeirləşir; könlünü alır, onu nəs gətirənlərdən və qartımış əbləhlərdən qoruyur.

Meşә çığırları dönüb bir çaya,
Torpaq yağışlardan bәhrәlәnibdir,
Necә gözәl olub tәbiәt, Allah-
Quru kötüklәr dә pöhrәlәnibdir!
Gәzmәk istәyirәm dünyanı yazda
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.

Mövlananın sözlərini xatırlayıram: “güvəndiyiniz dağlara qar yağarsa, ən gözəl çarə dağ ilə qarı təklikdə buraxmaqdır. Gün gəlib dağlar əridiyində, dağ sizin yolunuzu gözlədiyində, ən gözəl cavab başqa bir dağdan salam yollamaqdır.

Min ildi Batı da cavab peşində…
Budurmu qardaşın qardaşa ərki
O gözdən bu gözə kin, sitəm baxar.
Adında gizlənən şərdimi Şərq ki,
Əzəldən Qərb ona belə kəm baxar?!

M.İsmayıl poeziyasının ən böyük tərbiyəvi əhəmiyyəti insanlarda Vətən, millət və ana dilinə olan sevginin təbliğidir.İnanıram ki, Qarabağ savaşından ( hələ bizim Təbriz, Dərbənd dərdimiz var.) qalib çıxıb əzəli və əbədi torpaqlarımıza sahib duran xalqımızın ədəbi obrazı şair yaradıcılığında yeni bir mərhələnin başlanğcı olacaqdır.
Çünki, bu gün bütün ədəbiyyatsevərlərə və ümüniyyətlə, çoxmilyonlu oxuculara Məmməd İsmayıl sözü, Məmməd İsmayıl nəfəsi hava, su kimi gərəkdir.

Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünür ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da
Dünyanın işini nə bilmək olar,
Hələ yaşamağa dəyər bir az da.

Əgər Nəsiminin bədii yaradıcılığının rüşeymi Azərbaycan xalqının folkloru ilə sıx surətdə bağlıdırsa, Məmməd İsmayıl ədəbi dili zaman və məkan qatlarının yeni-yeni dürləri formatında özünü təqdim edə bilmişdir. Şair bu dilin semantik xüsusiyyətlərini qoruyaraq lətif və cazibədar şirinliklə poeziyanı bir az da zənginləşdirmişdir. Çağdaş poeziyamızın dil hüququ və estetik səviyyəsini qoruyub saxlaya bilmişdir.
Məmməd İsmayıl poeziyasının dili yuxarıda qeyd etdiyim düşüncə əlifbasının fonetik və morfoloji bölmələriylə başlayıb böyük türk dilinin hüdudları çərçivəsində dahi rus tənqidçisi Belinskinin dediyi kimi “şairin qəlbindən süzülüb təfəkküründə bülurlaşır.”

Əmir Pəhləvan
30-09-2022, 07:56

"Nur ocağı" Süleyman Sultansəncərin şeirlərini təqdim edir:
"Nur ocağı" Süleyman Sultansəncərin şeirlərini təqdim edir:


Şəhidim
Vətən qorumağa cəbhəyə getdin,
Bu Vətən,bu torpaq mənimdi dedin,
Atilan gúlləyə, sinəni verdin.
Qızı qan içində yatan Şəhidim!

Yağı gûlləsindən dônmədin gerì,
Əlində qumbara getdin irəli,
Bir an seyr etdin sonsuz gôyləri.
Qızıl qan ıçındə yatan Şəhidim!

Sipər etdin hər gûlləyə sinəni,
Ana bildin doğma olan Vətəni,
Sən qorudun lazım olan cəbhəni,
Qızıl qan içində yatan Şəhidim!

Sultansəncər qəm, gədərlə ağlayır
Ah-naləsi sinələri dağlayır,
Gecə-gúndû sizlərə yas saxlayır.
Qızıl qan içində yatan Şəhidim!

Türk xalqını birləşdirək!
Üz sürtərək daşımıza,
Məqsəd qoyaq qarşımıza,
Çarə qılaq başımıza
Turk xalqını birləşdirək!

Biz qoruyaq mûsəlmani,
Qoy tôkûlsûn dûşmən qanı,
Təmizləyək bu cahanı.
Túrk xalqını birləşdirək!

Bayrağimiz dalğalansın,
Yurdumda tonqal qalansın ,
Yağı dûşmən noxtalansın.
Tûrk xalqını birləşdirək!

ALLAH sevən ordumuz var,
Həccə gedən yolumuz var,
Qılınc vuran qolumuz var.
Tûrk xalqını birləşdirək!

Səngər edək bu dağları,
Parçalayaq yağıları,
Yerə sərək dığaları.
Tûrk xalqını birləşdirək!

Tûrk Dûnyası qoy ayılsın,
Yer ûzûnə səs yayılsın,
Bayrağımız dalğalanşın.
Tûrk xalqını, birləşdirək!

Düz demişdi Kamal Paşa,
Həm dostlara, həm qardaşa,
Dünyanı gəz, azad yaşa.
Türk xalqını birləşdirək!

Ümüdümüz Türkiyədir,
Türklər üçün şəbəkədir
Haqqı deyən bir ölkədir.
Türk xalqını birləşdirək!

Bütün dünya azad olsun,
Ürəklərdə fərəh dolsun,
Süleyman, düşmənin ölsün,
Tûrk xalqını birləşdirək!

Ana ahı
Yandırdı qəlbimi bir ana ahı,
Pənah bildi göydə uca ALLAHI,
Dedi, - bu balamın nəydi gûnahı?
Çiçəyi burnunda haqqa qovuşdu.

Yaman dəyişibdir, Allah, halımız,
Şəhid qarşılayır,hər an Xalqımız,
Oda düşüb yanır yaman canımız.
Bizim başımıza gələn nə işdi?

Yatmadıq, gecələr nazını cəkdik,
Məşəqqətə düşdük, zülmlər əkdik,
Yenicə "Allaha şükürlər" - dedik.
Qara xəbər gəldi, bağrımız bişdi.

Nə vaxt qurtaracq bu qanlı dava,
Haçan kəsiləcək barıtlı hava,
İlahi, şadlansın bu el, bu oba,
Vallah, ah-nalələr qəlbimi deşdi.

Bilibdir
Oxu, şikəstəni,oxu, a qardaş,
Dağlarda gül açsın hər qaya, hər daş,
Ìsa bulağında , quranda bardaş.
Deyərik Vətənim geri dönübdür.

İçək, Laçınımın buz bulağından,
Yeyək Əriməzin bal-qaymağından,
Baxaq Qaragôlû, Ìşıqlı dağdan.
Sanarıq göylərdən şəfəq enibdir.

Zövq alaq,Qarabağ, Mildən, Muğandan,
Pəri çınqılından, Lülpər dağından,
Bizim aşıb-daşan, Arpa çayindan,
Çalxanan ləpələr üzə gülübdür.

Mərd oğullar aldı, səni yağıdan,
Vətən, sinən dolub yağan ağıdan,
Sultansəncər, ölsün yurdum dağıdan,
Çəkdiyim həsrəti Allah görübdür.
Gedək
Biz hardan biləydik, qardı yolumuz,
Sınıb ayağımız, donub qolumuz,
Soyuqdan,şaxtadan solub gülümüz,
Şaxtalı dağlara biz necə gedək?

Yarali qar altda qalıb, inləyir,
Güclə ana deyir,ana səsləyir,
Ölüm göz ağardıb"səsin kəs"-deyir,
Ölümsüz çağlara biz necə gedək?

Süleymanin töküb yara sinəsi,
Məzarlardan başqa,yoxdu kimsəsi
Düşmənlərdə qalıb, cənnət guşəsi,
Səfalı bağlara biz necə gedək?

Şìrin õz yolu
Aslanlar qocalsın, şir qocalmasın,
Aslanın õöz yeri,şirin öz yeri,
Meşələr heç zaman şirsiz olmasın.
Aslanın öz yeri, şìrin öz yeri.

Şìrdi meşələrə ağalıq edən,
Bôyûk təhlûkənin üstûnə gedən,
Düşməni ovlayıb ətini didən,
Aslanın oz yeri,şırin õz yeri.

Meşədə gələrsə Aslan nəhrəsi,
Batır heyvanların o saat səsi,
Bu Aləm məst edir bil ki, hər kəsi,
Asıanın õz yeri,şirin õz yeri.

Sûleyman, gör burda nələr görürsən,
Təbiət qoynunda dövran sürürsən,
Qardaş, yaşadıqca sən də bilirsən,
Aslanın õz yeri, şirin õz yeri.

Yuxu
Kəhər atı minib yaylağa qalxdım,
Yerlə yeksan olmuş kəndlərə baxdım,
Əriməz dağında qala ucaltdım.
Sən demə bir şirin yuxu görürmüşəm.

Qaragöldə düşüb,atı suladım,
Daşın öpdüm,torpağını yaladım,
Ìşıqlı dağında tonqal qaladım,
Sən demə bir şirin yuxu görürmüşəm.

Findiqlidan Gõöy bulağa hərləndim,
Baxıb yurd yerinə yaman kövrəldim,
At otladı,qəm kədərlə əyləndim.
Sən demə bir şirin yuxu görürmüşəm.

Həkəri çayından qaçaraq keçdim,
Sərin bulaqların suyundan içdim,
Dəryazı götürüb,otundan biçdim,
Sən demə bir şirin yuxu görürmüşəm.

Kənardan Laçının havasın aldım,
Oturub daş üstə xəyala daldım,
Dağıldı dağ, dərə od tutdum yandım.
Sən demə bir şirin yuxu görürmüşəm.

Laçına bənzəyən bir şəhər gördüm,
Kəhəri çevirib, arxaya döndüm,
Tapmadım Laçını mən şamtək söndüm.
Sən demə bir şirin yuxu görürmüşəm.

Süleyman olaydı çin bu yuxun kaş,
Gələydi yanına yad qohum, qardaş.
Oturub Lülpərdə quraydın bardaş.
Sən demə bir şirin yuxu görmüşəm
Nə yatıb nə yuxu mən görəydim kaş.

LAÇIN HƏSRƏTI
Zirvəsində daş olaydım,
Səmasında quş olaydım,
Yaylasında kaş olaydım,
Laçınımin dağlarında!

Gôy bulaqdan su ìçəydim,
Fındıqlıda ot biçəydim,
Qara gõldə yer seçəydim
Laçınımın dağlarında!

Gava enib qoz çırpaydım,
Qalacığa,siçiriyaydım,
Əriməzə yol açaydım.
Laçınımın dağlarında!

Qara gôldən su çəkəydim,
Zəmilərə çiliyəydim,
Qırx bulaqda dincələydim.
Laçınımın dağlarında!

Sultansəncər mərd olacaq,
Erməniyə od qoyacaq,
Yəhərləyib at çapacaq.
Laçınımın dağlarında!

Dünya
Kim bilir başına nələr gələcək,
Bəxtin ağlayacaq,yoxsa gûləcək,
Tanrı fərmanıdı hamı őləcək.
Çox karvanlar yola salacaq, dünya!

Ölüm qəfil gələn ömrə qonaxdı,
Görünmür zamanı bilinmir vaxtı,
Şahların altından alacaq taxdı,
Qurdla qiyamətə qalacaq, dünya.

Çıxan qan damarda durmaz bil onu,
Geydirib hərəyə bir fəndlə donu,
Süleyman, gələcək günlərin sonu,
Səndən də heyfini alacaq, dünya.

ƏMİMOĞLU
Dəmir bilək qurd ürəkli cəngavər
Rüstəm Zal misallı xan , əmimoğu.
Sinəsini sipər edən qoşuna,
Ay canımdan gedən can, əmimoğlu.

Nə deyim fələyə çərxi-zamana,
Yeyib içdiyimiz of döndü qana,
Yandı qohum-qardaş kül oldu ana,
Axdı gözlərimdən qan, əmimoğlu.

Sənsən Süleymanın özü, a Mehman,
Söndürmə ocaqda közü, a Mehman,
Gəl yalqız buraxma bizi, a Mehman,
Bax mənim halıma yan əmimoğlu
Eylə zülmətimi dan, əmimöğlu.

Salamlar olsun
Ordumuz önündə lal olub susur,
Titrəyir erməni irin -qan qusur,
Qısıb quyruğunu,tülkü tək pusur,
Şanlı Ordumuza salamlar olsun.

İlham dəmir yumruq çaxdı başına,
Ağır zərbə dəydi təməl daşına,
Acı zəhər qatdı yağlı aşına,
Şanlı Ordumuza salamlar olsun!

İgidlər yağını dirədi dağa,
Yerini göstərdi, qanmaz, axmağa,
Əbədi dərs verdi siz tək alçağa,
Şanlı Ordumuza salamlar olsun!

Süleyman, Laçındı Vətənin sənin,
Ürəkdən silinsin, qalmasın qəmin,
Xoş gəlsin dövranın, şad olsun dəmin,
Şanlı Ordumuza salamlar olsun!
Ulu Azərbaycan bəxtiyar olsun!

30-09-2022, 07:42
“Nur ocağı” Arzu Tahirqızının şeirlərini təqdim edir:

“Nur ocağı” Arzu Tahirqızının şeirlərini təqdim edir:

SABAHINIZ XEYİR OLSUN.
Ey yurdumun insanları,
Sabahınız xeyir olsun.
Bu dünyanın mehmanları,
Sabahınız xeyir olsun.

Qoy cahana yayılsın səs,
Olmasın bu dünya qəfəs,
Ürəklərdə çoşsun həvəs,
Sabahınız xeyir olsun.

