İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                        Neftçalada qəza - 15 yaşlı yeniyetmə öldü .....                        Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi .....                        ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                       
Tarix : 8-06-2021, 10:15
Deputat elatın Kəlbəcərə qayıdışından danışıb

Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı yayılan görüntülər xeyli müzakirələrə səbəb oldu. Daxili İşlər Nazirliyi isə məlumat yayaraq görüntülərdəki yaylağa aparılan mal-qaranın bir qisminin dövlətin balansında, bir hissəsinin isə Kəlbəcər rayonundan olan fermerlərə məxsus olduğunu qeyd etdi.

Elatın Kəlbəcər yaylaqlarına qayıdışı hər kəsi sevindirsə də, bu məqamda əhalinin azad edilmiş rayonlara buraxılmamasına görə narazılığını ifadə edənlər də oldu.

Butov.az xəbər verir ki, bu barədə Modern.az-a danışan iqtisadçı-deputat Vahid Əhmədov isə düşünür ki, insanların qayıdışına icazə verilməməsi müvəqqətidir və buna görə məyus olmaq lazım deyil:

“Elatın Kəlbəcərə qayıdışı müsbət haldır. Kəlbəcər işğaldan azad edilmiş dağ rayonudur və yaylaq kimi istifadə edilə bilər. Kəlbəcərdə heyvandarlığın inkişafı üçün əhəmiyyətli şərait var. Orada nə qədər qoyun-quzu, mal-qara olarsa, yaşayış, məskunlaşma daha tez başa gələr. Amma insanları ora icazəsiz buraxmırlar. Ona görə ki, minalardan təmizləmə prosesi yekunlaşmayıb. Amma Kəlbəcərə gedib-gələnlər də var. Jurnalistlərin, rəsmilərin, ictimaiyyət nümayəndələrinin və s. gediş-gəlişi təmin edilir.

Rayonlarda məskunlaşma nə qədər çətin də olsa, getməlidir. Həmin rayonların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Məsələn, Zəngilanda hazırda süd emalı zavodunun tikintisi həyata keçirilir. Bunun hamısı yavaş-yavaş öz yerini tapacaq. Mən insanların heyvanları Kəlbəcərdə yaylağa çıxarmasını adi hal kimi qəbul edirəm”.

V.Əhmədovun fikrincə, hazırda Azərbaycanın ən ciddi problemi sərhədlərin müəyyən edilməsidir:

“Bunu həll etdikdən sonra nə isə demək olar. Ermənilər təxribatlardan əl çəkmirlər, əl çəkən də deyillər. Ermənistan çalışır ki, seçkilərdən öncə hansısa şəkildə diqqət cəlb eləsin. Kimin seçilməyindən asılı olmayaraq, erməni elə ermənidir. Əgər ermənilər Azərbaycanla normal şərait qurub, yaşamaq istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, qəbul etməlidirlər. Yalnız bundan sonra nə isə haqqında danışmaq olar. Həmçinin, Dağlıq Qarabağ məsələsini ermənilər yaddan çıxartmalıdırlar. Çünki bu bölgədə artıq Türkiyə kim söz sahibi olan güclər meydana gəlib. Məsələ gec də olsa, Azərbaycanın xeyrinə həllini tapacaq”.


Deputat onu da xüsusi qeyd edib ki, elatın Kəlbəcərə qayıdışı orada xidmət edən hərbçilərin əhval-ruhiyyəsinə də müsbət təsir edəcək:

“Onlar yaylaq camaatı ilə təmasda ola, təsərrüfatçılardan məhsullar ala bilərlər. Hərbçilər də təhlükəsizlik məsələsində onlara kömək edəcəklər. Bu addım hərtərəfli müsbət nəticə verəcək”.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!