Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 5-09-2021, 14:33
Sulduzda həbslər davam edir

“Sulduzxəbər” analitik informasiya portalının rəhbəri həbs olundu.
Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində fəaliyyət göstərən “Sulduzxəbər” analitik informasiya portalının rəhbəri Fərhad Ruzban bu gün 5 sentyabr, bazar günü İran təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Mətbuat işçisi və mədəni fəallın həbs səbəbi və hara aparılması barədə dəqiq məlumat almaq mümkün olmasa da, onun “Saxsıtəpə” hadisəsi ilə bağlı saxlanıldığı ehtimal edilir.
Ruzbanın həbsindən sonra onun idarə etdiyi teleqram kanalının adı dəyişdirilib və Saxsıtəpə hadisələri iıə bağlı xəbərlər silinib.
Bundan öncə şənbə günü mədəni fəal Höccət İsmətzadə də, təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının radikal nümayəndələri yerli Azərbaycan türklərinin evlərinə basqın ediblər.
Hadisəyə səbəb bir gün öncə kənddə yaşayan iki əkinçi arasında düşən dava olub.
Qarşıdurmada onlardan biri qətlə yetirilib, 4 nəfər isə yaralanıb. Bu hadisə etnik kürd azlığının radikal nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etmələrinə səbəb olub.
Uşaqlar, qadınlar və yaşlılar döyülüb, təhqir olunublar.
Bu, sulduzluların geniş etirazlarına səbəb olub. Hər iki fəalın saxlanılması hökumət məmurlarının qeyd olunan hadisəyə laqeyd yanaşmalarına etiraz etmələri ilə bağlı olduğu ehtimal edilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!