Cəmilənin rənglər dünyası .....                        "Fənərbağça" doğma meydanında xal itirdi .....                        "Zirə" qələbə qazandı .....                        Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu .....                        Türk diplomat İrəvanda - Nələr müzakirə edildi... .....                        Putin atəşkəsi uzatmayacaq .....                        Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ .....                        Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? .....                        Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü .....                       
6-08-2024, 16:26
Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü


Xırdalanda Qərbi azərbaycanlıların növbəti görüşü

6 avqust 2024-cü il tarixdə Xırdalan şəhərində Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəliyində Qərbi Azərbaycandan deportasiya olunan bir qrup ziyalı ilə görüş keçirildi.
Görüşdə Qərbi Azərbaycan İcmasının Abşeron rayonu üzrə nümayəndəsi “Əməkdar müəllim” Bilman Vəliyev çıxış edərək “Qaydış konsepsiyası” barədə ətraflı məlumat verdi.
Sonra görüşdə iştirak edənlər: Gənclərlə iş üzrə məsul şəxs Heydər Vəliyev,Ziyalılar: Eldar Həziyev,Hikmət Ağayev,Fərhat Rzayev,Bəxtiyar Bəxtiyarov,İslam Mahmudov,Musa Kazımov,Ədilxan Mustafayev çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma zəruriliyi və fəaliyyəti barədə öz fikirlərini bildirdilər.
Görüş geniş müzakirələr ətrafında keçirildi.


28-07-2024, 14:49
Misir müəllimi təbrik edirik!

Misir müəllimi təbrik edirik!

Zəngəzur Mahalının dəyərli övladlarından birinin- Misir Aslanovun doğum günüdür. Misir müəllim həmkəndlimiz və qohumumuz olsa da, 1988-ci ildən el-obamızdan ayrı düşdüyümüzə görə çox da yaxınlığımız olmamışdı. İnsan övladı da bir-birinə yaxınlaşmadıqca, yol yoldaşı olub, ünsiyyətə girmədikcə bir- birini yaxşı tanımaz, təsəvvvürü ağızdan qulağa olar. Eşitdiyindən, duyduğundan formalaşar. Biz də Misir müəllimlə yalnız xeyirdə, şərdə görüşər, ötəri hal-əhval tutardıq. Sözün düzü bir oxşar xasiyyətimiz var ki, heç birimiz insanların vəzifəsi, ictimai mövqeyi, nə işlə məşğul olması ilə maraqlanmarıq. Adamdısa, adamdı, adam deyilsə, hansı vəzifədə olursa olsun, fərq etməz.

Sözü uzatmadan demək istəyirəm ki, Misir Aslanovu keçən il “ZƏKA PRİNT” MMC-nin təşkilatçılığı ilə Caspian Plaza Biznes mərkəzində keçirilən “Dəyərli müəlliflərlə görüş”də daha yaxından, daha yaxşı tanıdım. Tanımaqla bərabər belə bir eloğlum olduğuna qürurlandım. Həmin görüşdə media rəhbərləri, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar və onun nəşriyyatı ilə əməkdaşlıq edən müəlliflər iştirak edirdilər. Şəhid, qazi və aztəminatlı ailələrin övladları da tədbirə dəvət olunanlar sırasında idilər. “ZƏKA PRİNT” nəşriyyatının direktoru Misir Aslanov qonaqları salamladıqdan sonra qeyd etdi ki, biz bu gün təkcə dəyərli müəlliflərimizlə görüşmürük. Bu fürsətdən istifadə edib, həm də Qarabağımızı düşmən işğalından azad edən qazilərimizlə, Şəhid ailələri ilə və o zümrədən olan övladlarla görüşürük. Bu tədbir əslində Şəhidlərimizə ehtiramımızı bildirmək üçün bir vəsilədir.
Misir müəllim “ZƏKA PRİNT” MMC-nin xüsusi qonaqları olan gül balalara-Şəhid övladlarına, imkansız ailələrin məktəblilərinə hədiyyələr verərək onlara elm yolunda, təhsildə uğurlar arzulayaraq dedi:

