TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
29-11-2024, 13:49
70 kiloqram qızılla tutulan polkovnik-leytenantdan xəbər var


70 kiloqram qızılla tutulan polkovnik-leytenantdan xəbər var

Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.
Xidmətdən bildirilib ki, araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı Qasımov Anar Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün Anar Qasımov tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulub, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürülüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Qəhraman Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
7-09-2024, 08:41
Təbrik edirik!


Təbrik edirik!


Bir vaxtlar maraqlı yazıları, reportajları ilə mətbuatımızda iz qoymuş tarixçi dostumuz Ramiz Nəcəflinin qızı Nuranənin doğum günüdür. Ramiz bəy övladına ürək sözlərini belə ifadə edib: Əziz qızım Nuranə doğum günün mübarək! Sənə xeyirli və bərəkətli ömür arzulayıram. Sənin kimi övlad sahibi olmaq hər ataya nəsib olmur. Sən ailəmizin dünyasısan. Daimi üzündən gülüş əskik olmasın!

Biz də Bütöv Azərbaycançılar və Bütöv Azərbaycançı Gənclər qrupu adından Nuranəni təbrik edir, arzularının çin olmasını diləyirik! Bir də Arzu edirik ki, Nuranə tezliklə bütövləşmiş böyük vətənimizin Şəxsiyyət vəsiqəsini daşısın və bununla qürurlansın!
27-12-2023, 18:51
Prezident fərman imzaladı


Prezident fərman imzaladı

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.
Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.
Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq. Komissiyanın yeni tərkibini təqdim edirik:

Komissiyanın sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.
14-12-2023, 18:19
“Kəpəz” və “Sumqayıt” oyunu bərabərliklə sonlandırdı


“Kəpəz” və “Sumqayıt” oyunu bərabərliklə sonlandırdı[b][/b]

Misli Premyer Liqasında XVII tura start verilib.
Turun ilk günündə bir matç baş tutub.
“Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Matçdakı hər iki qol ilk 45 dəqiqədə vurulub.
Qonaqlar hesabı açsa da, “Kəpəz” bərabərlik qoluna imza atıb. Hərəyə bir qol vuran komandalar bir xalla ayrılıb.
Qeyd edək ki, tura dekabrın 18-də yekun vurulacaq.
25-09-2023, 17:53
Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirdi


Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirdi

Qarabağ separatçılarının keçmiş başçısı Arkadi Qukasyan hələ ki Xankəndidə qalmaqda davam etdiyini bildirib.
Qukasyan bu barədə erməni jurnalistin sualına cavabında deyib.
O, Qarabağdan gedib-getməyəcəyi ilə bağlı suala belə cavab verib:
“İndi sizi ən çox maraqlandıran nədir? Mən buradayam. Vəziyyəti müzakirə edirik”.
A.Qukasyan 1997-ci ildən 2007-ci ilədək Qarabağ separatçılarına başçılıq edib. O, azərbaycanlılara qarşı bir sıra ağır cinayətlərdə iştirak edib.
31-05-2023, 13:32
Türkiyə Prezidentinin yeni hökümət “siyahısı” saxta çıxdı


Türkiyə Prezidentinin yeni hökümət “siyahısı” saxta çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən formalaşdıracağı Nazirlər Kabinetinin kimlərdən ibarət olacağı ilə bağlı sosial şəbəkələrdə yayılan siyahı rezonans doğurub. Həmin siyahıda bəzi sürpriz adlar yer alıb. Müzakirə doğuran siyahı ilə bağlı Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi açıqlama yayıb. "Saxta infoqrafikalarla yayılan "kabinə siyahıları" həqiqətə uyğun deyil, bu cür xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Cəmiyyətin bu cür dezinformasiyalara inanmaması sağlam siyasi mühit üçün olduqca vacibdir", rəsmi məlumatda qeyd olunub.
23-05-2023, 16:02
Qazaxıstan prezidenti İtaliyanın baş naziri ilə telefon danışığı apardı


Qazaxıstan prezidenti İtaliyanın baş naziri ilə telefon danışığı apardı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İtaliyanın baş naziri Corc Meloni ilə telefon danışığı aparıb. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. Söhbətin əvvəlində Kasım-Jomart Tokayev Emiliya-Romanya bölgəsində dağıdıcı daşqın nəticəsində insan tələfatı ilə əlaqədar baş nazirə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verib. Həmsöhbətlər siyasi, ticari-iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 15 milyard dollar təşkil edib. "Qazaxıstan və İtaliya iqtisadiyyatın müxtəlif sahələrində sıx əməkdaşlıq edir, 270-dən çox İtaliya şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir", - Tokayev deyib. Bundan əlavə, enerji, nəqliyyat, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi çərçivəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
8-05-2023, 12:31
İdmançımız Avropa çempionu titulunu qazandı


İdmançımız Avropa çempionu titulunu qazandı

Azərbaycan bodibildinqçisi Vüqar Verdiyev Avropa çempionu olub. O, İspaniyada keçirilən qitə çempionatında bu uğura nail olub. Verdiyev 45-49 yaşlıları arasında +80 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz bununla da ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Qeyd edək ki, bodibildinq yarışlarında dəfələrlə Azərbaycan çempionu olan veteran idmançı müxtəlif vaxtlarda dünya çempionatının və beynəlxalq turnirlərin də mükafatlarını qazanıb.
11-04-2023, 13:23
Çin Tayvan ətrafındakıhərbi təlimlərini sonlandırdı


Çin Tayvan ətrafındakıhərbi təlimlərini sonlandırdı

Aprelin 10-da Çin Tayvan ətrafında üç günlük hərbi təlimlərini başa çatdırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Çin Xalq Respublikasının əsgərləri adanın blokadası ilə bağlı təlimlər keçirib. Ordu hərbi təlimləri uğurla başa vurduğunu və bölmələrin döyüş şəraitində fəaliyyət qabiliyyətini sınaqdan keçirdiyini açıqlayıb. Hərbçilərin sözlərinə görə, onlar separatizmin və xarici müdaxilənin istənilən formasının qarşısını qətiyyətlə almağa hazırdırlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!