Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
21-08-2018, 05:57
[i]Ərdəbildə keçirilmiş “Şah İsmayıl Xətai və Aşıq Qurbani” festivalından aldığım təəssüratlar barədə qeydlər


Möhtərəm oxuculara Ərbəbildə keçiriləcək (29-30 iyul 2018-ci il) “Şah İsmayıl Xətai və Aşıq Qurbani” festivalı barədə məlumat vermişdik. Adıçəkilən möhtəşəm və mötəbər tədbir elə həmin günlərdə keçirildi. Tədbirə Azərbaycan aşıqları da qatılmışdı. Nümayəndə heyətinə Əməkdar Mədəniyyət işçisi aşıq-balabançı Sərdar Məmmədov, aşıqlardan Mehdi Məsimov, Elman Mehdiyev, Amil Dadaşov, balabançı Mail İsmayılov, nağara ustası Eldəniz Şeydayev, qoşa nağara ustası Vəzirxan Tağıyev, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və bu sətirlərin müəllifi, “Bütöv Azərbaycan” qəzetinin şöbə müdiri Hüseyn Məmmədov daxil idi. Bizi - “I Qurbani Festivalına dəvətliləri İran gömrük məntəqəsində İran Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eləcə də Ərdəbil şəhərinin bələdiyyə başçısı xoş ovqatla, gül-çiçəklə qarşıladılar. Biləsuvar (İran) - Ərbəbil bələdiyyəsinin başqanı möhtərəm Həsən Qubadi hamımızla görüşüb, bizə ehtiramla “xoş gəldiniz” söylədi.
Ayın 29-da tədbir başladı. Biləsuvar (İran) Mədəniyyət İdarəsinin müdir müavini Hüseyn Heydəri Ərdəbil şəhərində “I Qurbani festivalı”nı açıq elan etdi. Gurultulu alqışlar zalı silkələdi. Ərdəbil şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Seyid Nasir İsaqi Azərbaycan, Türkiyə və Gürcüstandan gələn qonaqları səmimiyyətlə salamladı. “Əziz festival iştirakçıları, siz öz evinizə təşrif buyurmusunuz, sizin hamınızı bu möhtəşəm tədbirdə iştirakınıza görə çox şadıq və hamınızı salamlayıram. Xətai babamızın isti ocağına xoş gəlmisiniz!” söylədi.

Ərdəbil bizi gül -  çiçəklə qarşıladı


Sonra söz İran Aşıqlar Birliyinin yaradıcısı və sədri, möhtəşəm ustad aşıq Səlcuq Şahbaziyə verildi. O da öz növbəsində müxtəlif ünvanlardan gəlib, tədbiri rövnəqləndirən Festival iştirakçılarını hərarətlə salamladı və Dirili Qurbaniyə həsr olunmuş festivalı açıq elan etdi.
Söz çıxışlarını böyük bir səbirsizlik, bir qədər də həyəcanla gözləyən aşıqlara verildi. İlkin olaraq Şirvan aşıq məktəbinin layiqli və istedadlı davamçısı aşıq Elman Mehdiyev səhnəyə çıxdı. Onu aşıq Amil Dadaşov, yastı balaban ustası Mail İsmayılov, nağara ustası Eldəniz Seydayev, qoşa nağara ifaçısı Vəzirxan Tağıyev əvəz etdilər. Ardınca şirvanlılar Dədə Qurbaninin Şah Xətaiyə həsr etdiyi “Şah Xətai, Şah Xətai” gəraylısını böyük coşqu və ilhamla tamaşaçılara təqdim etməklə, Dirili Qurbani yaradıcılığına və şəxsiyyətinə olan dərin hörmət və ehtiramlarını nümayiş etdirdilər.