Baxışlardan silək qəmi,
Xoşbəxt olsun,gülsün hamı
Haqqdan alaq biz ilhamı,
Sabahınız xeyir olsun.
Dörd yanınız çəmən, çiçək,
Güllər açsın ləçək-ləçək,
Hər bir arzu olsun gerçək,
Sabahınız xeyir olsun.

Sağlam olsun qoy canımız,
Ağrımasın bir yanımız,
Gülsün Azərbaycanımız,
Sabahınız xeyir olsun.
MƏNİM ORDUM
Azərbaycan-- ANA yurdum çox tufana sinə gərdi,
Köksü üstdə sağalmayan neçə dərdi...
Vardı birdə, güclü ordum,
Hər bir əsgər igid, ərdi.
Dayanıb bu millətinin,
Azərbaycan adlı məğrur,
yenilməyən, əyilməyən, amma qəlbi yaralanmış, öz "yarı"ndan atalanmış,
əsrlərlə parçalanıb düşmənlərə yem olunmuş dövlətinin keşiyində.
Bu sevgini Anaları aşılayıb, doğulandan beşiyində...
Dur ey düşmən, bir dayan,
Nədir axı niyyətin?
Deyəsən, darıxmısan,
içmək üçün ölümün o "ləzzətli şərbət"in"?
Belə tez unutmusan Ordumun şücaətin?
Çalışdığın məqsədin yalnızca bir röyadır,
Hətta boş bir xülyadır.....
Çox nahaq can atırsan, göz dikirsən elimə,
Başdan-başa bir cənnət qoxuyan hər gülümə.
Sən ordumun önündə tab gətirə bilməzsən,
Bir də ayağa dursa,
Bir də tətiyi çəksə,
Sən bir daha bir ömür heç özünə gəlməzsən.
Mənim ordum qüvvətli,
Dağ vüqarlı, qeyrətli,
Şərəfi-şöhrətiylə,
yenilməz qüdrətiylə rəşadətli ordudur.
Yurdu "Odlar Yurdu"dur!
O qoymaz yağı düşmən parçalasın yurdunu,
Dağıdıb yelə versin ocağını, odunu.
Ayıq-sayıq dayanır ,o düşmənin önündə,
Canını qurban eylər Vətənin dar günündə.
Mətindir,qəhrəmandır, ayıqdır gündüz -gecə,
Sən ona xəyanəti necə düşündün, necə?
Onun əli tətikdə, gözü torpağındadır,
Xalqı üçün azadlıq, sülhün sorağındadır.
Tanıyır düşmənini,
bilir onun o mənfur, o xain niyyətini,
Hər gün, hər an hiss edir onun xəyanətini.
Aman verməz yağıya, gözlərini oyar o,
Torpağına göz dikən, murdar, yağı düşməni gözü yaşlı qoyar o.
Anasın ağlar qoyar,
Sinəsin dağlar qoyar...
O, daima sayıqdır -- yuxu, rahatlıq bilməz,
Vətən gözü yaşlısa, onun da qəlbi gülməz.
Qurban gedib Vətənə, ucalsa şəhadətə,
Bunu səadət bilər qovuşaraq Cənnətə.
Bir qarış belə verməz, torpağını, elini,
Düşməninə qoxlatmaz,
otuz il həsrət qalan "Xarıbülbül" gülünu.
Qarış-qarış alaraq,
tarixin zaman-zaman payladığı torpağın,
Kəsər mənfur düşmənin o bir daha qulağın.
Mənim ordum Şanlıdır...
İgiddir, müzəffərdir.
Tək amalı zəfərdir...
Onu tanıyır dünya,
Onun Vətən sevgisi, bir ümmandır, bir dərya...
O, yazdı tarixlərə igidlik salnaməsi,.
Bu vəhdəti,dözümü, birliyi, iradəsi,
Dolandı diyar-diyar dastanı, əfsanəsi...
Ordum sənə əmanət...
Onu qoru ,Allahım...
Nizamı pozularsa, heç açılmaz sabahım.
Qoru Şanlı Ordumu.. minlərlə Şəhidiylə yaralanmış yurdumu...
Qoru sən millətimi -- xalqımı, dövlətimi,
Bu AZƏRBAYCAN adlı dəyərli sərvətimi.
Sən qoru ki, ordum da güc toplasın özündə,
"Azərbaycan" nidası hər kəlmə, hər sözündə.
Vətən sevgisi qəlbdə, "Azadlıq" , "sülh" dilində,
Qorusun, bəxş etdiyin "Vətən" əmanətini...

Bayatılar
Açılan dandı, Allah,
Torpağım qandı, Allah,
Yurdum hey Şəhid verir,
Ürəyim yandı, Allah.

Qadadı, qandı ağrım,
Kül oldu , yandı bağrım,
Hər bir Şəhidim üçün,
Min kərə yandı bağrım.

Yurdum qana bələndi,
Başıma köz ələndi,
Yenə də payız gəldi,
Tarixim təzələndi.

Səbuhim, yetim balam,
Bülbültək ötüm, balam,
Bir qərənfilə dönüm,
Qəbrində bitim, balam.

Əzizim o tay, bu tay,
Vətən olub neçə pay,
Cəmi Şəhidlərimə,
Deyirəm elə laylay.

Həsrət ürək dağlayır,
Ürək qübar bağlayır.
Bu nakam balalara,
Ürəyim qan ağlayır.

Vətən göyü qaralı,
Ürək yardan aralı,
Coşqun, Vətəni seçdin,
Yarın qaldı yaralı.

ŞƏHİD XƏBƏRİ
Yenə qəlbim qan ağlayır,
Gələn Şəhid xəbərinə.
Bir də "Əhsən" söyləyirəm,
Əsgərimin zəfərinə.

Qürurlanıb sevinməyi,
Yasaq etdim mən özümə,
Həbs eylədim öyünməyi,
Leysan tökən bu gözümə.
Mən şadlanım, gülüm necə,
Vətənimin Şəhidi var.
Boyanıb al qana gecə,
Dünya olub başıma dar.

Neçə-neçə anaların,
Ürəyinə dağ çəkilib.
O vüqarlı ataların,
Beli vaxtslz, tez bükülüb.

Saçlarını yolur Ana,
Bacı nalə, ah qoparır,
Necə dözsün bu hicrana,
Canlarından can aparır.

Hələ qardaş, boynun büküb,
Qol-qanadı qırılıbdır.
Gözlərinə qüssə çöküb,
Bu həyatdan yorulubdur.

Tutulmamış neçə xonça,
Yol gözləyən yar qalıbdır.
Gözü yaşlı məsum körpə,
Dünyaları qaralıbdır.

Uzaq, yaxın, elim, obam,
Şəhidinə yas saxlayar,
Sönübdü gur yanan sobam,
Ürəyimi qəm dağlayar.

Ey Allahım, yetiş dada,
Qoru igid əsgərimi.
Torpağımı vermir yada,
Müzəffər et, ləşkərimi.

Kəlağayım
Allı-güllü, rəngarəngdi,
Gül butalı kəlağayım.
Naxış-naxış bir ipəkdi
Gül butalı kəlağayım.

Min rəng qatır işvə, naza,
Bənzəyir bir güllü yaza,
Yaraşır gəlinə, qıza,
Gül butalı kəlağayım.

Xalqımızın qismətidir,
Namusudur, ismətidir,
Haqdan gələn nemətidir,
Gül butalı kəlağayım.

Tariximi araşdırır,
Gözlərini qamaşdırır,
Dünya bizə yaraşdırır,
Gül butalı kəlağayım.

Arzu, götür sal başına,
Nur çiləsin göz qaşına,
Ucalıqdır bu yaşına,
Gül butalı kəlağayım.

ÜSTÜNƏ
Hər kəlməsi bir dürr, inci, cəvahir,
Söz deyilməz sözlərinin üstünə.
Yaradan öz sevgisiylə yaradıb,
Sürmə çəkib gözlərinin üstünə.
Səndən ayrı buz bağlayıb bənizim,
Çoşmur çayım, dalğalanmır dənizim,
Çox aradım yollarında ,əzizim,
Düşmür izim, izlərinin üstünə.

Ayrı düşüb ürək, könül sirdaşım,
Həsrətindən selə dönüb göz yaşım,
İnsafa gəl, ağrıyanda bu başım,
Al körpətək dizlərinin üstünə.

Həmdəmimsən, uca tutdum xətrini,
Verdiyin gül itirməyib ətrini,
Təkrar oxu hər şe(i)rimin sətrini,
Su çiləsin közlərinin üstünə.

Uçurma gəl sevgi adlı qalanı,
Tapılmaz heç nə döngəsi, dalanı,
Arzu duysa saxtalığı, yalanı,
Xətti çəkər düzlərinin üstünə.

" MƏN BELƏ DÜNYANIN NƏYİNDƏN YAZIM"
Bu həyat üzümə çox az-az gülüb,
Bilmirəm düzündən, əyridən yazım.
"İnsanlar yaşayır, insanlıq ölüb"
"Mən belə dünyanın nəyindən yazım".

Namərdə qul edir o bəzən mərdi,
Çəkdirir yetimə əzabı, dərdi,
Yazdırır kasıbçün qanunu, şərti,
Mən belə dünyanın nəyindən yazım.

Başlar dumanlıdı, ürəklər yara,
Haqqdan danışanlar çəkilir dara,
Günüm də qaradır, bəxtim də qara,
"Mən belə dünyanın nəyindən yazım?"

Qəlbim qan ağlayır, gözlərim dolur,
Açmır ümidlərim, saralır, solur,
Gündüzüm gecəmtək qaranlıq olur,
"Mən belə dünyanın nəyindən yazım?"

Etibar, həm inam, düz ilqar itib,
Ədalət ləkində nadanlıq bitib.
"Qardaşıma dəysin, ox məndən ötüb",
"Mən belə dünyanın nəyindən yazım?"
Çoxdur oğru görüb qolun bükməyən,
Vicdan tarlasında haqqı əkməyən,
Yetimin başına sığal çəkməyən,
"Mən belə dünyanın nəyindən yazım?"

Varsa Yaradana asi düşənlər,
Özgə gözündəki çöpü eşənlər,
İncidib, qəlb qırıb, yara deşənlər,
"Mən belə dünyanın nəyindən yazım?"

Vicdan kölgəsində çoxdur yatanlar,
Namusu, isməti, arı satanlar,
Sərvəti, kürsünü yüksək tutanlar,
"Mən belə dünyanın nəyindən yazım?"
Məhəl qoyan yoxdir artıq mizana,
Ümidlər bağlanır bürclər yozana,
Pozulur qanunlar, düşmür nizama,
"Mən belə dünyanın nəyindən yazım?"

Çoxalıb doğrunu, haqqı görməyən,
Xalqın dərdlərinə qulaq verməyən,
Bircə gün Vətənçün , ömür sürməyən,
"Mən belə dünyanın nəyindən yazım?"

Arzu təngə gəlib bu halətindən,
Qurtara bilməyir əsarətindən,
Bir zərrə tapmırsa , ədalətindən,
"Mən belə dünyanın nəyindən yazım?"

YUXUMA GƏL
Yuxuma gəl görüm səni,
Saçlarımı oxşa, gülüm.
İntizarın üzür məni,
Gəl, ürəkdən qəmi silim.
Yuxularda qarşıma çıx,
Gözümə bax, gülsün gözüm,
Titrəyərək əlimi sıx,
Dodağımda donsun sözüm.

Yığım yoldan baxışları,
Səni kimdən xəbər alım?
Yuxularda yağışlarıı,
Tez-tez yağdır,qurban olum.

Düşüb sevgi yağışına,
Damlasında rəqs eləyək.
Məftun olub naxışına,
Sevgimizə nur çiləyək.

Yetişməyib hələ əcəl,
Qoyma bulud kimi dolum.
Heç olmasa yuxuma gəl,
Yuxularda xoşbəxt olum.

SƏNİ SƏNSİZ SEVƏCƏYƏM.
Gözlərimdə həyat eşqi,
Görüşünə gələcəyəm.
Sən sevsən də,sevməsən də,
Səni sənsiz sevəcəyəm.

İnləyəcək könül sazım,
Açılacaq güllü yazım,
Sənsən eşqim, xoş avazım,
Səni sənsiz sevəcəyəm.

Sən dilimin təranəsi,
Gülüşümün pərvanəsi,
Saf duyğumun nişanəsi,
Səni sənsiz sevəcəyəm.

Sən günəşim, parlaq ayım,
Allah yazan sevgi payım,
Son ümidim, son harayım,
Səni sənsiz sevəcəyəm.

Ümidlərim pərən-pərən,
Yoxdu gedən, yoxdu gələn,
Sən ey gözlərindən gülən,
Səni sənsiz sevəcəyəm.

Sənsiz solar bağda gülüm,
Sənsən günüm, ayım, ilim,
Söyləyirəm, eşit, gülüm,
Səni sənsiz sevəcəyəm.
Dost kimdir
Dostluğun tərifin istəsən əgər,
Onu dost qədrini biləndən soruş.
Dostunun dərdini öz dərdi bilib,
Onunla ağlayıb, güləndən soruş.

Kəsdiyi çörəyi müqəddəs tutan,
Ən ağır günündə hayına çatan,
Yanıb acısına dərd-qəmə batan,
Gözündən yaşları siləndən soruş.

Həyat girdabında sınaqdan keçən,
Dostluq şərbətini sevgiylə içən,
Qeyrətlə, ismətlə qəlbinə köçən,
Hər hissi səninlə böləndən soruş.

