Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 2-04-2021, 12:25
Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılır ki, qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görsün; Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin; aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etsin; Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!