Ərdəbil bizi gül -  çiçəklə qarşıladı


Növbəti dəfə səhnəyə Təbriz aşıq məktəbinin üzvləri dəvət olundular. Aşıq Arif Həmidi, Məhəmmədəli Hümməti, Əkbər Ləşgəri məharətlərini göstərdilər. Xanım aparıcı Xeyri vurğuladı ki, bu tədbirə - möhtəşəm festiavala aşıq sahəsində fəaliyyət göstərən tədqiqatçı alim və jurnalistlər də qatılıblar. Məsələn, maraqlı məqalələri ilə Azərbaycan mətbuatında mütəmadi olaraq çıxış edən jurnalist, “Bütöv Azərbaycan” qəzetinin şöbə müdiri Hüseyn Məmmədovun adını qeyd etmək istərdim. İndi də onu səhnəyə dəvət edirik. Beləliklə, alqışlar altında səhnəyə çıxdım. Ürək sözlərimi söylədim. Məndən əvvəl çıxış edən iranlı bir alimin çıxışı məni yerimdən oynatdı. O, çıxışında söylədi ki, Qurbani İranın Qaradağ mahalının Dirili kəndində anadan olub, orda da yazıb yaradıb. Mən isə öz çıxışımda ona etirazımı bildirdim və söylədim ki, Aşıq Qurbani Cəbrayıl rayonunun Dirili kəndində doğulub və orada aşıq kimi fəaliyyət göstərib. 1500-cü ildə Şah İsmayıl Xətai Şirvana hücumu zamanı aşıq Qurbani ilə tanış olur və onu sarayına dəvət edib.
Sonra çıxışımda onu da vurğuladım ki, Azərbaycanın bir çox folklorşünas alimləri, o cümlədən Salman Mümtaz, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Azad Nəbiyev, Paşa Əfəndiyev, Mürsəl Həkimov, Qara Namazov və son olaraq Qəzənfər Kazımovun apardıqları araşdırmalarda öz təsdiqini tapıb ki, Dədə Qurbani Cəbrayıl rayonunun Dirili kəndində anadan olub. Çıxışım və həqiqi faktları aşkara çıxarmağım iranlı alimi qəzəbləndirdi və o, sözümü kəsdi: Siz hansı mənbəyə əsaslanaraq söyləyirsiniz ki, Qurbani Azərbaycanda anadan olub? Cavabımda dedim ki, Azərbaycan Elmlər Akademiyasının folklorşünas alimləri bu faktı təsdiqləyiblər. Son bir neçə ildə əslən Cəbrayıl rayonundan olan professor, ensiklopedik biliyə malik olan Qəzənfər Kazımov araşdırmalarına bir daha öz möhürünü vurdu ki, Aşıq Qurbani Azərbaycan aşığı olub. Mənim son sözümdən sonra İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahabazi və təbrizli aşıq yaradıcılığı tədqiqatçısı Məzahir Təhmasib də fikrimi təsdiqlədilər ki, bəli, həqiqətən də Dədə Qurbani Cəbrayılın Dirili kəndində dünyaya gəlib.