Arzu, sən dostluğu ucuz sanmadın,
Mənasız odlara düşüb yanmadın,
Özün də dostluqda az sınanmadın,
Dostluğu yaşadıb öləndən soruş..

Nəyi var ki, bu dünyanın.
Qamaşdırıb gözümüzü,
Camalı fani dünyanın,
Yaşamağa dəymir düzü,
Nəyi var ki, bu dünyanın?

Günü əzab, gecəsi dərd,
İnsanların çoxu namərd,
Silləsi də dəyir çox sərt,
Nəyi var ki, bu dünyanın?

Başları edir dumanlı,
Ürəklər ümid, gümanlı,
Çoxları saxta imanlı,
Nəyi var ki, bu dünyanın?

Yox ədalət, yoxdu vəfa,
Çoxdü zülüm, zillət, cəfa,
Sürmədik heç zövqü səfa,
Nəyi var ki, bu dünyanın?

Qurbanam.
Vətən, burdan Göyçəyədək sancılan,
Dalğalanan bayrağına qurbanam,
Addım-addım caynaqlardan sıyrılan,
Qan qoxulu torpağına qurbanam,

Köksüm üstə sanki xəncər saplanıb,
Qəlbdə nifrət, düşmənə kin toplanıb,
Mərd oğullar xilasına yollanıb,
Cənnət olan qucağına qurbanam.

Yer tapmıram ürəyimi ovudum,
Yağış olum bu yanğını soyudum,
Şəhid, bu ağrını necə unudum,
Vətən qoynu - yatağına qurbanam.

Tor toxuyur zaman-zaman qəm mənə,
Şəhid adlı dağ çəkilir sinəmə,
"Ana, dik dur, qəddin əymə, göynəmə"
Son yazdığın varağına qurbanam.

Yadın, doğman həsrətinə dözməyir,
Gəlişini göz yaşıyla izləyir,
Nazlı yarın vüsalını gözləyir,
Bəzəkli bəy otağına qurbanam.

Vətən dərdi ürəyində göynəyən,
Düşmənini nifrətilə çeynəyən,
"Vətən, sənə canım fəda" söyləyən,
Bayraq öpən dodağına qurbanam.

Yağıların istehkamın sökmüsən,
Belin qırıb, qollarını bükmüsən,
Göyçəyədək zəfər yolu çəkmisən,
Dastan yazan sorağına qurbanam.

Anam
Dilimin ən şirin sözü, nəğməsi,
Ömrümün sönməyən çırağı Anam.
Ağarıb saçları, gülmür çöhrəsi,
Mən oldum ömrünün sınağı Anam.

Baxıb qovruluram gendən, uzaqdan,
Yorulub baxışlar, çökübdür , niyə?
Həyatın ən çətin sınaqlarından,
Mərdliklə keçmisən, Anasan deyə.

Görünür əlinin qabarlarında,
Sayı bilinməyən zəhmət, kədər var.
Üzündə göyərən damarlarında,
Köksünə yük olan qüssə, qəhər var.

Alnında iz açan dərin qırışlar,
Keşməkeşli ömrün xatirəsidir.
Gözümdə toqquşan kövrək baxışlar,
Ağır günlərinin nişanəsidir.

Gülüşü gizlənib küncdə, bucaqda,
Arayıb axtarsan görünmür izi.
Beş arzu boy atıb isti qucaqda,
Şirin layla olub, dilinin sözü.

Ana, istəmirəm üzündə kədər,
Unut acıları, dərd-qəmi unut.
Qoy qalan ömrün də keçməsin hədər,
Xoşbəxt gülüşünlə qəlbimi ovut.

Arzu heç düşünmür sənsiz bir həyat,
Bu ömrü səninlə istəyir qoşa.
O dərdli könlündə quraq toy-büsat,
Gələcək illəri kədərsiz yaşa.


AZƏRBAYCAN
Azərbaycan- qarış-qarış ürəyimə yığdığım,
Yağış olub damla-damla sinəsinə yağdığım,
"Oxxayyy", deyib, havasını ciyərimə aldığım,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Hər daşını, qayasını doğma VƏTƏN saydığım,
Torpağına, millətinə sonsuz sevgi duyduğum,
Yaralanmış sinəsinə, sığınıb baş qoyduğum,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Tarixinə boylanaraq, od-alovsuz yandığım,
Ağrısını-acısını ürəyimdə sandığım.
Bir yaralı bülbül olub köksü üstə qonduğum,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Caynaqlarda param- parça qızıl qana bürünən,
Ərdəbildən Göyçəyədək yaraları görünən,
O tay, bu tay insanları "ANAM" deyib, öyünən,
Bir Vətəndir- parçalanmaz, bölünməz.

Azərbaycan! Qurban olum "Odlar yurdu" adına,
Ta Təbrizdən Dərbəndəcən tüstüləyən oduna,
Gələr bir gün-- millətimiz çatar sənin dadına,
Bir Vətənsən- parçalanmaz, bölünməz.
GENERALIM
Polad kimi iradəylə düşmənlərin bağrın yaran,
Milyonların ürəyində sevgisinə bir taxt quran,
Millətinə, ordusuna, əsgərinə arxa duran,
Amalıyla el yolunda mətin duran generalım!

Sən oyatdın içimizdə buxovlanmış qeyrəti, sən,
Dünya agah oldu xalqın, yenilməyən qüdrətindən!
Şəhidlərin, igidlərin qoruduğu dövlətindən,
Yaşı cavan, qəlbi talan, ömrü viran generalım.

Sevdin doğma vətəninin hər dağını, dərəsini,
Tutdun müqəddəs yolunu, qurdun səngərdə yerini.
Kabinetə sığınmadın, tək qoymadın əsgərini,
Cürətilə düşmənlərin əzmin qıran generalım!

Sən xalqının vüqarını oz adında daşıyırsan!
Ucalsan da zirvələrə ürəklərdə yaşayırsan,
Bu zəfəri, qələbəni sən də bizlə yaşayırsan!
Parçalanmış Vətənimi bütöv quran generalım!

Arzun idi azad olsun, bütövləşsin Azərbaycan,
Zəfər yolu, qalibiyyət yolun seçsin Azərbaycan!
Şəhid olan hər igidin yerinə doğular min can!
Qanıyla yeni tarixin möhrün vuran generalım!


XOCALI
O gecə Xocalı yuxu yatmadı,
O gün cərxi-fələk tərsinə döndü.
Onun köməyinə kimsə çatmadı,
Xocalıda həyat o gecə söndü.
Qocaya,cavana,qıza, qadına,
Xəstəyə qıydılar,qətl elədilər.
Baxmayıb günahsız insan ahına,
Zəmi kimi biçib, məhv elədilər
Fəryadlar, nalələr ucaldı göyə,
Günahsız körpələr qana boyandı,
Gəlməzdi kimsənin heç gümanına,
Xocalı o gecə ,vaxtsız oyandı.
Yerlə yeksan oldu gör neçə ailə,
Fəlakət toxumu səpildi yerə,
Bu necə dəhşətdi, necə faciə,
Şər qalib gəlmişdi o gecə xeyrə.
Ana, bacıları aldılar əsir.
Qaçanlar yollarda güllələndilər.
Bu dəhşət insanın nəfəsin kəsir,
Xocalı məhv oldu, "dillənmədilər".
Bu qanlı faciə, bu fəryad, ölüm,
Titrətdi yer-göyü, qopdu qiyamət,
Bu necə qırğındı, bu necə zülüm,
Qurdu qaniçənlər qanlı cinayət.
Tariximiz boyu bu faciələr,
Millətimin əzmin qırıb, əymədi,
İnsanlığa doğru yağan güllələr,
Dünyanın bağrına nədən dəymədi?
Xalqın qan yaddaşı--bir tarix daha,
Unutmaq olarmı yaşananları?
Əmanət eyləyək uca Allaha,
Bu dərdi qəlbində daşıyanları.
Dualar ucalsın ərşin yanına,
Məhv olsun dünyada sülhü sevməyən.
Haqq versin cəzasın, batsın qanına,
Sülhə səs verməyib, boyun əyməyən.

VƏTƏN EŞQİM

İncitməyin, toxunmayın qəlbimə,
Qollarıma, qanadıma qıymayın.
Ürəyimdə "Vətən" eşqi kök salıb,
Məni mənsiz, qibləgahsız qoymayın.

Vətən mənim mənliyimdir, adımdır,
Bu məhəbbət dünya boyda bir dəniz,
Vətən məni isidəcək odumdur,
Hər qarışı həm müqəddəs, həm əziz.

Məmləkətim bölünübdü:-- dərdləri,
Qəlbimdə bir yara açıb, göynəyir.
Aradakı məftilləri, bəndləri,
Nifrətim də ,həsrətim də çeynəyir.

Qan ağlayır, köksüm altda ürəyim,
Gecə- gündüz qəlb evimi didir qəm.
Doğru yolda Allah olsun köməyim,
Hicranımı, həsrətimi atım mən.

O tay, bu tay bir bayrağa sığınaq,
Bütöv olsun Azərbaycan elimiz.
Bir ocağın istisinə yığılaq,
Ayrılmasın bir-birindən əlimiz.


AĞLAMA
Xoşbəxt sandığımız o günlər bitdi,
Arxamca ağlama...ağlama gülüm.
Həsrət kölgə saldı üstünə, getdi,
Arxamca ağlama...ağlama gülüm.

Məhəbbət dediyin adi bir yalan,
Ummuram mən səndən təsəlli, filan.
Etmisən onsuzda ömrümü talan,
Arxamca ağlama...ağlama gülüm.

Qoşa gəzdiyimiz yerləri unut,
Bir təsəlli axtar, qəlbini ovut,
Gözündən sellənən yaşları qurut,
Arxamca ağlama...ağlama gülüm.

Yollara, izlərə baxıb ağlama,
Duyğuya sarılıb könül dağlama,
Ümidini artıq mənə bağlama,
Arxamca ağlama...ağlama gülüm.

Arzunu incitdin sən bilə-bilə,
Adımı bir daha gətirmə dilə,
Səndən ayrılıram mən gülə-gülə,
Arxamca ağlama...ağlama gülüm.

Şair Sakit Məmmədovun gözəl şerinə yazdığım nəzirə.
Bir sevgi ağlayır
Bir səhər ömrünə həsrət yol alır,
O odlu məhəbbət qəlbində qalır,
Ürəyi qırılır, gözləri dolur,
Qalmayır bir əsər dözüm,təpərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Vağzalı çalınır....qəlbi göynəyir..
El-oba yığışıb şadlıq eyləyir,
Hamı tərif deyir, sağlıq söyləyir,
Onun qəlbi isə yanır kədərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Ömrünü əridər bu həsrət, kədər,
Keçəcək bu ömür birtəhər, hədər,
Varmı bu acıdan daha da betər,
Boğazı göynəyir tez-tez qəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Nə gözəl təsadüf...qonşu olublar,
Bəzən seviniblər, bəzən dolublar,
Çöbanyastığını birgə yolublar,
Bir nübar ediblər bağda bəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Toy-düyün olanda qəlbi döyünmüş,
"Bir gün bizə qismət", deyə söyünmüş
Dostlar arasında hətta öyünmüş,
Ağ atıyla gəlir tutmuş yəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Bu necə qismətdi, bu necə dərddi,
Ayrılıq nə yaman ağırdı, sərtdi,
Həyatmı, yoxsa ki, insan namərddi?
Yeməyi olacaq ağu-zəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Hər gün dikiləcək gözləri yola,
Gözlərdə bir həsrət, yaş dola-dola,
Elə xəyalında girib qol-qola,
Kəndə gələcəklər birgə şəhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən".

Daha tükənəcək dilində sözlər,
Yaddaşından getməz o qara gözlər,
Yandırar ayağın getdiyi izlər,
Bir ümid gözləyər gələn səhərdən,
"Bir sevgi ağlayır qonşu çəpərdən"..

Şəhidlərimin sözü
Gör nə qədər yurduma, elimə şəhid gəlib,
Neçə ana naləsi göyə, ərşə yüksəlib,
Ürəklər sızıldayıb,, fəryad qəlbimi dəlib, ,
Kül olub ümidləri, yanmır ocağı, közü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Mən də yandım, alışdım, ahım ucaldı göyə,
Mənimdir bütün Şəhid, mənimdir bu faciyə,
Xalqı xoşbəxt yaşasın, yurd azad olsun deyə,
Könüllü yollandılar, düşünüb oğul-qızı,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Ehtiramla yad edib, hər gün sizi anırıq,
Doğma balamız kimi yandırırsız, yanırıq,
Sizi qiblə yerimiz, and yerimiz sanırıq,
Ürəkdən gülməz daha biz Anaların üzü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Siz ən böyük ürəyə, qeyrətə sahibsiniz,
Dünyanın nəzərində, ən böyük qalibsiniz,
Siz sorğusuz, sualsız cənnətə layiqsiniz,
Silinməz cığırlardan ayaqlarının İzi,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Bu torpağın ən böyük xilaskarı sizsiniz,
Azadlıq tarixində çox müqəddəs izsiniz,
Siz bu xalqın bu günü, ən yeni tarixsiniz,
Vüqarla demək gərək, yalnız doğrunu, düzü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

Arzu hər gün yaş tökür, baş əyir ruhunuza,
Param-parça bölünən, əliniz-qolunuza,
Özünü qurban deyib, gəlsəniz, yolunuza,
Qalıbdır bu yollarda qanlı yaş axan gözü,
Dillərdə dastan olub Şəhidlərimin sözü.