Qarı düşmənə qalib gəlmək üçün həm qol gücünə, həm də zəkaya ehtiyac var. Bu yolda onların ən böyük yardımçıları “ZƏKA PRİNT” MMC-nin nəşr etdiyi kitablar olacaq. Dünyamıza sülh, insanlara əmin-amanlıq, uşaqlara isə həyatda daim ağıl güclərinin qalib gəlməsini arzu edirəm. Əmin olun ki, hər zaman yanınızda olacaq, imkanımız daxilində lazım olan ehtiyaclarınızı qarşılayacağıq.
Sonra məktəblilərə içi kitabla dolu çantalar hədiyyə edildi, uşaqların şərəfinə hazırlanmış tort kəsildi. Aslan Bayramov, Nahid Canbaxışlı, Məzahir Məmmədov, Tural Turan, Emil Rasimoğlu Misir Aslanova uşaqları sevindirdiyi üçün, bu gözəl addıma görə təşəkkürlərini bildirdilər.
Bir sözlə, bu balaca auditoriyada böyük ürək döyüntüləri, bu tədbirdəki mənzərə, kontingentin rəngarəngliyi, arzuların böyüklüyü məni həm duyğulandırdı, həm də qürurlandırdı. Əmin oldum ki, Qarabağ uğrunda qan töküb torpaqlarımızı düşmən tapdağından azad edənlərin övladları, varislərilə Bütöv Azərbaycan yolçuluğumuz uğurla başa çatacaq.

Misir Aslanov isə “ZƏKA PRİNT”in zəkası ilə əqidədaşımız, yol yoldaşımız olacaq. Odur ki, Misir müəllimi “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi və Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti adından təbrik edir, ona sağlam ömür, ailəsinə səadət, övladlarına xoş gələcək və bu nəcib işlərində uğurlar arzulayıram. Hörmətlə: Tamxil Ziyəddinoğlu
26-07-2024, 08:22
TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!

Bu gün gözəl ziyalı, uzun illərdi ətraflarda onu tanıyan, yardımına ehtiyacı olan hər kəsə təmənnasız xidmət göstərən Elman həkimin doğum günüdür. Onu bu münasibətlə ailə üzvləri, iş yoldaşları, dostları, doğmaları təbrik edirlər. Sağlamlıq, uzun ömür və fəaliyyətində uğurlar arzulayırlar.
Biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq qəzetimizin təəssübkeşi və redaksiyamızla daimi yaradıcılıq əməkdaşlığı edən qələm dostumuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik. Bir də arzu edirik ki, şirin qələmindən süzülən maraqlı, bəzən duzlu-məzəli, bəzən də kəskin satiralarını redaksiyamızın poçtundan əskik etməsin.
Əziz oxucular, fürsətdən istifadə edib öz geniş dünyagörüşü, nümunəvi davranışı və ləyaqətilə hamının rəğbətini qazanmış dostumuzu sizlərlə də tanış etmək istədik:
Rüstəmov Elman Süleyman oğlu 26 iyul 1966- cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 22 il Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət edib.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır.
“Xoşbəxt günlərimin açı göz yaşları”, “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Dürmək restoranı”, “Tanrı ürəklərdədir” və s. kitabların müəllifidir. E. Rüstəmovun hekayələri xarici ölkələrdə tərcümə olunaraq çap edilib. 2014-cü ildə “Qafqaz Media”-nın “Nurlu qələm” mükafatına layiq görülüb.
Hərbi Jurnalistlər Birliyinin tədbirlərinin təşkilində fəal iştirakına və göstərdiyi dəstəyə görə “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunub.
Elman Rüstəmov doğrudan da əsl Vətənoğludur. Vətənoğlu, bir daha təbrik edirik!
13-07-2024, 14:21
Qərbi azərbaycanlılar Gəncədə bir araya gəliblər


Qərbi azərbaycanlılar Gəncədə bir araya gəliblər- FOTOLAR

Butov.az-ın Gəncə müxbirinin verdiyi məlumata görə, Qərbi Azərbaycan İcması Mığrı(Mehri) rayon icmasının təşkilatçılığı ilə “Əzəli-əbədi dədə-baba yurdu Qərbi Zəngəzurdan deportasiya edilən və Gəncə şəhərində məskunlaşan sakinlərlə görüs “ tədbiri keçirilib.