Ərdəbil bizi gül -  çiçəklə qarşıladı


Söz yenə Azərbaycan aşıqlarına verildi. Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, aşıq-balabançı Sərdar Məmmədov və Kəlbəcər elinin yetişdirməsi aşıq Mehdi Məsimov və iranlı balabançı Xanış Abbaszadə səhnədə məharətlərini göstərdilər. Onlar Dədə Qurbaninin “Gülə-gülə” gəraylısını “Orta sarıtel” havası üstündə ifa etdilər. Onların bu çıxışı tamaşaçıların alqışını qazandı və ifaçılar təkrar səhnəyə qaytarıldı. Bu dəfə aşıq Sərdar və aşıq Mehdi “Şahsevəni” havası üstündə aşıq Qurbaninin “Dilbər” gəraylısını tamaşaçılara ərməğan etdilər. Səhnə yenə Şirvan aşıq məktəbinin yetirməsi aşıq Elman və aşıq Amilin ixtiyarına verildi və onlarla birlikdə İranın Ərdəbil vilayətinin Parsabad şəhərinin Aşıqlar Birliyinin sədri aşıq Əli Məhəmmədi aşıq Şakir Hacıyevin məşhur “Boylana-boylana” aşıq mahnısını “Şirvan şikəstəsi” üstündə ifa etdi.
Şirvan aşıqlarının bu ifasından sonra Şah İsmayıl Xətainin sarayına Şeyx Heydər Türbəsinə ziyarətə getdik. Ərdəbil Mədəniyyət və Turizm başqanı Seyid Nasir İsaqi bildirdi ki, son yüz ildə Ərdəbil şəhərində belə bir tədbir keçirilməyib. Aşıqlar sazla bu saraya daxil olmayıblar. Bu işlərin təşkilatçısı İAB-nin sədri, ustad aşıq Səlcuq Şahbazidir. Bununla da aşıq Qurbani festivalının ilk günü başa çatdı.
İyulun 30-da ikinci gün festivalının ikinci günü daha maraqlı, daha rəngarəng keçdi. Həmin festivalın səhnəsində Azərbaycandan, Türkiyədən və İran İslam Respublikasının müxtəlif bölgələrindən dəvət olunmuş 210 aşıq iştirak edirdi. Müxtəlif dəst-xəttə malik sənət adamları qonşu ölkələrdən dəvət olunmuş aşıqlar xoru “Ordubadi” havası üstündə sözləri aşıq Səlcuq Şahbazinin “Dədə Qurbani” gəraylısını ifa etdi. Həmin gün festivalın aparıcıları aşıq Səlcuq Şahbazi və şair Alışıq İbadi idi.
Açılış hissəsi Ərdəbil şəhərinin Mədəniyyət və Turizm naziri Seyid Nasir İsaqiyə həvalə olunmuşdu. Nasir İsaqi festival iştirakçılarını səmimi salamladı, sonra geniş nitq söylədi, festivalın tarixi əhəmiyyətindən söz açdı, belə tədbirlərin dövlətlər arasında mənəvi körpü rolu oynadığını dilə gətirdi. Meydan Təbriz aşıqlarına verildi. Təbriz aşıqları aşıq Arif Həmidinin başçılığı ilə Dədə Qurbaninin “Olsun” qoşmasını tamaşaçılar qarşısında nümayiş etdirdilər. Növbə “Dədə Qorqud” aşıq qrupuna yetişdi. Qrup “Haqq divanisi” havasını aşıqsevərlərə ərməğan etdi. Ustad aşıq Fərrux Mehdipurun dəstəsi də meydan suladı. Aşıqlar dəstəsi “Osmanlı divanisi”ni solo ifa etdi. Səhnəyə Qaradağ aşıqları dəvət olundu. Aşıq Cavadın başçılıq etdiyi aşıqlar “Cəlili” havası üstündə gözəl bir aşıq havası ilə yadda qaldılar. Kərəcdən təşrif buyurmuş aşıq Fərəngin dəstəsi Dədə Qurbaninin “Gəldi” qoşmasını təqdim etdi. Azərbaycan aşıqları Sərdar Məmmədov, Mehdi Məsimov və Təbriz Vəliyevi balabanda Parsabadlı Xanış Abbaszadə müşayiət edirdi. Aşıqlarımızın ifası tamaşaçıların alqışlarına səbəb oldu. Tamaşaçıların xahişi ilə təkrar səhnəyə qayıdan ifaçılar “Gilənar” mahnısı ilə səhnəni tərk etdilər. Səhnəyə qardaş Türkiyə aşıqları dəvət olundu. Aşıq Camal Kayhan bədahətən Qurbani haqqında gözəl bir qoşma ilə səhnəyə təravət gətirdi. Səhnəyə bu dəfə yeni bir nəfəs gəlir. Təbrizin ustad aşığı Əlizadənin başçılığı ilə aşıqlar səhnədə göründü. Onlar Qurbaninin “Ağacdandır” qoşmasını dilə gətirdilər. Bu da Urmiya aşıq məktəbinin ustad aşığı Hidayət Mehri. Aşıqlar dəstəsi Dədə Qurbaninin “Tab olmaz” qoşmasını yüksək məharətlə ifa etdilər. Meşgin aşıqları isə Dədə Qurbaninin “Ya Əli” qoşmasını ifa edəndən sonra tamaşaçıların alqışları salonu lərzəyə gətirdi. Aşıq Qurbaninin məşhur “Dilbər” gəraylısı Səhəndabə və Heştəri aşıqlarının, Qaradağdan, Əhərdən dəvət olunmuş aşıqlar qrupunun ifasında “Bilirəm mən” (aşıq Qurbaninin) qoşması, Parsabad aşıqlar qrupunun, Ərdəbil-Parsabad aşıqlar birliyinin rəhbəri Əli Məhəmmədinin ifasında “Olmaz” qoşması tamaşaçıları razı saldı və hərarətlə qarşılandı. Şahsevər Zərgəri aşıqlarından ibarət qrupu Dədə Qurbaninin bəstələdiyi “Şahsevəni” havası üstündə “Yaz gəldi” gəraylısı musiqisevərləri ayağa qaldırdı, gurultu alqışlar uzun müddət davam etdi. Festival isə Şirvan aşıqlarının rəngarəng çıxışları və tamaşaçıların sürəkli və ürəkdən gələn gurultulu alqış sədaları altında başa çatdı.