QADIN
Solğun baxışında kədər kölgəsi,
Dərdi gözlərindən oxunan qadın.
Halını soruşsan, titrəyər səsi,
Sualın qəlbinə toxunan qadın.

Yazılmış bəxtinə qayğılı günlər,
Ömrünün baharı payıza dönmüş.
Səni xoşbəxtliyə aparan yerdə,
Həyat yollarının işığı sönmüş.

Bütün qəm - kədəri bir yerə yığıb,
Sən şələ tutmusan incə çiyninə.
O kiçik köksünə de necə sığıb,
Geydin libasın tək yoxsa əyninə?

Boğubsan ürəkdə həsrət çənini,
Amma gözlərinə gücün çatmayıb
Sussan da içinə atıb qəmini,
Gözlərin öz kədər yükün atmayıb.

Sevinci çox qısa, gülüşü qırıq,
Taleyi uzaqdan oxunan qadın.
Qəlbi param-parça,hey sarıq-sarıq,
Baxışlar ruhuna toxunan qadın.
24-09-2022, 18:30
HƏR ÖMÜRDƏN BİR XATİRƏ

HƏR ÖMÜRDƏN BİR XATİRƏ

Dünya bir pəncərədir, hər gələn baxıb gedər...Dodağının altında pıçıltıyla zümzümə edən Sabir Qəmlini dinlədikcə sanki insan qərinələr yaşamış bir ruh adamının keçmişinə səyahət edir, onun bu illər ərzində yaşadıqlarına şahidlik etmək, gördüklərini görmək istəyir. Bu səksən yaşlı ağsaqqalın yazdığı şeirlər oxuyanın ruhunu oxşayır. Sabir Qəmlinin İlham pərisi kükrəyib daşan yaz selinə, hərdən də həzin-həzin çağlağayan bulağa bənzər. Həyatının əzablı, çətin olmasına baxmayaraq hər zaman bütün çətinliklərə mərd-mərdanə sinə gərən, məğrurluğunu həmişə, hər yerdə qoruyan Sabir Quluyev haqqında çox söz demək olar.
Onun Vətən sevgisiylə döyünən ürəyi, torpaq acısıyla vuran qəlbi də zəfər çalıb. Çünki qırx dörd günlük ikinci Qarabağ döyüşlərində müzəffər,yenilməz ordumuz bu dəfə Sabir Qəmliyə sevinc bəxş etmişdi. şair şükür edirdi ki Şəhidlərimizin qanı yerdə qalmadı. Sabir Qəmli də bir şəhid atası idi. Allah şəhidlərimizə rəhmət eləsin.
Onun ömür yoluna, taleyinə, övlad acısına nəzər salsaq, yuxarıda qeyd etdiyim kimi, bir dastan yazmaq olar. Sadəcə onun yaxşi əməlləri, ehtiyacı olanlara arxa, dayaq çıxması böyük ürək sahibi olmasından, insanevərliyindən xəbər verir. Yaşadığı rayonda el ağsaqqalı kimi tanınan Sabir Qəmli hər zaman sayılıb, seçilib.
Xeyirxah əməllər sahibi olan şairin bir şeirini də oxucularımızın diqqətinə çatdırırıq. Qoy ixtiyar şair Sabir Qəmli oxucuları ilə bir daha görüşsün!
LEYLA İSMAYILOVA

MƏN BU ELİN BEŞ-ON GÜNLÜK QONAĞI

Məğrurluqdu damarım da axan qan,
Döyünən ürəyimdi Azərbaycan.
Gərəyim deyildir, nə şöhrət, nə şan,
Mən sevirəm eli, yurdu torpağı!

Çəksə başım qüssə kədər dərd bəla,
Düşməmişəm heç zaman haldan hala,
İrəli yox, ta gedirəm mən dala,
Çox görmüşəm bu dünyada sınağı…

Bu Qəmlinin tükənməzdir diləyi,
Səbr edirəm sıxmayıram ürəyi,
Gələcəkdir bir gün ölüm mələyi,
Mən bu elin beş-on günlük qonağı.!

24-09-2022, 07:35
"Nur ocağı" Elşən Mikayıloğlunun şeirlərini təqdim edir

"Nur ocağı" Elşən Mikayıloğlunun şeirlərini təqdim edir

BELƏ YAŞAYIRAM
Bilmək istəsəniz,mən kiməm deyə,
Onda nəzər salın sətirlərimə,
Nə dosta yenildim,nədə düşmənə,
Qürur-mürvətimlə yaşayıram mən.

Əyilmədim elin qohum yadına,
Arxa çevirmədim,mən yaltağına,
Atam Mikayılın şərəf adına,
Layiq,qeyrətimlə yaşayıram mən.

Doğruya,doğruyam yalan dünyada,
İtirməm haqqımı düz ola-ola,
Nəzət yetirmədim,dünya malına,
Halal zəhmətimlə,yaşayıram mən.

Ən zəngin sərvətim,sevən qəlbimdir,
Süfrəmdə çörəyim,alın tərimdi,
Mənim olmayana,deməm mənimdir,
Dərin hikmətimlə,yaşayıram mən.

Mən Elşənəm,vətənimdən dağlıyam,
Samuxlu balası,Eldar oğluyam,
Canımla,qanımla elə bağlıyam,
Yurda hörmətimlə,yaşayıram mən.

MƏNİM
Yenə duyğularım ilhama gəldi,
Ruhumu dindirdi,məhəbbət mənim.
Daha istəmirəm nə qəm,nə kədər,
Qəlbimdə qonaqdır,səadət mənim.
Mənim bu həyatda vardır amalım,
Namusdur,qeyrətdir dövlətim,varım,
Ən yüksək vüqarım,dağlarda qarım,
Atama duyduğum, fəxarət mənim.
Qocaya,cavana eylərəm hörmət,
Yaxşiya,yamana verərəm qiymət,
Öyüd,nəsihəti dinlərəm əlbət,
Qəlbimdə yurd salıb səxavət mənim.
Hər kəsin dərdini,öz dərdim sandım,
Yersiz danışmadım,həddimi qandım,
Xeyir-şər önündə məğrur dayandım,
Vardır ürəyimdə mərhəmət mənim.
Haqqın yolu ilə getmişəm hər an,
Dinim İSLAM olub,kitabım QURAN,
Elşənə saf sevgi verib yaradan,
Allaha sevgimdir,ibadət mənim.

ODLAR YURDUM
Səs saldın dünyaya, cəsarətinlə,
Əyilməz,vüqarlı dəyanətinlə,
Azadlıq yolunda ləyaqətinlə,
Yazıldın tarixə, qürurlu anım,
Mənim odlar yurdum, Azərbaycanım.

Müzəffər ordumun Vətən qeyrəti,
Düşmənin gözündə qoydu niyyəti,
Bitdi qəlbimizdə torpaq həsrəti,
Azaddır Qarabağ, nə xoşdur halım,
Mənim odlar yurdum, Azərbaycanım.

Qurbanam hər qarış torpağına mən,
Dağına,düzünə,yaylağına mən,
Əbədi enməyən bayrağına mən,
Elşənəm yolunda alışım yanım,
Mənim odlar yurdum Azərbaycanım,
Mənim odlar yurdum,Azərbaycanım.

ELDARIM
Qoynunda doğulub,mən boy atmışam,
Aldığım nəfəsim,canım Eldarım,
Suyunla,havanla qidalanmışam,
Damarımda axan,qanım Eldarım.

Ceyrançöl aranın ceyran oylağın,
Kəkliklə,turacla boldu yaylağın,
"Ellər Oyuğu"dur ucalan dağın,
Sən mənim qürurum,arım Eldarım.

Yurduma vurğunam canım,qanımla,
Uşaqlıq illərim,hər xoş anımla,
Ellərə səs salan Eldar şamınla,
Bitməyən sərvətim,varım Eldarım.
Nəğməkar şairəm,aranlıyam mən,
Qüdrətli elimin bir oğluyam mən,
Eldarlı balası Samuxluyam mən,
Elşənəm şöhrətim,şanım Eldarım.

SƏBƏBİ SƏNSƏN
Yaman yorulmuşam,toxunma mənə,
Yorğun varlığımın səbəbi sənsən.
Gəlib təsəllimi verirsən mənə?
Sönən həyatımın səbəbi sənsən.

Sənsiz gündüzlərim gecəyə döndü,
Hər axşam gecəmin ulduzu söndü,
Ürəyim aylarla sənsiz döyündü,
Özün ki,bilirsən səbəbi sənsən.

Mən nələr çəkmişəm,bilməzsən ey yar,
Məni mənim qədər sevənlər anlar,
Ürəyim sıxılır tutmayır qərar,
Xəstə ürəyimin səbəbi sənsən.

Sən məni boş ver də,özündən danış,
İndi öz közündə alovlan,alış,
Mən daha barışdım,get sən də barış,
Bitən eşqimizin səbəbi sənsən.

DÜNYA
Doğulandan kədərini,qəmini,
Yorulmuşam çəkə-çəkə, a dünya.
Yaşamağın tapammadım səmtini,
Acılarım yekə-yekə, a dünya.

Qocalmışam əsa tutmur əlim də,
Dinənmirəm söz də yoxdu dilimdə,
Tükənmişəm,nisgil dolu sinəmdə,
Qəm toxumu əkə-əkə, a dünya.

Yaradıbdır belə məni Yaradan,
Nə sökən olmuşam,nə də yaradan,
Elşənə vurduğun saysız yaradan,
Bağrım olub ləkə-ləkə, a dünya.

ÖMÜR DEYİL Kİ
Kim bilir, həyatda mən nə çəkirəm,
Mənim yaşadığım ömür deyil ki.
Qəm bitən sinəmdə,kədər əkirəm,
Mənim yaşadığım ömür deyil ki.

Quruca canımdı,daşıyıram mən,
Cansız bir bədənə,oxşayıram mən,
Hər kəs elə bilir,yaşıyıram mən,
Mənim yaşadığım ömür deyil ki.

Uzaq məmləkətdə,qərib diyarda,
Nə vaxtdır həsrətəm qohuma,yada,
Bu nə yaşamaqdır,qoca dünyada,
Mənim yaşadığım ömür deyil ki.

Tükənib taqətim,səbrim,dözüm də,
Qalmayıb nuru da,görmür gözüm də,
Şaxtalı,boranlı Sibir düzündə,
Mənim yaşadığım ömür deyil ki.

Həyata maraq da qalmayıb daha,
Ümüdüm qırılıb,gələn sabaha,
Allahım yazmasın bunu günaha,
Mənim yaşadığım ömür deyil ki.

Elşənəm baxmayın cavan yaşıma,
Nələr gəlməyibdir mənim başıma,
Bir gün yazarsınız məzar daşıma,
Mənim yaşadığım ömür deyil ki.
Elşən Mikayıloğlu

24-09-2022, 07:25
"Nur ocağı" Zaur Naqaninin şeirlərini təqdim edir


"Nur ocağı" Zaur Naqaninin şeirlərini təqdim edir

Hikmət
Hikməti yaradan xəlq eyləyərmiş,
Ona milyonların gücü yetişməz.
Allah bir meyvəyə, izin verməmiş,
Qalar saplağında acı, yetişməz.
*****
Xəlq etdi bəşəri min hikmət ilə,
Verdi məxluqata vəhdət, yaraşıq.
Ruhumuz Allahın nurundan, gilə,
Şükür ki, biz "ONA,, möhtac olmuşuq.
*****
Səninlə dünyaya birgə göz açmış,
Alnına yazılan "qədər,, hikmətdir.
Ayaq dırnağının ucundan tutmuş,
Saçının dibinə qədər hikmətdir.
*****
Hikmətdir gözünün nurlu baxmağı,
Kor olsan, düşərsən elin gözündən,
Dost olmaz səninlə elin axmağı,
Usanıb bezərsən özün - özündən.
*****
Hikmətdir nəfəsin gedib, gəlişi .
Sinəndə döyünən ürək bəs nədir?
Odur bir bədəndə görən hər işi .
Bu hikmət haykıran, bir əfsanədir.
*****
Qəlbində çağlayan bulağdır hikmət .
O təbdir ki alır, Allahdan ilham.
Dinləyib, anlayan, qulağdır hikmət.
Yəqindir anlamaz, əqlidən na'kam.
*****
Ən gözəl nümunə nemətdir ağıl,
Hörmətin, izzətin, qədrini bilən.
Hikmətli sözünlə dünyaya dağıl,
Qaralan qəlblərə, nur kimi ələn.
*****
Yeriyir ayağın, tutur əllərin,
Bədənin ruhuna, dar bir qəfəsdir.
Hikmətdir ağaran qara tellərin,
İçinə çəkdiyin təmiz nəfəsdir .
*****
Ey dindən xəbərsiz möcüzə gəzən!
Tükənməz hikmətdir, şairin sözü.
Bəzən insanların əlindən bezən,
Dərin bir hikmətdir dünyanın özü .

