Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 26-04-2016, 15:45
Ən uğurlu hesab edilən hadisə - Əliyevin Vaşinqton səfəri




“Rəy” Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında sorğu keçirib.

Butov.az Azərtac-a istinadən xəbər verir ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8 faizi səsini İlham Əliyevə verib.

Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.

Rəyi soruşulanların əksəriyyəti prezidentin xarici siyasətini dəstəkləyir: 87, 3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib. Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb.

Respondentlərdən, həmçinin xarici siyasətimizdəki hansı hadisəni son vaxtların ən uğurlu hadisəsi hesab etdikləri soruşulub və cavab üçün bir neçə variant seçmək imkanı verilib.

Nəticədə 65,5 faiz xarici siyasətin ən uğurlu hadisəsi kimi Prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə dördüncü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini göstərib. Təxminən o qədər - 63,8 faiz respondent son vaxtların ən uğurlu xarici siyasət hadisəsi kimi Prezident İlham Əliyevin Ankara səfərini seçib. Özü də rəyi soruşulanların əksəriyyəti bu səfəri Türkiyəyə və terror aktları ucbatından Bakıya səfərini iki dəfə təxirə salmış prezident Rəcəb Tayyib Ərdoğana dəstək kimi qiymətləndirib. Daha 38 faiz xarici siyasətdəki uğurlu addımlar sırasında dövlətimizin başçısının İrana səfərini, 19 faiz isə Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıdakı görüşünü göstərib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!