Ərdəbil bizi gül -  çiçəklə qarşıladı


Bir sözlə, festivalın ikinci günü də xoş ovqatla yadda qaldı. Aşıq sənəti saz-söz xiridarlarının mənəvi dünyasını xeyli zənginləşdirdi, tədbir iştirakçıları ulu Qurbaninin həyat və yaradıcılığı, yaşadığı dövr barədə bilgilərini daha da təkmilləşirdirdi. Uzaq illərin o tayından süzülərək, zəmanəmizə gəlib çatan aşıq-ozan yaradıcılığı Azərbaycan xalqı kimi əbədi yaşayacaq, insanların mənəvi dünyasına işıq saçacaq.
Üç ölkə aşıqlarının iştirakı ilə düzənlənən möhtəşəm festival böyuk uğurla başa çataraq, tarixə çevrildi. Festivalın təşkilatçıları da etiraf etdilər ki, ərdəbillilər hələ indiyə kimi belə bir mötəbər tədbirə şahidlik etməmişdilər.

P.S. İran İslam Respublikasının Aşıqlar Birliyinin yaradıcısı və sədri ustad aşıq Səlcuq Şahbazi söhbəti əsnasında bildirdi ki, payız aylarının birində ustad aşıq Dədə Şəmşirin 125 illik yubileyini Təbriz şəhərində qeyd edəcəyik.
Aşıq Səlcuq Şahbaziyə bu dəyərli, haqq işində uğurlar arzulayıram. Allah sizə yar olcun.
Bakı-Ərbəbil-Bakı.
29-30 iyul 2018.

Ərdəbil bizi gül -  çiçəklə qarşıladı


Hüseyn MƏMMƏDOV
“Bütöv Azərbaycan”nın şöbə müdiri
20-08-2018, 20:25
Başlanğıc
III hissə
Alçalmış mələk
Alçalmış mələk
12-08-2018, 14:11
Qəlbimə girməyə böyük cəsarət
Əlimdən tutmağa məhəbbət lazım.
"Demirəm, qızıldan saray tikdirsin...." - ŞEİR
5-08-2018, 16:47
Bu gun xeyalinda men yer almisam
Gozum yol cekir xeyala dalmisam
"Darıxmışam" - Təranə Məmmədzadədən yeni şeir
27-07-2018, 06:53

Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz,
Tələbəlik illəri.