Şeiriyyət
Qəlbləri oxşayan, qəm çözən aləm,
Barı tükənməyən bağdı şeiriyyət.
Mühəndisi ürək, kağız və qələm,
Çiləsi bitməyən dağdı şeiriyyat.
***
Hər zaman təzədir, hər zaman yeni,
Məqsədi bilinməz , bilinməz yönü,
Qoruqla , qaytaqla kəsilməz önü ,
Zamanla dolanan çağdı şeiriyyət.
***
Bəzən sədalandı eşq nəğməsindən,
Süzüldü şairin dürr sinəsindən,
Bəzən bir qəribin ah - naləsindən,
Qəhəri içində boğdu şeiriyət.
***
Bəhs etdi gecələr aydan , ulduzdan,
Atadan , anadan , oğuldan , qızdan,
Şaxtalı gecədən , soyuq payızdan,
Bahara günəştək doğdu şeiriyyət .
***
Dindi ürəklərin sarı simində ,
Gözəl ölkəmizin dövlət himnində,
Aşkardır Allahın Quran elmində,
Göydən mələklərlə yağdı şeiriyət.
***
Hislər cilalanan , hislər dolaşan,
Səmalar vəsf edən , sərhədlər aşan,
Durmadan dillərdə gəzən, danışan,
Sevən ürəklərə sığdı şeiriyyət.
***
Yetdi Naqaninin hərdən dadına,
Bəzən də yandırdı eşqin oduna,
Bəzən xəyal oldu hər muradına,
Ömrünü qələmdən sağdı şeyriyat.
Nisyə olmasa
(satirik qəzəl)

Görəsən dövr eləyər hali necə, bu millətin,
Nisyə ərzaq verəni, ölsə gecə, bu millətin.

Çoxu üsyana dalıb, meyl eləyər intihara,
Sonuna yol açılar, incə-incə bu millətin .

Bir ayın maaşı yetincə, yüzü adlar füqəra,
Səsi çıxmaz yenə də, min olunca bu millətin.

Elə zəncirdi ki, bu qopsa qopar ərşə qiyam,
Dostu düşmana dönər bircə-bircə bu millətin.

Nisyə alver eləyir varlı, qulu həm kasıbı,
Psixoloji durumu çökdü məncə bu millətin.

Nə qədər dövləti var, nisyə alır çay, siqaret,
Var elə fərdi dönüb, lap gülüncə, bu millətin.

Eləsi var doğulur, nisyə yığıb borclu ölür ,
Ömrü qulluqda keçir, borc silincə, bu millətin.

Dost sınağı
Desələr mən dostu necə sınayım?
De ki, dar günündə tanıyacaqsan.
Bəs dara düşəndə necə anlayım?
Dadına yetməsə qınayacaqsan.
*******
İlk öncə dostunu imanla sına,
Gör o üz tuturmu haqq qapısına?
Əxlaqı sığırsa din libasına?
Onda bu hikməti, anlayacaqsan.
*******
Əgər bir yalanı duysan dilindən,
Əyrilik, xəbislik, görsən əlindən,
Fərqli görünərsə, içi, çölündən,
Peşimanca başını bulayacaqsan .
*******
Çəkdiyin əziyyət olacaq hədər,
Əlini cibində güdərsə əgər,
Dostun düşman olsa bağlayıb qəhər,
Oturub uşaqtək ağlayacaqsan.
*******
Naqani, dostundur tək, qadir Allah ,
Zikr eylə , O hökmdarındır Vallah ,
Hər kəsə inanma , bir bunu anla ,
Bil ki , tək haqqa bel bağlayacaqsan.


Ağsu
Dumanlı dağlara, yaz gələndə bax,
Örkən dolaylarda, gül qucaq-qucaq,
Sazıyla, sözüylə yadda qalacaq,
Şairlər beşiyi, bələyi Ağsu.
*****
Kök salıb sevgisi, qəlbimi qazır,
"AĞSU,, çay köksündə dərələr azır,
Şairlər hüsnünə şeirlər yazır,
Dilimin sərvəri, bəzəyi Ağsu.
*****
Dilində ləhcəsi şirin bal kimi
Ustadlar sinəndə coşur sel kimi
Bir ağ ləçəyisən gözəl ölkəmin
Yurdumun naxışı, ilməyi "AĞSU,,
*****
Qonaqlar ötüşür seyrindən bol-bol,
Şəkiyə, Muğana, bir işıqlı yol,
Gələnə Salam ver, gedənə sağol,
Şirvanın, muğanın gənziyi Ağsu.
*****
Elimə, obama heyran olmuşam,
Yeyib duz çörəyin, yaşa dolmuşam.
Adınla böyüyüb, hey ucalmışam,
Eşqimin həmdəmi, özəyi Ağsu.
*****
Adına şeirlər, qoşmalar deyim
Yazın bir gözəldir, qışımı deyim
Sərvət torpağındır, daşınmı deyim
Şeir bulağımın, mənbəyi Ağsu.
*****
Sənin ağ suyunla, yoğrulmuşam mən,
Nə yaxşı qoynunda doğulmuşam mən,
Səndən ayrılmaram, a dilbər güşəm
Könlümün istəyi, diləyi Ağsu.

Azərbaycanım
Süzülür qəlbimdən şirin nəğmətək,
O mənim canımda yaşayan canım.
Onunla döyünür sinəmdə ürək,
Arzudur, muraddır Azərbaycanım.
*****
Alnıma yazılan yazı -Vətəndir,
Eşqimin ocağı, közü -Vətəndir,
Şəhidlər baş qoyan, üzü -Vətəndir,
Namusdur, qeyrətdir Azərbaycanım.
*****
Şövkəti - şanıma, yaraşıq adı,
Ömrümün ləzzəti dadı ondadı,
Ona məhəbbətim ümman boydadı,
Mənalı həyatdır Azərbaycanım.
*****
Yetmiş il əsarət çəksə də başı,
Qürurla dayandı o zülmə qarşı,
Qazandı hər zaman zəfər, savaşı,
Şükür ki, azaddır Azərbaycanım,
*****
Şairlər köksündə coşur havalı,
Mənə ilham verir hüsnü - camalı,
Ruhum parçalanar düşsəm aralı,
Mənə qol - qanaddır Azərbaycanım.

Allahı ucalt
Şairlik bir ali zirvədir oğul,
Gərəkdir mənalı, sözün ucala .
Allah sevmədiyi, sözdən uzağ ol,
Dinini uca tu , qoyma alçala.
*******
Onu üstün tutsan Özünə layiq,
Gözəl Cənnətində mehmanlar səni.
İşlətmə şeirdə söyüş, nalayiq,
Hər an yada salar, səhmanlar səni.
*******
O, şair söylədi Quranda bizə,
Nə gözəl qismətdir, bizə yazılan .
Seçib bircə-bircə çıxartdı üzə,
Bu ali hikmətdir bizə yozulan.
*******
O , haqqın dəryası o, Sahibi-Mülk,
Bir yumruq ürəyə, dünya sığdırıb.
Qələmlə bağladı bizi ömürlük,
Sözü mələklərlə bizə yağdırıb.
*******
İnsanı hörmətdən salanda sözdür,
İstər bir şeirdə, bəhrdə söylə.
Haqqa, ibadətə duranda sözdü ,
Çəkinmə axşam da, səhər də söylə.
*******
Cənnətin qapsını açar əməllər,
Əlini doğruya, halala öyrət .
Düşür cəhənnəmə, günah edənlər ,
Ən böyük günahdır, şirkilə, ilə qeybət.
*******
Naqani, imanın sənə bir çıraq,
Usanma şövq ilə, ucalt Allahı .
Sənə bil, sonunda Rəbbin qalacaq .
Odur insanların sonsuz pənahı.
VƏTƏN QAZİLƏRİ.{qəzəl}
Düşmənin bağrına qan saldı Vətən Qaziləri .
Şəhidlərin qanını aldı Vətən Qaziləri .
✓✓✓✓✓✓✓
O ,Ana torpaq üçün verdi əlin, həm ayağın,
Bu oğul borcu deyib sildi Vətən Qaziləri.
✓✓✓✓✓✓✓
Sinəsin etdi sipər düşmənə bu torpaq üçün,
Vətəni öz Anası bildi Vətən Qaziləri.
✓✓✓✓✓✓✓
Dayana bilməz ola qarşısında sal qayalar,
Səsi eldən duyulan seldi Vətən Qaziləri.
✓✓✓✓✓✓✓
Qısa müddətdə alıb torpağı mənfur yağıdan,
Layiqli bir zəfəri çaldı Vətən Qaziləri .

Ayrı düşübdü
Bir zaman sevərdim divanə kimi,
Ruhum acılardan hey bürüşübdü.
Həsrəti qəlbimdən qovana kimi,
Gördüm məhəbbətdən ayrı düşübdü.
****
Mən sevə bilmirəm artıq heç nəyi,
Hər şey adiləşib cəlb etmir məni,
Könlüm intizarın olub məskəni,
Zərdən - zərafətdən ayrı düşübdü.
*****
Mən qane olmadım bu gedişatdan,
Qanunu pozulmuş qoca həyatdan,
İnsan insanlığı çıxarıb yaddan,
Dindən , mərhəmətdən ayrı düşübdü.
*****
Görəndə qəlbimi, bürüyür qəhər,
Dözürəm dişimi sıxıb bir təhər,
Elm, mədəniyyət verməyib bəhər,
Alim kəramətdən ayrı düşübdü.
*****
Rüşvətin önündə çevrilib qula,
Etibar , şərafət dönüb nağıla,
İndi gəl birinə sözdə bel bağla ,
Sirrlər sədaqətdən ayrı düşübdü.
*****
Yerini bilməyir qoca, nə cavan,
İndi baş tərəfdə oturur nadan,
Ülvi səmimiyyət itib aradan,
Məclislər hörmətdən ayrı düşübdü.
*****
Səbr eylə Naqani ümüdlə yaşa,
Sözlərin zamanla dönər daş - qaşa,
Səni çətin düşər naşılar başa,
Cahillər hikmətdən ayrı düşübdü .

Kələğayı.{qəzəl}
Bizə əcdadımızın mirasıdır kəlağayı,
Gözəl ismətli xanım libasıdır kələğayı.
✓✓✓✓✓✓✓
Yaraşıqdır elimin qızlarına maaşə Allah,
Gözəllərin əbası, ədasıdır kəlağayı .
✓✓✓✓✓✓✓
Necə sərkərdələrin aşmadığı səddi olub,
Neçə qanlı qadanın fədasıdır kələğayı .
✓✓✓✓✓✓✓
Çünki Qur'anda keçən adı hecab örtüyüdür,
Abrıdır zövcələrin həyasıdır kələğayı.
✓✓✓✓✓✓✓
Keçmişdə gözəlliyin gizli tutub, bəy evinə,
Aparan hər gəlinin fatasıdır kələğayı.
✓✓✓✓✓✓✓
Cilvəli, işvəli həm nazlı gözəllər bəzəyən,
Milli atributların butasıdır kələğayı .
✓✓✓✓✓✓✓
Bizə Hakdan yozulan namusu - iffət rəmzi,
O "Cəllə - Cəlalühü,, n cidasıdır kələğayı.

NUR OCAĞI.{qəzəl}
Bura bir "NUR OCAĞI,,sorağı dillərdə gəzir .
Dür dolu hər bucağı, var gücü sellərdə gəzir.
✓✓✓✓✓✓✓
Şairlər - şairələr məsgəni bu şeyri məkan,
Yeri var sevgi kimi daim könüllərdə gəzir.
✓✓✓✓✓✓✓
Adı Allah Nurudur girməz ora şeytan əli,
Yayılıb şöhrəti - şanı bizim Ellərdə gəzir.
✓✓✓✓✓✓✓
Oturub başda hecablı Anam Sehranə xanım,
San ki bülbül avazı baxçada güllərdə gəzir.
✓✓✓✓✓✓✓
Bir günəştək saçacaq nurunu dünyaya, fəqət,
Sorağı in şə Allah ki yaxın illərdə gəzir .
✓✓✓✓✓✓✓
Qurulubdur bu məkan min poetik əşar ilə
Dili bal, xətri əziz, təbləri zillərdə gəzir.
✓✓✓✓✓✓✓
Səni Naqani kimi sevdi bu ismətli ocağ,
Şeirin, həm qəzəli istəyi dillərdə gəzir.

Bir də baxım
Sellər, sular kimi axdım o yoldan,
Sən ötdün arxanca baxdım o yoldan,
Qəlbimə bir hicran taxdım o yoldan
Nə olar, geriyə dön bir də baxım.
***
Sənə mail olan könlümü qırma,
Həsrətin oduna məni yandırma,
Baxışın hilaldır, gözlərin xurma,
Nə olar, geriyə dön bir də baxım.
***
Eşqin yuva qurdu könlümdə bəşşaş,
Söndürdü odumu o yavaş - yavaş,
Demirəm yaxın gəl , nə də uzaqlaş,
Nə olar, geriyə dön bir də baxım.
***
Bu hicran, bu həsrət yaraşmaz bizə,
Sayıram, günlərə qəm düzə - düzə,
Məni əsir edən, o qara gözə,
Nə olar, geriyə dön bir də baxım.
***
Etmə Naqaniyə naz, nə gərək var ?
Onsuz da ömrünü çürüdüb zinhar,
Deyir can alandı səndə baxışlar,
Nə olar, geriyə dön bir də baxım.

Xanım Dilbazi
Min şeir bağıydı ətirli, gülşən,
Xalqının dərdinə alışan, bişən,
Odlara yandıran, odlara düşən,
Məğrur Ana idi xanım Dilbazi.
***
Odlu silahıydı el məhəbbəti,
Dillər əzbəriydi sözü, söhbəti,
Sevib vəsf edərdi hey təbiəti,
Telli sona idi, xanım Dilbazi.
***
Baharda fidandı, payızda xəzan,
Özü doğru - dürüst, qələmi yazan,
Sözüylə nadana dar qəbir qazan,
Dərin məna idi, xanım Dilbazi.

