Təbrik edirik! .....                        İsrail səfiri: Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır .....                        Rusiya kilsəni bombaladı - Ölənlər var .....                        Sumqayıtda yaşayış binasında yanğın - VİDEO .....                        Sabahın havası .....                        Ürəyi sağlam saxlamağın sirri .....                        Prezident Sevil Əliyevanı təltif etdi .....                        İsraillə HƏMAS arasında əsir mübadiləsi başladı .....                        Ermənistan 42 km-lik Zəngəzur dəhlizini niyə 2 ilə tikmək istəyir? .....                       
Tarix : 27-09-2022, 16:16
Səhvən demişdilər ki, Səbuhi şəhid olub...


Səhvən demişdilər ki, Səbuhi şəhid olub...

"Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, ona fərqlənmə nişanı vermişdilər". Bu sözləri 12-14 sentyabr tarixlərində sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndinin yetirməsi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib. O bildirib ki, müharibə başlayanda qardaşı döyüşlərdə ön sırada gedirdi:"Suqovuşanda, Zəngilanda, Ağdərə və Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görən hardadı, necədi? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı Səbuhi. 7 gün müalicə aldı, sonra dedi ürəyim partdıyır, dayana bilmirəm. Daha sonra Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində baş nahiyəsindən qəlpə yarası almışdı. Səbuhi 44 günlük Vətən müharibəsindən 4 medal ilə qayıtmışdı". Şəhid qardaşı deyir ki, qardaşının bir neçə döyüş yoldaşı vətən uğrunda həlak olub:"Çox qorxurdum ki, qardaşıma nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib soruşmaq çətin idi ki, mənim qardaşımın nəşi gəlib? Sonra mənimlə əlaqə saxladı, dedi yaxşıyam. Vətən müharibəsindən sağ salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir". Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. O, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.




Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!