Ümummilli Lider Heydər Əliyevin abidəsi onünə tər güllər qoyulduqdan sonra tədbir Yeni Azərbaycan Partiyasının Gəncə Təşkilatının inzibati binasında davam etdirilib. Qərbi Azərbaycan İcmasının Gəncə numayəndəsi, əslən mehrili olan dosent İlqar Cabbarov giriş sözü ilə tədbiri açıq elan edib. Mığrı(Mehri) Rayon İcmasınin sədri, akademik Fikrət Əliyevin salamını tədbir iştirakçılarına çatdırıb. Sonra YAP Gəncə Təşkilatının sədri Bayram Aslanov, GDU- nun humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyev, GDU professor və müəllimləri, Nüvədi və Aldərə camaatı çıxış edib.
Hər kəs gecmi, tezmi, amma mütləq dogma torpaqlara qayıdacaqlarına inam ifadə edib. Tədbir iştirakçıları görüşün yüksək səviyyədə təşkilinə görə Mıgrı(Mehri) Rayon İcmasının sədri, akademik Fikrət Əliyevə, Yeni Azərbaycan Partiyasının Gəncə Təşkilatının sədri Bayram Aslanova, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyevaya, dosent İlqar Cabbarova , Gəncə Dövlət Universitetinin professor -muəllim heyətinə, Aldərə və Nüvədi camaatına, Qərbi Zəngəzurdan olan həmyerlilərimizə minnətdarlıqlarını bildiriblər.











13-07-2024, 10:05
MEHRİ YOXSA  MEĞRİ?

MEHRİ, YOXSA MEĞRİ?

Hörmətli redaksiya,
"Bütöv Azərbaycan" qəzetinin 28 iyun tarixli sayında “Qərbi Azərbaycan Kuboku” uğrunda mini futbol turnirinin açılış mərasimi -26.06.2024 xəbəri verilirdi. Çoxlu sayda şəkillər də oxuçulara təqdim edilirdi. Təbii ki, bunlar xoşdu. Həmin səhifədə “Meğri komandası və meğrililər “ də yazılıb.
Hər dəfə Meğri adı oxuyanda rahatsızlıq keçirirəm. Haqlıyammı? Haqsızammı? Hələ ki, qəti deyə bilmərəm. Bir məqamı bilirəm, rəsmi KİV də , özəl də bu adı hər iki variantda oxuculara təqdim edir. El arasında müəyyən imiç sahibi olan şəxslər də hər iki variantda işlədir. Məgər bunlardan hansının düzgün olduğunu ayırd etmək çox çətindirmi? Yəqin ki, mütəxəssis rəyinə ehtiyac vardır. Mənsə bu məqsədlə, necə deyərlər ip ucu verə bilərəm. Bəlkə də onu əldə tutmaq bizi məqsədə aparıb çıxarmaqda köməkçi ola bilər.
Yaxşı xatırlayıram, yeniyetməlik illərimdə divar təqvimi deyilən çoxvərəqli təqvim dəbdə idi. Hə, divardan asıldığından belə adlanırdı. Təqvimdə ilin hər gününə aid bir vərəq olurdu. Vərəqin üz tərəfində həmin günü göstərən iri rəqəm (ədəd) yazılırdı. Daha hansısa məlumatlar xırda hərflərlə yazılırdı. Vərəqin arxa tərəfindəsə kim və ya nə haqdasa maraqlı məlumatlar qısaca verilirdi. Vərəqlərdən birinin arxasında yazılmışdı ki, İran imperiyasının azərbaycanlı əsilli Şahı yay fəslində qızı ilə birgə istirahət məqsədiylə Araz çayını aşaraq Şimala, ölkəmizin əsrarəngiz guşələrindən olan Zəngəzura üz tutmuşdu. Şah sevimli qızının ürəyinə yatmış sahədə çadırlar qurulması əmrini vermişdi. Qayıdarkən isə xoş istirahətli günlər keçirdikləri bu səfalı torpaq sahəsini qızının adı ilə MEHRİ adlandırmışdı.
Təəssüf olsun ki, Şahın adı və Zərgəzurda keçirilmiş günlərin tarixi yaddaşda qalmayıb. Lakin Şahın qızının adı və onun həmin məkanı qızının adıyla bağlı adlandırması unudulmayıb. Odur ki, bu qədim və səfalı guşənin MEHRİ kimi adlandırılması yəqin ki, düzgün olardı.
Hər ehtimala qarşı belə də etmək olar. Tariximizin həmin dövrünü əhatə edən zaman kəsiyinin tədqiqatçılarından birinin yazısının və ya onunla müsahibənin qəzetinizin səhifəsində dərci də “MEHRİ və ya MEĞRİ?” sualının cavabını dəqiqləşdirmərə köməkçi ola bilər.
Ümidvaram ki, bu məsələnin cavabı təkcə mənə rahatsızlıq gətirmir.

Hörmətlə,
Rəsul RƏXŞANLI.