Bu həyat belədir
Bir daha gözünə dəyməsin kədər,
Bu həyat onsuz da incidib səni.
Bir azca kəc baxsan gözünü didər,
Bu dünya belədir, sevmir kimsəni.
*****
Bir gün güldürəcək, bir gün solacaq ,
Dost kimi, düşmən olacaq ,
Bir acı yaş kimi, gözə dolacaq ,
Bu həyat belədir, sevmir kimsəni.
*****
Sənin sevdiklərin onun əlində,
Ayrıla bilmirsən sonun əlində,
Durub başın üstə donun əlində,
Bu həyat belədir, sevmir kimsəni.
*****
Bitirə bilməzsən, qalı çox uzun ,
Dumanlı dərəsi, yolu çox uzun ,
Dindirmə əzəcək, dili çox uzun ,
Bu həyat belədir, sevmir kimsəni.
*****
Naqani bu həyat , belədir belə ,
Kimsə xoş üzünü görməyib hələ ,
Gülsən ağladacaq o gülə - gülə ,
Bu həyat belədir , sevmir kimsəni.
Budu , bu dünya.
Rüşvətlə alınan günahın, yükün,
Kasıbın belinə çatır bu dünya .
Yazığın gözündən çəkdiyi tükün,
Özünə tir kimi satır bu dünya .
*****
Üzünə baxmayır üz tutanların,
Dadına tez çatır , şarlatanların,
Aldanıb nəfsinə şər - şeytanların,
Getdikcə günaha batır bu dünya.
*****
Suyu səmalardan, mayası gildən,
Anlamaz Tövratdan, Zəbur, İncildən .
"QURAN,,ı dinləyib saxdakar dildən,
Halalı - harama qatır bu dünya.
*****
Mərdlərə dar qəbir, kəfəni zülüm ,
Varlıya eyş - işrət, kasıba ölüm ,
Aldanma, toruna düşərsən, gülüm ,
Qıvrılıb pusquda yatır bu dünya.
*****
Çəkəcək sorğuya olsan da padşah .
Bu yerin, bu göyün sahibi Allah .
Bir ömür eyləsən Naqani, sərgah ,
Səni öz başından atır bu dünya.
21-09-2022, 22:32
Zəngəzur, Göyçə, İrəvan Azərbaycanımızın bölünməz hissəsidir!


Zəngəzur, Göyçə, İrəvan Azərbaycanımızın bölünməz hissəsidir!

İki gündür ki, sosial şəbəkələrdə tirajlanan “Göyçə-Zəngəzur Respublikası” haqqında informasiyanı heyrətlə oxudum. Indi bu nə? Bu nə uydurma? Bu nə təxribat? – deyə öz-özümə sual verdim. Belə bir məsələnin ortalığa niyə atıldığını dərk etmək o qədər də çətin olmadı.
Birincisi, dövlətçiliyimizə düşünmədən müdaxilə etmək;
Ikincisi, ölkə daxilində qarışıqlıq yaratmaq. Azərbaycan Respublikası vətəndaşları arasına ayrıseçkilik salaraq, insanlarımızı bir-birinə düşürmək.
Bu təsisatı elan edən kimlər olduğu ilə də heç maraqlanmadım. Çünki nə qədər siyasi məsuliyyətsiz olasan ki, belə yanlış bir addım atasan. Bunun bir adı var: Anlaşılmazlıq! Dövlət içində dövlət olmaz. Nə də bir vərəq üstündə yazılmış və ya “qurulmuş” boş informasiya ilə respublika olmaz.
Bizim bir Dövlətimiz – Respublikamız var! Azərbaycan Respublikası! Vətən elə bir şirin şey ki, onu içdən duymaq lazımdır.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Zəfər paradı günü cənab Ali Baş Komandanın “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu” – tarixi fikrini həyata keçirmək üçün ideoloji mübarizəni əldən qoymamalıyıq.
Şükürlər olsun ki, Qarabağ torpaqlarımız igid, cəsur oğullarımızın canı-qanı bahasına Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağından xilas olundu və hələ də təmizləmə prosesi davam edir. Bu prosesin davamı isə tarixi torpaqlarımızın xilası ilə tamamlanacaq. Yeni bir respublika yaratmaqla yox, Azərbaycanın tarixi Zəngəzur, Göyçə, İrəvan torpaqlarına sahib çıxana kimi. Zəngəzur, Göyçə, İrəvan Azərbaycanın bölünməz hissəsidir!
Son olaraq qeyd edim ki, “Göyçə-Zəngəzur Respublikası” adlı bir təsisatı qəbul etmirik, bunun uydurma informasiyadan başqa bir şey olmadığını da bildiririk.

Almaz Ülvi Binnətova
Filologiya elmləri doktoru
19-09-2022, 21:26

“Qanlı Xına”