Bu il iyul ayının 24-ü 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini 30 il əvvəl bitirmiş məzunlarının həyatında ən unudulmaz, ən yaddaqalan, zehinlərə əbədi həkk olunan gün idi. Həmin gün 30 il əvvəl ali məktəbə əlvida deyib, gənc müəllim kimi respublikamızın müxtəlif guşələrində müqəddəs və şərəfli müəllim kimi fəaliyyətə başlamalarından sonra yenidən bir araya gələn bir qrup tələbənin görüş dəqiqələrini təsəvvür etmək asan deyil. Görüş Bakı şəhərində “Dilan” restoranında təşkil edilmişdi. Xalq artisti, görkəmli sənətkar Elmira Rəhimovanın repertuarında özünə əbədilik qazanmış məşhur “Tələbə” mahnısının bir az şux, bir az kövrək notları altında məzunlarımızla birlikdə restorana daxil olduq. 30 il öncə 23-25 yaşında gənclər kimi bir-birimizdən ayrılmışdıq. Bu gün isə həmin gənc müəllimlərin hər biri baba, nənə idi. Müdrikləşmiş, ahıllaşmış baba, nənə. Arxada qalan illər işini görmüşdü.
Bir az sevinc, bir az təəssüf hissi ilə baxışlarımız qarşılaşır. Amma əvvəlki səmimiyyət, əvvəlki mehribançılıq nəinki səngiməyib, əksinə daha da artıb. Şirin, kövrək xatirələr dilə gəlir. Sevincdən doğan göz yaşlarını da saxlamaq mümkün deyil. Bu unudulmaz görüşü mən - Hüseyn Məmmədov tələbə dostum Nəsir Əhmədovla birgə təşkil etmişdik. İlkin olaraq bizə dərs demiş və dünyasını dəyişmiş hörmətli professor-müəllimlərimizi, o cümlədən artıq həyatda olmayan məzun tələbələrimizi xatırladıq, ruhlarına dualar oxuduq, Ulu Tanrıdan onlara rəhmət dilədik.
Tədbiri açıq elan etdik. Səftər Dadaşov hamıdan birinci çıxış etdi və belə maraqlı, unudulmaz görüşü təşkil edənlərə dərin təşəkkürünü çatdırdı. Doğrudan da belə görüşlər insanı mənən zənginləşdirir, yaşayıb-yaratmağa, həyata nikbin baxmağa, həyatın qədrini bilməyə ruhlandırır.
Söz alan Vidadi Süleymanovun xəyalları tələbəlik illərinə pərvazlandı. O illərə ekskurs etdi. O əlçatmaz, ünyetməz illərdən bəhs etdi. Beləliklə, bir neçə dəqiqəlik həm kövrək, həm sevincli anları yaşadıq. Məclisi idarə edən müəllim həmkarımız Məhəmməd Abdullayev ifa etdiyi xoş ovqatlı mahnıları ilə ruhumuzu oxşadı. Biz onu tələbəlik illərindən müğənni kimi də sevmişdik. Əslən Cəbrayıldan olan Məhəmməd müəllim hazırda Biləsuvar rayonunda yaşayıb, müəllimlik fəaliyyətini davam etdirir. Övladları qədər sevdiyi şagirdlərinə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Müəllim-müğənni tədbir boyu rəngarəng proqramı ilə hamımıza xoş ovqat yaşatdı.
Növbə məzun qızlarımıza yetişdi. Səliqə İsmayılova, Səadət Şıxəliyeva, Yeganə Mirzəyevanın təsirli çıxışları, kövrək notlara söykənmiş ürək sözləri bir tərəfdən sevinc bəxş etdi bizlərə, bir tərəfdən içimizi kövrəltdi. Məzunlarımız arasında söz xiridarları kimi tanınan Zərifə Mikayılova ilə şair Adil Şamiloğlunun söylədikləri şeir nümunələri tədbir iştirakçılarının alqışlarına səbəb oldu.