13-07-2024, 08:43
Qərbi Azərbaycan İcması Polad Poladovu təltif edib


Qərbi Azərbaycan İcması Polad Poladovu təltif edib

Butov.az xəbər verir ki, Qərbi Azərbaycan icmasında keçirilən görüşdə İcmanın fəal qurucularından olan Polad Poladov İcma rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli P.Poladovun icmanın formalaşmasındakı, xidmətlərindən və onun bu yolda göstərdiyi fədakarlıqdan söhbət açıb. Sonra Fəxri Fərmanı təqdim edib.
Qeyd edək ki, Polad Osman oğlu Poladov Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə 50 illik yubileyi münasibətilə təltif olunub.
Yubilyar Qərbi Azərbaycan İcması rəhbərliyinin xidmətinə verdiyi dəyərə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Polad Poladov 1974-cü il iyunun 6-da Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində döğulub. 8 illik təhsilini doğma kənddə alıb. Tam orta təhsili Bakı şəhərindəki 106 nömrəli məktəbdə başa vurub. 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr pilləsini, 2001-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə həqiqi hərbi xidmət keçib. 2003-cü ildə baş leytenant hərbi rütbəsində ordu sıralarından tərxis olunub.
20 ildən çoxdur mülkü həyatını xeyirxah işlərə, el-obaya, dövlətə, millətə xidmətə həsr eləyib.
10-07-2024, 15:30
Təbrik edirik


ÜRƏKDƏN TƏBRİK EDİRİK!

Bu gün qohumum, sinif yoldaşım və dostum Ramizin doğum günüdür. Ramiz Tahirov Zəngəzur mahalının Qafan Rayonunun Kurud kəndində doğulub. Orta məktəbi Gığı kəndində başa vurub. Ali təhsilli, peşəkar inşaatçıdır. Uzun müddət böyük tikinti trestinə rəhbərlik edib. Ramizin elə xasiyyəti var ki, istər
oxuduğu məktəblərdə, istərsə işlədiyi kollektivlərdə, istərsə də yaşadığı məhəllələrdə yalnız dostlar qazanıb. Çünki Ramizin mayası xeyirxahlıqdan yoğrulub. Budur səhərin gözü açılandan sinif yoldaşlarının təbrikləri başlayıb.
Xatırladım ki, Ramiz Tahirov Gığı kənd orta məktəbini 1975-ci ildə bitirib.


Elə ona görə də 1975-ci ilin məzunlarının sevimlisidir. Ramiz əzizim, səni təbrik edirik, sağlam ömür, firavan həyat arzulayırıq. Arzu edirik ki, gəncliyində çəkdiyin çətinliklər, vətən həsrəti geridə qalsın! Ahıl çağlarını ürəyincə yaşaya biləsən! Biz də şirin söhbətlərini dinləyə-dinləyə yol yoldaşın olaq. Səni öpüb, bağrımıza basırıq.

Hörmətlə: Gığı məktəbinin 1975-ci il məzunları adından Tamxil Ziyəddinoğlu
9-07-2024, 14:02

“Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət”

QHT layihəsi: “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda elmi seminar keçirilib
“Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev dövlət başçımızın imzaladığı bu sənədin mətnini iştirakçıların diqqətinə çatdırıb, 44 günlük müharibədə qazanılan möhtəşəm zəfərdən sonra Şərqi Zəgəzur ellərinin da Ana Vətənə qovuşduğunu, bu torpaqların dirçəlişi, yenidən məskunlaşdırılması prosesinin də dövlət başçımızın başçılığı ilə uğurla davam etdiyini bildirib.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Hacı Nərimanoğlu “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda video-təqdimatla çıxış edib. İşğaldan azad edilən yurd yerlərimizdə genişmiqyaslı dirçəliş, tikinti, abadlıq işlərinə başlandığını video görüntülərlə təqdim edən məruzəçi ölkə rəhbərimizin “Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir” sözlərini xatırladaraq deyib: “Bu gün hər bir azərbaycanlı fəxrlə görür ki, hərb meydanında qazanılan qələbənin ardınca başlayan Quruculuq və Böyük Qayıdışın da memarı Azərbaycan Prezidentidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarından Samir Kərimov, Fəranə Mikayılova, Aqil Həsənov, Fuad Hüseynov və İsaq Məmmədov təqdimatla bağlı çıxış ediblər. Xüsusi qeyd edilib ki, Birliyin və Elmi Mərkəzin bir qrup üzvü AMEA-nın ilk şəhidi, REM-in əməkdaşı olmuş Mahsun Bağırzadənin və Şərqi Zəngəzuda döyüşlərdə şəhid olan igid vətən övladlarının valideynləri və qazilərlə işğaldan azad edilmiş yurd yerlərimizə səfər edərək bu işlərin geniş miqyasının şahidi olmuşlar.
Elmi seminarın iştirakçılarına, REM və digər dövlət, qeyri-hökumət və media qurumlarına Hacı Nərimanoğlunun müəllifliyi ilə QHT-nin nəşr etdirdiyi “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən eyni adlı kitabın nüsxələri təqdim olunmuşdur.
6-07-2024, 14:34
"Qərbi Azərbaycan Kubok"u uğrunda final…


