Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
Tarix : 10-05-2021, 13:40
"Qələbə Şəhidləri" Mingəçevirdə - FOTOLAR + VİDEO

"Qələbə Şəhidləri" kitabının yaradıcı kollektivi yenicə respublikanın bölgələrinə üçgünlük səfərdən qayıdıb. Maşınla yüzlərlə kilometr məsafə qət olunub, onlarla ailəyə baş çəkilib, Mingəçevirin və Gəncənin Şəhidlər Xiyabanlarında kitablar ömrünü Vətən torpaqlarının erməni faşistlərindən azad olunması uğrunda qurban verənlərin valideynlərinə, ailə üzvlərinə, yaxınlarına təqdim edilib. Bu səfərdə gördüklərimiz, qeydə aldıqlarımız o qədər böyük həcmə malikdir ki, hamısından konkret bir yazıda söhbət açmaq imkan xaricindədir. Axı bir də bu təkrarlanmayan tarixdir, unudulmayan xatirələrdir.

Yolboyu Qobustanda, Ağsuda, Göyçayda, Yevlaxda, Mingəçevir və Gəncədən sonra isə Ağstafada, Qazaxda görüşdüyümüz, hər bir ailənin evindəki vətənpərvərlik guşəsində (bunları mini muzey də adlandırmaq mümkündür) kitabların təqdimatı zamanı çəkdirdiyimiz xatirə şəkilləri, ürək sözləri, bəzən kövrək, əksərən inamla, qürurla səslənən fikirlər yaradıcı insan üçün zəngin mövzular verir. Bunlar barədə bir qədər sonra. Amma indidən Mingəçevir şəhərində təqdimetmə mərasimi zamanı bizə yaxından dəstək verən "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyevin və bütün olayları lentə alan "İfadə"TV-nin (baş redaktoru İfadə Cəfərzadə) əməkdaşları Vüqar Məmmədovun və Zakir Süleymanovun köməklərini minnətdarlıq hissi ilə yadda saxlayacağıq.

Gəncəyə gəldikdə isə burada Niyazi Bayramovun rəhbərlik etdiyi şəhər icra hakimiyyətində vətənpərvərlik layihələrinin yüksək səviyyədə həyata keçirilməsinə dəstək verən bir sistem formalaşdırılmışdır. Biz əvvəllər də belə reallığı Niyazi müəllimin Mingəçevirdə icra başçısı işləyərkən də görmüşdük. İndi isə Gəncə ŞİH-də Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi (müdiri Ayxan Babayevin) mövcuddur. Tədbirin yüksək səviyyədə keçirilməsinə necə həssaslıqla yanaşıldığını biz şəhid ailələri ilə Gəncənin Şəhidlər Xiyabanında "Qələbə Şəhidləri"nin təqdimatı zamanı müşahidə etdik. İndi isə birlikdə videolara birgə baxaq. Öncə Mingəçevirdən başlayırıq.

Növbədə Gəncə sujetləridir.

İbrahim Hüseynov,
"Aran"Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri,
kitabın ideya müəllifi və tərtibçisi,

Rəhim Hüseynzadə,
Zərdabi Mətbuat Mərkəzinin sədri,
kitabın redaktoru, əməkdar jurnalist








Paylaş



Bölmə: Şəhidlər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!