Yada düşər xatirələr


Məzunlardan Sədrəddin Əliyev, Məhəmməd Babayev və Allahşükür Kərimov da bizi ömürdən keçən o illərə qaytardı. Maraqlı və təsirli çıxışları ilə qəlblərimizi ovunduran həmkarlarımız bir sıra təkliflərlə çıxış etdilər. Allahşükür müəllim təklif etdi ki, əgər mümkünsə, belə görüşləri ildə bir dəfə təşkil edək. Artıq yaşlanırıq, belə görüş insana yaşamağa impuls verir.
Nəsir Əhmədov isə arzuladı ki, inşallah, düşmən tapdağı altında olan torpaqlar işğaldan azad olsun və biz Qarabağ torpağında doğulmuş məzunların məskənində belə görüşlər keçirək. Adıgözəl Hacıyev də bu təklifi bəyəndi.
Xuraman Kərimova, Kəmalə Qasımova, Qələmnaz Abbasova, Təranə Vəliyeva ürək sözlərini dilə gətirməklə artıq tarixə çevrilmiş o illərdən bir daha geri qayıtmayacağını vurğulamaqla belə görüşlərin tez-tez keçirilməsini təklif etdilər.
Xəstəliyi ilə əlaqədar olaraq tədbirə qatıla bilməyən məzun yoldaşımız Ulduzə İbrahimovanın telefon açaraq dostlarını təbrik etməsi, ürək sözlərini məzunlara söyləməsi alqışlarla qarşılandı və hamı bir ağızdan Ulduzə xanıma can sağlığı, tezliklə sağlamlığını bərpa etməsini arzuladılar.
Həmin gün ən sevindirici və yaddaqalan məqamı qeyd etmək istəyirəm. Bu, məzun həmkarımız Güllü Mustafayevanın özünü məclisə çatdıra bilməsi və bu tədbirə qoşulması idi.
Təyyarə ilə hava limanına eniş edəndə, telefonuna gələn mesaj Güllü müəlliməni rahat buraxmayıb. Fürsəti fövtə verməyən Güllü xanım taksini birbaşa tədbir keçirilən yerə - “Dilan” restoranına sürdürür və 30 illik ayrılıqdan sonra təşkil olunan belə bir tədbir, unudulmaz görüş Güllü müəllimə üçün gözəl sürpriz olur. O da tədbir iştirakçılarına qoşuldu, sevindi, kövrəldi, xatirələr ardınca uzaq illərə səyahət etdi. Nəhayət, bu tədbiri araya-ərsəyə gətirənlərə dərin təşəkkürünü bildirdi və arzuladı ki, belə görüşlər axarınca olsun.
6-7 saat davam edən bu qeyri-adi görüş çox dolğun, şən və mənalı keçdi. Görüşün bütün anları video-lentə köçürüldü. Xatirəyə çevrilən şəkillər çəkildi. Beləliklə, 2018-ci ilin 24 iyun günü ömrümüzə yazılan birgünlük tələbəlik ilini yenidən yaşadıq.
Tədbirin yekun sözünü Nəsir Əhmədov söylədi. 30 illiyə həsr olunmuş yubiley gecəsi bağlı elan olundu.
Bağlı elan olundu ki, növbəti belə görüşdə iştirak edək.

Yada düşər xatirələr

Hüseyn Məmmədov
1-07-2018, 21:15
Səninçün zülmətdə gəzənlərdənəm
Səni səssizcə sevənlərdənəm.
Mənən baxdığında gözümü qaçırıb
Səni səssizcə sevənlərdənəm.
Səni səssizcə sevənlərdənəm - Gənc yazardan yeni şeir
30-06-2018, 13:56
Bəli. Hər kəsin səbrsizliklə gözlədiyi o möhtəşəm təqdimat günü gəlib çatdı.
"Ayaq səsləri"-nin izilə keçmişdən gələcəyə...
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!