Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 10-03-2015, 15:57
Məcburi köçkün Prezidentdən kömək istəyir

Kəlbəcər rayonundan məcburi köçkün, 1996-cı ildən Goranboy rayonunun Rus-Barisi kəndində məskunlaşmış Zeynalov Əmrah Həmid oğlu üzləşdiyi problemlə bağlı ölkə Prezidentinə müraciət edib.
Müraciətdə deyilir: “Hörmətli Cənab Prezident! Sizin respublikamızın çiçəklənməsi yönündə apardığınız daxili və xarici siyasəti ürəkdən bəyənirik. Bütün varlığımızla inanırıq ki, bizim erməni işğalı altındakı müqəddəs torpaqlarımız sizin inadlı və əzmkar səylərinizin nəticəsində işğalçılardan azad olunacaq və biz öz ata-baba yurdumuza qayıdacağıq.
Cənab Prezident! Nankor ermənilərin məkrli hiylələri nəticəsində bizim babalarımız hələ yüz il əvvəl öz qədim yurdlarından - Dərələyəz mahalından var-dövlətlərin də itirərək didərgin salınmış, onar Kəlbəcərə gələrək burada məskunlaşmışlar. 1993-cü ildə ermənilər xarici havadarlarının köməyi ilə babalarımızın başına gətirdikləri faciələri bizlərə də yaşatdılar. Erməni vandallarının qanlı qırğınları üzündən Kəlbəcərdən məcburi köçkün düşəndən sonra çox böyük çətinliklərdən keçdik.
Sizin son illər ölkə əhalisinin maddi vəziyyətini yaxşılaşdırmaq yönündə həyata keçirdiyiniz silsilə tədbirlər sırasında kənd təsərrüfatının inkişafına da göstərdiyiniz qayğıdan ruhlanaraq fermer təsərrüfatı yaratmaq fikrinə düşdük. Böyük bir tövlə tikib maldarlıqla məşğul olmaq qərarına gəldik. Respublikanın ərzaq probleminin həllinə biz də öz köməyimizi vermək, həm də bir neçə nəfərin dolanışığı üçün iş yeri yaratmaq istəyimizlə ciddi işə başladıq. Bunun üçün rayon rəhbərliyinə müraciət edib kəndin yaxınlığındakı köhnə qaraj yerinin pulunu ödəyib aldıq. Məcburi köçkün olmayan imkanlı qohumların maddi köməyi ilə rayonun baş memarının işlədiyi layihəyə uyğun və müasir tələblərə cavab verən 80 metr uzunluğunda, 10 metr enində tövlə tikdik. Lakin bu işləri görəndən sonra tövlənin və yerin sənədlərini almaq bizim üçün əsil müşkülə çevrildi. Bu barədə müraciət etdiyimiz idarələrdən yalnız xoş olmayan sözlər eşitdik. Rayon İcra Hakimiyyəti başçısının qəbuluna düşmək istəyimizin qarşılığında isə təhqiredici cavablar aldıq.
Hörmətli cənab Prezident! Bizə qanunu yolla satılan bina üçün əlaqədar orqanların sənəd verməmələrinin məqsədini anlaya bilmirik. Əgər bu işlər qanuni deyildisə, rayon rəhbərliyi tikintiyə niyə icazə verirdi? Odur ki, Sizə müraciət edərək xahiş edirik ki, tikintinin və ailəmin təhlükəsizliyinin qorunması, eləcə bu problemin həll olunması üçün lazımi orqanlara göstəriş verəsiniz. Əks halda Sizin fermerlərə göstərdiyiniz qayğıdan kənarda qalacağıq.
Əvvəlcədən ailəmiz adından Sizə öz minnətdarlığımızı bildiririk.

Böyük ümidlərlə: Zeynalov Əmrah Həmid oğlu.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!