Aytac QAYIBOVA


“Qanlı Xına”
“Ağbulaq kəndinin sayılıb seçilən ağsaqqalları çox idi, amma Nüsrət kişinin nə sözündən– söhbətindən, nə də hekayələrindən doymaq olardı. Elə ki, yaz gəldi uşaqlı, cavanlı, qocalı hər kəs onun həyətindəki Salxım ağacının altına toplaşardı. Hər axşam ev-eşiyini rahatlayan insanlar gecə yarıya kimi buradaca oturar gah söhbət edər, gah da hekayə dinləyərdi. O vaxtacan ki, yarpaqlar xəzan olub tökülərdi yollara, sazaqlar düşərdi onda hər kəs damının altına, ocağının başına yığılardı. Qonum-qonşu yığılan kimi Nüsrət kişinin arvadı Mələk qarı mis çaydanı ilə cehizlik samovarını gətirər həyətdə ocaq çatar çay qoyardı. Bir gün uşaqlara nağıl danışar, bir gün böyüklərə keçmiş əhvalatlardan deyərdi. Amma çox vaxt başına yığışan gənclərə öyüd– nəsihət götürsünlər deyə olub keçənləri rəvayət edərdi. Hələ çox kiçik idim, amma yadıma gəlir, bir dəfə iyun ayı idi, qızmar günəş batandan sonra yenə yığılıb Nüsrət kişinin həyətindəki Salxım ağacının altına getmişdik. Nüsrət kişi həmişəki kimi kilimini torpağın üstünə sərmişdi, sonra da dəsmalını başına sərib üstündən də panamasını keçirtmişdi. Onu görəndə bizi gülmək tuturdu. Həmin dəqiqə analarımız ətimizi cimcikləyər, atalarımız gözlərini bərəldər, yaşlılar da başını bulayardı. O vaxtı bunun mənasını başa düşmürdüm . İndi o günləri xatırlayanda anlamsız gördüyüm hər şeyə bir anlam yükləyirəm. Həmin gecə mənim bütün həyatımı, dünyaya baxış bucağımı dəyişmişdi. Nüsrət kişi yeddi yaşındakı bir oğlan uşağını bircə gecədə böyütmüşdü. Əli və Əsmər...
Həə, sanki, Nüsrət kişi həmin gecə qocaları uşaq, uşaqları yetkin, yetkinləri isə gənc etmişdi. Axşamüstü danışmağa başladığı bu əhvalat gecə saat ikiyə kimi davam etmişdi...
“O vaxtı Mirzə dayının doqquz qızdan sonra bir oğlu doğulmuşdu . Mirzə dayı yaman sevinmişdi, amma sevinci gözündəcə donub qalmışdı. Arvadı Sənəm ömrünü oğluna bağışlayıb, oğlunu qucağına ala bilməmiş bu dünyadan köçüb getmişdi. Kişinin arvadına o qədər ürəyi yanmışdı ki , 40-ı çıxana kimi bircə dəfə də oğlunu qucağına götürməmişdi. Uşağı böyük qızı Səmayə saxlayırdı. Hələ heç adı da qoyulmamışdı. Kişi Allahdan aşağı arvadının ölümündə oğlunu günahkar görürdü. Kəndin baş bilənləri yığışıb Mirzə dayının qapısına getmişdi, xeyli nəsihətdən sonra oğlunu ilk dəfə qucağına almışdı. Elə həmin gün də adını Əli qoymuşdu. Əlini beş– altı yaşına kimi böyük bacıları Səmayə, Rübabə, Dilrüba saxlamışdı. Sonra hərəsi bir kəndə gəlin getmişdi. Ən axıra Dilbərlə Ceyran qalmışdı.
Mirzə dayının səkkiz qızı Kəlbəcərin ayrı-ayrı kəndlərinə köçmüşdülər. Bircə Dilbər Ağbulaqda qalmışdı.
O, da aşıq Camalın oğlu Kərəmə ərə getmişdi. Dilbər həm ata evinə yaxın olsun istəmişdi, həm də elinə bağlıydı. Mirzə dayı qocalıb əldən düşmüşdü. Əli də böyüyüb cavan oğlan olmuşdu. Amma on altı, on yeddi yaşı olandan havalı gəzirdi. Azdan çoxdan hamı başa düşürdü ki, Əlinin ürəyinə məhəbbət düşüb. Sən demə falçı Kövsərin qızı Əsmərə aşiq olubmuş. İki, üç il gizlədə bilsələr də Əlinin əsgərlik vaxtı çatanda aləm bir-birinə dəydi. Mirzə dayı daşı atdı başını altına tutdu ki, mən onun qızına elçi getmərəm. Əli yazıq da qaldı naçar. Bir yandan atası iki ayağını bir başmağa dirəmişdi, elçi getmirdi. Digər yandan da çağırış gəlmişdi, yubatmaq olmazdı. Sən demə o vaxt qızın anası falçı Kövsər Mirzə dayıdan kəsirmiş (Xoşu gəlirmiş). Mirzə dayı Sənəmlə evlənməsin deyə bütün günü cadu edirmiş. Amma anası bunu kor İbada ərə verib deyə ondan bəri bunlara kin saxlayırmış. Əlinin getmək vaxtı çatmışdı, axırıncı dəfə Əsmərlə həmişə görüşdükləri İsa bulağında görüşdülər. Əhd-peyman etdilər ki ayrılmayacaqlar. Əli çıxdı getdi əsgərliyə, Əsmər də kənddə qaldı. Elə Əli təzəcə getmişdi ki, bir də gördük falçı Kövsər Əsmərdən gizli qızı dehləyib (hə vermək). Əsməri zornan Kürd İlyasa ərə verib qonşu kəndə yola saldılar. Əli gələndə Əsmərin bir oğlu olmuşdu, adını da Arslan qoymuşdular. Əli gələndə lələni köçmüş,yurdu qalmış görəndə az qalsın havalanmışdı. Tüfəngi götürüb kənddən çıxan ərəfə atam Zaman kişi qabağını kəsib: “Əli, biz kişiyik! Özgə arvadına baxmaq kişi işi deyil. Əsmər başqa adamın halalıdı. Sənə yaraşmaz!”– demişdi. Əli də tüfəngi yerə tullayıb elə həmin günü kəntdən biryolluq çıxmışdı. Aradan neçə il keçdi bilmədim. Bir gün kəndə xəbər yayıldı ki, Kürd İlyası quldurlar basıb, sonra da dərənin dibində tüfənglə öldürüblər. Ona görə də Əsmər oğlunu da götürüb gəlib atası evində yaşayır. Bu hadisədən dörd– beş il əvvəl Əsmərin atası , anası rəhmətə getmişdi. Yurdları boş qalmışdı. Əsmər ərə gedəndən sonra çox dəyişmişdi. Çöhrəsi solmuş, bənzi çökmüşdü. Allahdan gizlin deyil, bəndədən nə gizlin qalsın, onu bu günə Əlinin dərdi salmışdı. Oğlu Arslan heç Kürd İlyasa oxşamırdı. Mərd, igid, yaraşıqlı bir oğlan olmuşdu. Həmin il əsgərliyini çəkib təzəcə qayıtmışdı. O il ki, on doqquz ildən sonra Əli kəndə gəlmişdi...
Kəndin mərkəzində Qərib Asdanın köhnə bir çayxanası vardı, kəndin kişiləri yığışıb arada nərd oynayıb, söhbət edərdik.
Yad bir adam gəlib salam verəndə başımı qaldırıb üzünə baxsam da onda Əlini tanıya bilməmişdim. Handan-hana bildik ki, bu, Mirzə dayının oğlu Əlidi. Salamlaşıb, görüşəndən sonra bir xeyli söhbət etdik. Sonra ikimiz bir yerdə durduq. Mirzə dayının evi ilə bizim evimizin arasında məsafə az olduğu üçün bir yerdə yeriməyə başladıq. Elə ki, gəlib falçı Kövsərin yurdunun qabağına çatdıq, qəfildən yadıma düşdü ki, Əsmər burada qalır.
Sonra öz-özümə fikirləşdim ki, əşşi gör üstündən neçə il keçib Əli hara Əsmər hara. Amma gəlib onların məhləsinin yanına çatanda çönüb Əliyə baxdım. İlahi, adam adamı necə sevərmiş, necə həsrət qalarmış. O boyda kişinin gözləri dolu-dolu qapı-bacaya baxırdı. Elə həmin vaxtı əlindəki unlu süfrəylə, ələyi çırpmaq üçün çölə çıxan Əsmər Əlini görən kimi əlindəkilər yerə töküldü. İkisi də özlərini itirmişdi. Kənardan elə bil tamaşaya baxırdım.
Ev-eşik yiyəsi olan yekə kişi, bir oğul anası olan qadın yox, elə o vaxt ki, bir cüt aşiq qabağımda durmuşdu. Hərəsinin gözündən bir damcı düşdü, başqa da bir-birlərinə heçnə demədilər. Keçib yola davam etdik , Əlinin səsinin titrəyişi bu gün də qulağımdan getməz. “Bədbəxt oğlu bu neçə ildə gör nələr çəkib”–deyə ürəyimdən keçirtdim. Yol boyu söhbət etdik, Əsmərin necə gəlin getdiyindən, necə oğlu ilə burda qalmağa başladığına kimi hər şeyi ona danışdım. Birdən meşə tərəfdən Əsmərin oğlu Arslan ilə bir qız yola çıxdılar. Elə danışdığım yerdəcə Əli sözümü kəsib, Hicran, deyə səsləndi. Əvvəlcə hamımız çaş-baş qaldıq. Sən demə, Əli kənddən çıxandan sonra Bakıya gedib, orda Leyla adında bir həkim ilə qonşu imiş. Həmin vaxtlar Leyla hamiləymiş amma uşağın atası, qızın nişanlısı avtomobil qəzasında ölüb. Buradan gedəndən sonra Əli 1 il xəstəxanada ürəyindən müalicə alıb. Qəfil tutmalar, ürəkgetmələri əmələ gəlibmiş. Leyla ilə də elə dost olublar. Uşağı dünyaya gətirdikdən sonra Leyla ölüb. Qızını Əliyə əmanət edib. Biçarə Əli öz taleyini bu körpə yaşasın deyə əmanətə sahib çıxıb. Əlinin də anası onu doğanda ölmüşdü , axı . Uşağın adını Hicran qoyub, öz balası kimi böyüdüb. İlk dəfə kəndi görən qız da gəzmək üçün İsa Bulağına tərəf çıxıb, Allahın yazdığı yazıya nə pozu, gəl burda Arslanla qabaqlaş...
Əli Arslanı görəndə necə oldusa qucaqladı. Arslan anasının keçmişini, yarımçıq qalan arzularını bilirdi. Həmişə də özünü günahlandırırdı. Əli onu görəndə hiss etdiyi qəribə doğmalığı ,elə bil,Arslan da hiss etmişdi . Amma Hicrana qarşı hiss etdikləri daha dəriniymiş sən demə...
Aradan cəmi bir neçə gün keçmişdi. Bir də gördüm Arslan gəlib yanıma, xahiş etdi ki, ağsaqqallıq edib, bir neçə adamla Hicrana elçi gedək. Əslində mən fikirləşirdim ki, bu iş baş tutmaz.
Amma Əli də, Əsmər də cavanlara razılıq vermişdi. Özləri bir gün görməsə də yəqin istəmişlər ki, övladları xoşbəxt olsun. Əsmər Hicrana öz qızı kimi davranırdı. Arslan da Əlinin hörmətini saxlayar, nə məsləhət görsə əməl edərdi. Hicran ağıllı, sakit təbiətli bir qızıydı. Əli ona yaxşı tərbiyə vermişdi, baxan kimi bəlli olurdu. Üzükləri cavanlara taxmışlar. Toyu da əl-ayaq yığılandan sonra payıza tərəf eləmək məsləhət görülmüşdü. 1992-nin ən ağır günləri gəlib çatmışdı. Qonşu rayonların çoxu işğal altına düşmüşdü. Neçə ev, neçə ocaq sönmüşdü.
Ah-nalə az qala yeri-göyü yandırırdı. Arslan kim nə dedisə eşitməyib könüllü döyüşə getdi. Toya hazırlaşan vaxtı müharibənin başlamağı neçə gənci, ailəni nakam qoymuşdu. Hicran da barmağındakı üzüklə viran qalmış yollara baxa-baxa qalmışdı. Arslan da getməmiş Hicranı son dəfə İsa Bulağına aparıbmış. Hicran Arslan gedəndən sonra söz arası bunu dedi. Elə həmin dəqiqə Əsmər də, Əli də, mən də quruyub bir-birimizin üzünə baxdıq. Elə bil, o gün illər əvvələ qayıtdıq. Axı, Əli əsgərliyə gedəndə Əsməriylə orada vidalaşmışdı. Hicran bunu bilmirdi, bilsə, bəlkə də, Arslanı ora getməyə qoymazdı, bəlkə də, xurafatlara inanmayıb yenə də gedərdi. Əsmərin yadına düşəndə ürəyi üzülürdü.
İsa Bulağına gedən aşiqlər heç vaxt yarımamışdı. Orada qısa müddətlik nəzərdə tutulan ayrılıqlar ömürlük xitam verirdi arzulara, xəyallara....
Gecə saat üç - dörd olardı ki, qapının döyülməsi ilə örtüdən sıçramışdım. Başa düşmüşdüm ki, bu vaxtın gələni xeyrə gəlməyib. Qapını açanda Əli beli bükülmüş vəziyyətdə yerə çökdü. O saatda bütün kənd oyanmışdı. Kəndimiz Şəhid qarşılamalıydı o sabah...
Arslan Şuşada gedən ağır, qeyri-bərabər döyüşlərdə yaralanan yoldaşlarını döyüş meydanından çıxararkən Şəhid olmuşdu. Karvan ağır-ağır yola düşən kimi, tabut da ağır-ağır kəndə yaxınlaşırdı. Əsmərin artıq səsi batmışdı. Əli indi oğul dağı görmüşdü. Hicran tabut gələndə üzə çıxdı. Son dəfə görsünlər deyə Arslanın üzünü açdılar. Sanki, üzünə nur çilənmişdi. Təbəssüm dodaqlarında qalmışdı. Elə bil, son nəfəsində yarı gözlərinə görünmüşdü. Elə bil, sevincək ruhu göylərə köçmüşdü. Hicran Arslanı gördükdən sonra əlini saçlarına atıb elə yolmuşdu ki, kəndin dilsiz quşları da həmin an dilə gəlmişdi. Yolduğu saçlarını Arslanın ovcuna basmışdı. Tabutu bağlamaq istəyəndə o vaxtacan dil açıb danışmayan Hicran hamını susdurdu. Əsmərə tərəf gedib, əllərini açdı. “Xınamızı yax, ana. Xınasız getməsin Arslan..” deyib Əsmərin ayağına düşdü...
Yekə kişilər də indi uşaq kimi ağlayırdı. Əsmər indi həm oğul, həm qız, həm də Şəhid anasıydı.
Övlad toyu üçün aldığı, saxladığı xınanı göz yaşıyla isladıb gətirmişdi. Əvvəl Hicranın sonra da Arslanın ovuclarına xınanı yaxmışdı... Bu xına başqa xına idi, Şəhid xınası idi bu xına. Bu xınadan başqa heç kim yaxa bilməzdi, heç kim onlar kimi nakam qalmaq istəməzdi. Şəhid dəfnində nalələr ərşə qalxmışdı , bir də əsgər yoldaşlarının göyə sıxdığı güllələr...
O gün əsgərlər məzarın başında qisas üçün and içmişdi. Hicran isə sadəcə Arslan üçün yarandığına və sadəcə ona aid qalacağına and içmişdi. İsa Bulağı Hicranın gözünün düşməni olmuşdu. Halbuki ilk dəfə Arslanı orada görmüşdü, orda sevmişdi və son dəfə orda qucaqlayıb, vətənin köksünə yola salmışdı. Hicran sevgisindən üstün idi vətən sevgisi. İndi Hicran da mamır olub Arslan gəzən qayalara naxış vuracaqdı. Əli də Əsmər də çox dözə bilməmişdi. Onsuz da özləri bir gün görməmişdilər. Balalarının da belə bədbəxt olmağı onlara dağ çəkmişdi. Doqquz gün fasilə ilə əvvəl Əli sonra da Əsmər canlarını tapşırmışdılar. Hicran indi tək qalmışdı. O onsuz da Arslandan sonra tək idi. Nə danışmazdı,nə də dinməzdi. Əvvəllər hər gün Arslanın məzarına gedən ağlayıb, ağlayıb qayıdardı. Bəzən də orda yatıb qalardı. Kənddə bir-birini sevən bütün gənclərə gecə səhərə qədər yatmayıb dualar etdiyi düymələri verərdi. Onlar yarımçıq qalıb, başqaları qovuşsun istəyərdi. Düymə verdiyi gənclər də Hicranla bərabər, onun taleyinə ağlayırdı. Sonra gedib Arslanın məzarını ziyarət edərdilər. Hicranın düymələri hər gün çoxalırdı. Hər kəs xoşbəxt olsun istəyərdi. Hər qovuşan gənci görəndə bir düymə də saçlarına bağlayardı.Amma həyat bunu da çox gördü o yetimə. Eh, sizin yadınıza gəlməz, balalar. Fəlakət bizdən yan keçməmişdi.
Mənfur düşmənlər bizim torpaqlarımızı da işğal etdi. 1993- də Ağbulaq da mənfur tapdağında qaldı. Köçüb hərə bir yana dağılırdı. Hicran o vaxtlar havalanmışdı. İndi təsəlli yeri Şəhid məzarı da olmayacaqdı. Hicran Arslanı qoyub gedə bilməzdi. Uğrunda canından keçdiyi torpağına düşmən ayaq açanda onun sevdiyi qadın qaça bilməzdi. Arslan qana-qan, qisasa-qisas almışdı. Arslan Şəhid olmuşdu. Onun məzarı düşmən ayağı altında qalarkən, onun nişanlısı qaçıb canını qurtarmağa çalışmazdı. Hicran onsuz da Arslan dəfn edilən günü ölmüşdü. Sadəcə gözləri açıq viranə dünyada dolanırdı. Son dəfə təpədəki məzarın yanına çıxmışdı. Yenə əllərində xına vardı. Köç düşüb biz gedən vaxtı ona bir güllə dəydi...
Hicranın qanı elə Arslanın qəbrinin üstünə töküldü. İndi ovuclarındakı qurumuş xınanı isladan göz yaşı deyil, qan idi. Düşmən göz açmağa imkan verməmişdi. Günü bu gün də peşmanlıq çəkirəm. Kaş, o gün qayıdıb Hicranı dəfn edə bilsəydim.
Kaş, cəsədi tapdağ altında qalmasaydı. İllər keçib üstündən hələ də özümü bağışlaya bilmirəm. Əlinin Əsmər hicranından qoyduğu Hicran adı dördünü də illər sonra yandırmışdı. Dörd aşiqin alovu bir bulağın suyunu qurutmuşdu. İndi mən də o bulaq kimi quruyub, bitmişəm...”
Bax belə, Nüsrət kişinin son danışdığı əhvalat bu oldu. O, da bu həyatdan köçdü getdi. İndi mən özüm yekə kişiyəm amma hələ də o ağrını, acizliyi hiss edirəm. Həə, bax belə. Cavan qız, sənin qarşında uzun yollar var. Çalış hər əhvalat səni gələcəyə aparsın. Keçmişinə heç zaman əsir qalma. Bir də çalış heç zaman nə Əsmər, nə də Hicran olma. Çalış axtaran yox, axtarılan olasan. Bir də, böyü, indi balacasan, bir gün gələcək böyük qız olacaqsan.
İndi kiçik müsahibələrin sənə işıq tutsun, o gün gələndə sən özün günəş kimi parlayacaqsan...”
Aytac QAYIBOVA
19-09-2022, 07:39
"Nur ocağı" Aslan Şirəlioğlunun şeirlərini təqdim edir:

"Nur ocağı" Aslan Şirəlioğlunun şeirlərini təqdim edir:

Qartlanıb-yalanıb, döyükür əlik,
Dağ-daş eşq tamsınır:- yaza bax, yaza!
Çayda ördək çimir, cülyədə kəklik,
Göldə baş oynadan qaza bax, qaza!

Jalələr çöllərə qığılcım saçıb,
Bülbüllər görünmür, böcəklər qaçıb.
Geyib sırğasını mehə döş açıb,
Şehli çəmənlərdə naza bax, naza!

Dağlar bənövşəni çoxdan qoxuyub,
Sevənlər eşqiylə nələr oxuyub.
Gecənin alvızı qırov toxuyub,
Bulağın üzündə buza bax, buza!

Dumanın zirvəylə sazdı arası,
Ruzi-bərəkətdir ağı-qarası.
Qurtarmır aylarla qaysaq yarası,
Təşnə dodaqlarda duza bax, duza!

Qəlbə eşq odunu təbiət əkir,
Yaz gəldi aşiqlər, eh, nələr çəkir.
Ay Aslan, yerimir, yerində səkir,
Elə bil mələkdir:- qıza bax, qıza!

Qocaldım
Bəxtim qələm çəkdi, ay Cümşüd Əli,
Vaxtsız viran qoydu bağı, qocaldım!
Çatdı tonqalları talemin əli,
Dağladı gözümdə yağı, qocaldım!

Övlad çəmənində gülşəndi yazım,
Kökdən kök alırdı "Cəngi"yə sazım.
Əmin-amanlıqdı eşqim, avazım,
Ömrümün ən gözəl çağı, qocaldım!

Vurub mizrabını həyat ahəstə,
Dağ çəkdi sinəmə dağı dağ üstə.
Dözmədi bu dərdə Aslan tək xəstə,
Göyərtdim sinəmdə dağı, qocaldım!

Yaxşı adamlar
Qoruyun dünyanı alovdan-oddan,
Ay yaxşı adamlar, yaxşı adamlar!
Qoruyun yaxından, qoruyun yaddan,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ağıllar sapanda çilikdi... bilin,
Nəfislər çəkdiyi ilikdi... bilin.
Hər dərdin dərmanı bilikdi... bilin,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ocağa su tökün, odu söndürün,
Qanadlı şahmarı görədən endirin,
Allahı sevəni taxta mindirin,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ömrə zinət bilək haqqın səsini,
Ondan ayırmayaq sülh kəlməsini.
Yığışaq... oxuyaq eşq nəğməsini,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Məhəl qoyan yoxdur doğruya, düzə.
Haqqı şapalaq tək vururlar üzə.
Təbiət əl açıb, yalvarır bizə,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Dünya

Qəti arası yox yaxşılıq ilə,
Yamanlıq etməyə yamandı dünya!
Qəlbən güldürməyib bir kəsi hələ,
Fəryaddı, nalədi, amandı dünya!

