Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
6-10-2024, 16:23
Mayis Bərxudarov vəzifəsindən azad edildi


Mayis Bərxudarov vəzifəsindən azad edildi

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub.
General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.
Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.
Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ savaşında Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.
Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

6-10-2024, 15:47
Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır


Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır

Qəzzada son sutkada 45 fələstinli ölüb, 256 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 41 870 nəfərə, yaralananların sayı 97 166 nəfərə çatıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.
6-10-2024, 15:15
Dövlət qulluğu imtahanı keçirilib


Dövlət qulluğu imtahanı keçirilib

6 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.
Oktyabrın 7-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
6-10-2024, 14:52
Böyük Britaniya İrana yeni səfir təyin etdi


Böyük Britaniya İrana yeni səfir təyin etdi

Xyuqo Şorter Böyük Britaniyanın İranda yeni səfiri təyin edilib.
Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yerləşdirilib.
Şorter bu postda Saymon Şerkliffi əvəzləyib.
Şorter Britaniyanın Livanda səfiri, Əfqanıstanda müvəqqəti işlər vəkili olub.
6-10-2024, 14:37
Antarktida sürətlə yaşıllaşır


Antarktida sürətlə yaşıllaşır

Hartfordşir və Ekseter universitetlərinin britaniyalı alimləri müəyyən ediblər ki, Antarktida iqlim istiləşdikcə sürətlə yaşıllaşır.
Tədqiqat Nature Geoscience (NatGeo) elmi jurnalında dərc olunub.
Komanda 1986-cı ildən 2021-ci ilə qədər peyk məlumatlarını təhlil edib. Məlum olub ki, Antarktika yarımadasında bitki örtüyü bir kvadrat kilometrdən az olan ərazidən 12 kvadrat kilometrə qədər artıb.
Ekseter universitetinin alimi Tomas Roland bildirib ki, Yer kürəsinin ən sərt iqlim şəraitində böyüyən bitkiləri Antarktika yarımadasındadır:
“Landşaft hələ də demək olar ki, tamamilə qar, buz və qayalarla örtülüb, onun yalnız kiçik bir hissəsində bitkilər mövcuddur. Ancaq bu kiçik hissə kəskin şəkildə böyüyüb. Bu Antarktidanın geniş və təcrid olunmuş səhrasının insanın səbəb olduğu iqlim dəyişikliyinin təsirlərinə həssas olduğunu göstərir”.
Alimlər deyirlər ki, Antarktidada daha çox bitki örtüyü qütb torpaqlarına üzvi maddələr əlavə edəcək və nəticədə digər flora növlərinin inkişafına zəmin yaranacaq.
6-10-2024, 14:30
Zaqatalada mağaza yandı


Zaqatalada mağaza yandı

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65 m² sahədə və 3 ədəd soyuducu yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
6-10-2024, 14:17
Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub


Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub

Bu gün Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda seçicilərin 50 faizindən çoxu səs verib.
Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Yerlli vaxtla saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verib.
Beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılır.
6-10-2024, 13:38
Tramp uduzsa, ABŞ sosialist ölkəyə çevriləcək - İlon Mask


Tramp uduzsa, ABŞ sosialist ölkəyə çevriləcək - İlon Mask

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.
Bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.
“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.
Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.
6-10-2024, 12:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
6-10-2024, 11:51
Gimnastlarımız Böyük Britaniyadakı yarışın finalında


Gimnastlarımız Böyük Britaniyadakı yarışın finalında

Azərbaycan gimnastları Bilal Qurbanov və Mixail Malkin Böyük Britaniyanın Telford şəhərində keçirilən beynəlxalq yarışda finala vəsiqə qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, onlar tamblinq üzrə yarışda uğurlu nəticəyə imza atıblar.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!