"Qərbi Azərbaycan Kubok"u uğrunda final…

İyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda başlanan mini futbol turniri artıq final mərhələsindədir. Məlumat verdiyimiz kimi, tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edib. Gərgin yarışmalardan uğurla keçən Qafan və Qəmərli komandaları finala çıxıblar. İyulun 7-də saat 17:00-da Bakı Tennis Akademiyasında komandaların qarşılaşması olacaq. Bəri başdan qeyd edək ki, oyunu hansı komandanın udmasıdan asını olmayaraq qazanan Qərbi Azərbaycan olacaq. Çünki bu turnir müqəddəs bir amal- Qərbi Azərbaycana qayıdış naminə təşkil olunub.
Xatırladaq ki, finala çıxan Qəmərli komandası Vedi komandasına 9:3, Basarkeçərə 4:2, Keşkəndə 2:1 hesabı ilə qalib gəlib. Digər finalçı-Qafan komandası isə Sərdarabada 7:0, Böyükqarakilsəyə 8:7, Meğriyə 3:0, Loru komandasına 6:2 hesablı qələbə çalıb.
Azarkerləri iyulun 7-də Bakı Tennis Akademiyasında gözləyəcəyik. Həmin gün həm də qaliblər mükafatlandırılacaq.
Qərbi Azərbaycan Bütöv Azərbaycanın qoparılmış parçasıdır!
Zəngəzur Azərbaycandır! Hədəfimiz Bütöv Azərbaycandır!

Qafan komandasının ən gənc təəssübkeşi Bəhruz Piriyev pərəstiş etdiyi 9 nömrəli oyunçu Əleyman Məmmədovla görüşmək üçün babası Bəhruzu oyun meydançasına aparıb. Nəticədən hamı məmnundur, üzlər gülür. Bəli, ulu babası Zəngəzurdan erməni faşistləri tərəfindən didərgin salınan Bəhruz bala Zəngəzur yolçularına qoşulur. Yolunuz açıq olsun!
“Butov.az”

Bozqurd balaları türklüyünə simgə çəkir
2-07-2024, 19:12
“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.
MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açıb, bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, dövlətimizin başçısının rəhbərliyi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər zəngin informasiya və analitik materiallarla əks olunub. Natiq qeyd edib ki, “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov təqdim edilən kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən Dövlət proqramlarının, reallaşan layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallara geniş yer verilməsini müsbət dəyərləndirib.
“Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısının kitabda geniş sənədli yazılı materiallarla, foto-şəkillərlə əks olunmasını razılıqla qeyd edib. Bildirib ki, MEK-də yeni yaradılmış “Qarabağ Qəhrəmanları” Fondunda müəllifin “Şəhidlər”, Qardaşlığın Zəfəri” kitabları ilə yanaşı bu nəşr də öz layiqli yerini tutacaqdır.
MEK-in elmi katibi Şəbnəm Rüstəmova QHT Agentliyinin ciddi informasiya, maarifləndirmə yönümlü layihələri maliyyələşdirməsinin əhəmiyyətini vurğulayaraq yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitabın MEK-ə təqdim edilən nüsxələrinin AMEA-nın kitabxanalarına, elm və təhsil müəssisələrinə də paylanacağını bildirib:
“Kitabdakı materillardan aydın görünür ki, Prezident İlham Əliyevin nəşrin üz səhifəsində də əks olunmuş bu fikri artıq gerçəkləşmə yolundadır: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.
Səmimi fikir mübadiləsindən sonra çıxış edən müəllif Hacı Nərimanoğlu kitabın donoru QHT Agentliyinə və təqdimatda iştirak edən şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına, AMEA, BDU, QHT və KİV əməkdaşlarına təşəkkürünü bildirib.
İştirakçılara kitabın nüsxələri, üzərində QHT-nin loqosu və layihənin adı həkk olunmuş qələmlər hədiyyə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!