İnsanı əridir əzab peçində,
Yenilik axtarır o öz köçündə.
Zülmət qaranlıqdır nurun içində,
Çisəkdi, çisgindi, dumandı dünya!

Düzün qamətinə gəzdirir rəndə:-
Çökür yal verən də, yala hürən də.
Qaçıb-daldeylənir pullu görəndə,
Kasıba dörd əlli cumandı dünya!

Nişanda saxlayır kaman-yayını,
Tülküyə qorxudur şiri, ayını.
İkiqat eyləyib varlı payını,
Yetimin payından umandı dünya!

Aslan, qiymət qoyub daşa-kəsəyə,
Qoymaz özgə əli girsin kisəyə.
Qanmaza seyrangah, qanan kimsəyə,
Arzudu, ümiddi, gümandı dünya!

Gələn keçir bu dünyanın düzündən,
Gələn... keçən... doymur nurlu üzündən.
Bir tamahın umacağı yüzündən,
Di, gəl, sığmır iki qarpız bir ələ!
Gözümüzdə noya dönüb qan Ləki,
Nəfsimizin tutumuna yox çəki.
Bir yürüşə almaq olar, di, gəl ki,
Yemək olmaz bu dünyanı bir ələ!
Taleyinə boyun əymir hər kişi,
İrdələnir, xırdalanmır ər kişi.
A şəmkirli, görəcəyin bir işi,
Ağıl ilə yüz qarışdır, bir ələ!

Vətən
Nərgizlə bənövşə verib əl-ələ,
Bağrımın başını taladı, vətən!
O vətən gülləri təbəssüm ilə,
Gözümün şehini yaladı, vətən!

Çox güllər gül açıb, çox güllər solub,
Bu axar-baxardan çox qəlblər dolub.
Həsrətim könlümdə od-atəş olub,
İçimdə tonqallar qaladı, vətən!

Həsrət çuxasını yoluma sərdi:-
Bax, belə çöysüdür ah-aman mərdi.
Gözümün suyunu el-oba dərdi,
Çay kimi yaxama caladı, vətən!

Bənövşə
"Qaraboyun", "Duzlu bulaq", "Sarı yal",
Çıraq tutur yollarıma, bənövşə!
Kəhər olub o yollarda ta xəyal,
Tez-tez dönnəm ellərimə, bənövşə!

Gildən-qumdan yağış tökmüş xamırdan,
Göl hörürəm, kərpic tutub çamırdan.
Daş üstündə duman doğan mamırdan,
Xına vurram əllərimə, bənövşə!

Vətən... deyib, həsrətimdən pörtürəm,
Nəyi varsa gözlərimə dürtürəm.
Amalımla çöl-çəməni örtürəm,
Yad baxmasın güllərimə, bənövşə!

Qoşa yandı könlümüz də eşq sacı,
Onun tamı gah dərd daddı, gah acı.
Gənclik adlı həm anasan, həm bacı,
O sevdalı illərimə, bənövşə!

Məətdələm çən toxumuş çərtinə,
İstəyirsən:- Aslan ölsün xətrinə.
Könlüm-gözüm heyran qalıb ətrinə,
Yaraşıqsan çöllərimə, bənövşə!

Eşitmişəm ki
Var-dövlət, şan-şöhrət, mal-mülk sarıdan,
Bəxtinə gün düşüb... eşitmişəm ki!
Adlayıb o üzə ömür yarıdan,
Saçına dən düşüb... eşitmişəm ki!

Vara meyilliydin o vaxtdan hələ,
Eşqə yox, çatmısan qızıla, lələ.
Hər saat gəlməyir arzu-kam ələ,
Qismətin tən düşüb... eşitmişəm ki!

Deyirlər:- evdə bir, yataqda yadsız...
Belə sevgi olar? Vüsalı dadsız...
Səni hayıf etdi bir könlü odsuz,
Eşqinə çən düşüb... eşitmişəm ki!

Özünü yandırır içindəki köz,
Əriyir o odda arzular göz-göz.
Xoşbəxtlik... deyilən o uydurma söz,
Evindən gen düşüb... eşitmişəm ki!

Biz sevişən zaman talemiz yardı,
Hayıf o günlərə... nə günlər vardı.
Aslanla olsaydı, xoşbəxt olardı:-
Ellərə ün düşüb... eşitmişəm ki!

İnsan oğlu! Salam olsun...xoş gördük..
Söylə,hanı bu dünyanı quranlar?
Taxtı-tacı muzeylərdə boş gördük,
İtib-batıb keşiyində duranlar!
Xurcun edib yaqut-lələ qoynunu,
De kim pozub Əzrayılın oynunu?
Verib çərxin qılıncına boynunu,
Bir zərbəyə yeddi boyun vuranlar!
Çox ağıllar tamahlara sarıldı,
Çox tamahlar yeddi yerə cırıldı.
Saxsı qabtək məqamında qırıldı,
At oynadıb, millətləri qıranlar!
Boran demə haray çəkən hər yelə,
Duruşundan qürur verir dağ selə.
Bir geri dön, keçmişə bax, qəşş elə,
Zamanına xəcalətdir fironlar!
A Şəmkirli, tutduğumuz nə yoldu?
Ah-amanla bu yolumuz hey doldu.
Dar məzarda ilanlara yem oldu,
Haqq-divanın üz-gözünü cıranlar!

Gözüm baxır gözünə,
Gözümdə duman köçü!
Üzüm dəyir üzünə,
Üzümdə iman köçü!

Sevgimizdə yox uğur,
Məni göz yaşım boğur.
Ahdan arzular doğur,
Arzular güman köçü!

Xəyalım sənə qaçır,
"Bəlkələr" şölə saçır.
Ümidim çiçək açır,
Qımışır zaman köçü!

Tuta
Yasamala qonaq olam,
Zirvə məni yelə tuta!
İldırımlar od-alova,
Ağ buludlar selə tuta!

Heyran qalam bağça-bağa,
Sevincimdən dönəm dağa.
Yal-yamaclar quzqulağa,
Göy çəmənlər gülə tuta!

Hər yan bülbül, hər tərəf qu,
Möcüzədir duyana bu.
Elə biləm Leylidi su:-
Əllərimdən elə tuta!

Xatirimdə nələr, nələr,
Duyan könül səssiz mələr.
Səhər tezdən al lalələr,
Gözlərimi lələ tuta!

Arzularım aşıb daşa,
Fərəhindən ürək coşa,
Aslan dönüb cavanlaşa,
Bənövşəni dilə tuta!

Mübariz
Qeyrət təcəssümü, kişilik rəmzi,
Babəklər başlamış yoldu Mübariz!
Sanki, aldadırlar nağıllar bizi,
Koroğlu timsallı qoldu Mübariz!

Kim deyir:- o ulduz əbədi söndü?
Gəncliyin önündə nur saçan yöndü!
Göylərin bağında şəfəqə döndü,
Şərəftək qəlblərə doldu Mübariz!

Dünyanı mat qoydu o, biliyiylə:-
Sağaltdı vətəni öz iliyiylə!
Dönüb tarixləşdi ölməzliyiylə,
Torpağa yeni gen saldı Mübariz!

Tərki silah etdi, dağı:- düşməndən,
Aldı zor gücünə, bağı:- düşməndən!
Nanəcib... naxələf... yağı düşməndən,
Qisası birə yüz aldı Mübariz!

Aslan, o igidin yox daha dərdi,
Uçub səmalara, göylərdə ərdi!
Bu tarix deyilən gəldi gedərdi,
Zamanın yadında qaldı Mübariz!

Eşq
(Nizami Qəribə)
Məndən başlamışdı, məndə də öldü,
Di, gəl, kimliyimi bilmədi ha eşq!
Çənli ürəklərdə qəşş edib güldü,
Bircə yol üzümdə gülmədi ha eşq!

Ayrılığı əzab, həsrəti quduz,
Sevilən qəlblərə buz bağladı, buz.
Sevənin gözündə cilalandı duz,
Kiminsə gözünü silmədi ha eşq!

Çökdü var-dövlətə, əyildi taca,
Heç meyil salmadı Aslantək aca.
Odlunu odladı öz odundaca,
Odsuz ürəklərə gəlmədi ha eşq!

Demirəm
Yasamalın yoxuşu var, bərki var,
Qayasının dağalını demirəm!
Palıdının əzəməti, ərki var,
Moruğunun cığalını demirəm!

Zatdan bəlli övladının kimliyi,
Arxaclara yaraşıqdır əmliyi.
Can dərmanı qulançarı, yemliyi,
Zırnıcını, zoğalını demirəm!

Dəmyə bitir yolotusu, çüyüdü,
Həyat dərsi ahılının öyüdü.
Elə bil ki, ağ gəlindi söyüdü,
Göyrücünün sığalını demirəm!

"Dəlisi" var, "dolusu" var, nayı yox,
Dağ jaləsi gözəlinin tayı yox.
Toy-düyündə yeməyinin sayı yox,
Kətəsini, qoğalını demirəm!

Torpağında həm gül bitir, həm çayır,
Aslan onsuz saat güdür, gün sayır.
Yetimi də ağa kimi yaşayır,
Dədəlini, qağalını demirəm!

Uzaqda
Gözlərimdən neçə qızın baxışı,
Od götürüb... odu məndən uzaqda!
Ürəyimi viran qoymuş gözəl də,
Ev-eşikdir, odu... məndən uzaqda!

Boy-buxunmu, ərk-ədamı öyən qız,
Vücudumu nəzəriylə yeyən qız.
Sənsiz mənə həyat yoxdur, deyən qız,
Xoşbəxt edib yadı məndən uzaqda!

Nadan dərdi bəhrəsini budağın,
Ahlar qopdu ağrısından bu dağın.
Mən öpməyə qıymadığım dodağın,
Ağız büzür dadı məndən uzaqda!

Hoqqasına mat qalmışam fələyin,
Ürəyimdə düyünlədi kələyin.
Mən:- Leyli tək tanıdığım mələyin,
Ana candır... adı məndən uzaqda!

Zülüm-zillət içindəyəm mən düzü,
Gəlmir, Aslan, bu zillətin gündüzü.
Mənimlədir ömrün-günün bəd üzü,
İtgin düşüb şadı məndən uzaqda!

OLA BİLMƏZ
Arzu mənbəyidir eşqin, həvəsin,
İnsanın ürəyi boş ola bilməz!
Xalqın taleyini düşünən kəsin,
Güzarı bircə gün xoş ola bilməz!

Hər qamçı tutana verilmir yüyən,
Olmur ev qonağı hər qapı döyən.
Namərdlər önündə özünü öyən,
Kişi məclisində baş ola bilməz!

Ərənlər yoludu Aslanın yolu,
Zaman da bəyənmir savadsız qulu.
Qəlbi bədxaqlıqla,nifrətlə dolu,
Haqqın dərgahına tuş ola bilməz!

Özümün özümə məktubum...
Gözlünü kor gördüm, duyğulunu lal,
Cəmiyyət yolunu azanda, Aslan!
Tamlı ağızlarda zəhər oldu bal,
Pul eşq dastanını yazanda, Aslan!

Başlara yük olur idrakın vədi,
Bax, onda axtarır insanlar bədi.
Nəfislər dünyanı talayıb-yedi,
Ağıllar qaynadı qazanda, Aslan!

Tutduğun bir işin öyrən içini,
Qoyun qiymətinə satma keçini,
Yoxla yaxşı-yaxşı ölçü-biçini,
Yada dərin quyu qazanda, Aslan!

Reallaşa ürəyimin gümanı:-
Haraylıya Yasamalım məni... offf!
Sis kürkümə əl gəzdirə dumanı,
Kipriyimə muncuq düzə çəni... offf!

Sığırçını döşü ağlı, qaralı,
"Şur" başlıya kəklik xeyli aralı.
Dərəsində bürkülənə maralı,
Düzənində dalğalana dəni... offf!

Məhəbbətlə qarşılaya o bizi,
Didib-tökə kol əyini, daş dizi.
Ay şəmkirli, sinə aça nərgizi,
Bənövşəsi naza tuta səni... offf!


Kəlağayım! Mat qoymusan dünyanı,
Tarixlərə güzgü tutan dilimsən!
Zövqün ilə üz ürəyi, al canı,
Daş üstündə çəmənimsən, gülümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Ay belində "at oynatmaq"... qeyrətin,
Əllər çatmaz vüqarındır heyrətin.
Türk qızını bəzəməkdi niyyətin,
Könül açan, göz oxşayan ləlimsən!
Tarixlərə güzgü tutan dilimsən!

Xalqımıza əmanətsən Qorquddan,
Adlamısan çox alovdan, çox oddan,
Yurdlarını kim çıxarar, kim... yaddan?
Oğuz-türkmən, nanay-qaşqay elimsən!
Tarixlərə güzgü tutan dilimsən!

Üzülmədin Araz səni böləndə,
Vətən... deyib, Babəklərin öləndə.
Nə də yadlar:- qəşş eliyib, güləndə,
Uzanırsan Təbriz-Bakı:- çölümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Örpəklərin sultanısan, xanısan,
Tomrislərin qan oynadan qanısan.
Türk qızının canlar alan canısan,
Qoynu büllur... Xəzər adlı gölümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Aslan Şirəlioğlu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!