Qənirə Paşayevanın büstü hazırlandı .....                        21-ci dəfə ölkə çempionu oldular .....                        Elgünün ailəsi intihar xəbərlərindən danışdı .....                        Xəzər dənizində zəlzələ .....                        Xırdalanda dəhşətli qətl .....                        Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                       
12-02-2024, 16:44
Velosiped yollarının salınması istiqamətində layihənin icrası davam edir - FOTO


Velosiped yollarının salınması istiqamətində layihənin icrası davam edir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir.
Bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.



12-02-2024, 15:22
Ərdoğan ilk türk astronavtını qəbul etdi


Ərdoğan ilk türk astronavtını qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin kosmosa çıxan ilk astronavtı Alper Gezeravcını qəbul edib.
Bu barədə TRT məlumat yayıb.

12-02-2024, 14:45
Ötən il Azərbaycanda qızılcaya yoluxanların sayı açıqlandı


[b]Ötən il Azərbaycanda qızılcaya yoluxanların sayı açıqlandı[/b]

Ötən il qeydə alınmış xəstəliklər arasında endokrin sistemin xəstəlikləri, sinir sistemi xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Qeyd olunub ki, uşaqlar yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.
Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.
Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.
Bununla yanaşı, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Rəsmi məlumatda qeyd edilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.
12-02-2024, 13:59
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi


Gənc əsgərlərin andiçmə mərasimi keçirildi

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
FHN-dən verilən xəbərə görə, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.
Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ölkəmizin güclənməsi və çiçəklənməsi, xalqımızın rifahı istiqamətində yürütdüyü müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanın bu tarixi missiyanı davam etdirməsinin nəticəsidir ki, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımız şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində azad olundu, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.
Çıxışlarda qeyd olunub ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərir.
Mərasimdə çıxış edən gənc əsgər Sultan Qəribov əsgər yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.
Gənc əsgər valideyni, Vətən müharibəsi şəhidi Muxtar Qasımlının atası Əli Qasımov çıxışında bu günün valideynlər üçün çox qürurlu olduğunu qeyd edərək, övladlarının Vətənə layiqli xidmət göstərməsi üçün hazırlanmasında zəhməti olan hər kəsə öz minnətdarlığını bildirib.
Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
12-02-2024, 13:34
Peskov bir sıra məsələlərlə bağlı açıqlama verdi


Peskov bir sıra məsələlərlə bağlı açıqlama verdi

"Rusiyanın Ermənistanın BCM-ə qoşulması ilə bağlı bu ölkədən müəyyən təminatlara ehtiyacı var, bu məsələ həllini gözləyir".
Bunu Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin İrəvana səfərinin mümkünlüyü haqqında danışarkən deyib.
Bir gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan “The Telegraph”ın müxbirinin Putinə zəng edib Ermənistana gəlməməsi ilə bağlı xəbərdarlıq edə biləcəyini soruşduqda belə cavab verdi: “Düşünmürəm ki, Vladimir Vladimiroviçin mənim məsləhətimə ehtiyacı var”.
"Kreml Finlandiyanın yeni seçilmiş prezidenti Stubbun Rusiya-Finlandiya münasibətlərində balansı qoruyacağına ümid edir", - deyə sözçü bildirib.
Putinin Stubbu seçkilərdəki qələbəsi münasibətilə təbrik etmə ehtimalından danışan Peskov Finlandiya və onun hazırkı rəhbərliyinin Rusiya Federasiyasına dost olmadığını xatırladıb.
"İcarə müqaviləsinə xitam verildikdən sonra Ukrayna Səfirliyi binalarının sonrakı taleyi Rusiya Federasiyasının maraqlarına uyğun olaraq həll olunacaq. Putin fevralın 12-də iqtisadi məsələlərlə bağlı görüş keçirəcək", - Peskov əlavə edib.
12-02-2024, 13:06
Aİ-nin Azərbaycandakı səfiri XİN-ə çağırıldı


Aİ-nin Azərbaycandakı səfiri XİN-ə çağırıldı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.
Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib.
Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.
"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib.
Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.
Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.
Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.
12-02-2024, 12:36
Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir


Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir

Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir.
Bunu Qafan şəhərində keçirilən təntənəli tədbirdə Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) qubernatorunun müavini Hayk Arutyunyan deyib.
Ermənistan KİV-nin məlumatına görə, Arutyunyan həmçinin vurğulayıb ki, bunlar əsrlərə gedib çıxan, indiki dövrdə formalaşan və inamlı addımlarla yeni üfüqləri fəth edən münasibətlərdir.
“Ölkələrimiz arasında münasibətlərdə Sünik bölgəsinin, xüsusilə də İranın Baş Konsulluğunun 2022-ci ildən fəaliyyət göstərdiyi Qafan şəhərinin müstəsna rol oynaması diqqətəlayiqdir. Əminəm ki, Ermənistan Respublikasının Təbrizdəki Baş Konsulluğu da əlaqələrin inkişafında mühüm rol oynayacaq. Ermənistan və İran arasında Təbrizdəki Baş Konsulluğumuzun açılışı üçün fəal iş gedir”, - deyə Hayk Arutyunyan qeyd edib.
12-02-2024, 12:27
Sabah 22 dərəcə isti olacaq - Dumanlı hava şəraiti gözlənilir


Sabah 22 dərəcə isti olacaq - Dumanlı hava şəraiti gözlənilir

Fevralın 13-də ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
12-02-2024, 12:27
Sabah 22 dərəcə isti olacaq - Dumanlı hava şəraiti gözlənilir


Sabah 22 dərəcə isti olacaq - Dumanlı hava şəraiti gözlənilir

Fevralın 13-də ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
11-02-2024, 17:15
MSK yekun nəticələri açıqladı - İlham Əliyev 92,12 faiz səslə qalibdir


MSK yekun nəticələri açıqladı - İlham Əliyev 92,12 faiz səslə qalibdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Qeyd olunub ki, seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub. MSK bir neçə məntəqədə prezident seçkilərinin nəticələrini etibarsız sayıb, məntəqə seçki komissiyaları buraxılıb.
Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.
MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.
Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.
Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!