Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
1-10-2024, 18:03
İran İsrailə ballistik raketlərlə zərbə endirməyə hazırlaşır


İran İsrailə ballistik raketlərlə zərbə endirməyə hazırlaşır

İran İsrailə ballistik raket zərbəsi endirməyə hazırlaşır.
Bu barədə "Axios" nəşri və CNN telekanalı Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, kəşfiyyat zərbənin qaçılmaz olduğunu düşünür.
“İsraili bu hücumdan qorumaq üçün müdafiə hazırlıqlarını dəstəkləyirik”, - deyə Ağ Evin rəsmisi CNN-ə deyib.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin "İranın şər oxuna" qarşı kampaniyanın mərkəzində olduğunu bildirib.
1-10-2024, 17:50
Almaniya kansleri Putinə zəng etməyə hazırlaşır - 2 il sonra ilk dəfə


Almaniya kansleri Putinə zəng etməyə hazırlaşır - 2 il sonra ilk dəfə

Almaniya kansleri Olaf Şolts yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.
Bu barədə Almaniya hökumətindəki mənbələr "Die Zeit"ə bildiriblər.
Söhbət baş tutsa, Şolts Macarıstanın baş naziri Viktor Orban istisna olmaqla, son il yarımda Putinlə birbaşa əlaqə saxlayan ilk Avropa lideri olacaq.
Şolts və Putin arasında bundan əvvəlki telefon danışığı 2022-ci ilin dekabrında olub. İyun ayında kansler ARD televiziyasında demişdi ki, “danışılacaq bir şey” olarsa, Rusiya prezidentinə zəng edəcək.
1-10-2024, 17:45
İsrailda növbəti hərbi səfərbərlik elan edildi


İsrailda növbəti hərbi səfərbərlik elan edildi

İsrail ordusu ehtiyatda olan hərbçilərdən ibarət 4 hərbi briqadaların formalaşdırılması məqsədilə növbəti hərbi səfərbərlik elan edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin birləşmələr Şimal sərhədləri istiqamətində operativ tapşırıqların yerinə yetirilməsinə cəlb olunacaq.
1-10-2024, 17:42
Azərbaycan Stoltenberqə təşəkkür etdi


Azərbaycan Stoltenberqə təşəkkür etdi

Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.
Bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”, - diplomat yazıb.
1-10-2024, 17:14
Ərdoğan Netanyahunu Hitlerə bənzətdi


Ərdoğan Netanyahunu Hitlerə bənzətdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 28-ci Dövrün 3-cü Qanunvericilik İlinin Açılış Toplantısında iştirak edib. Ərdoğan çıxışında İsrailə xəbərdarlıq edib:
"Netanyahu adlı bir Hitlerin hakimiyyəti altında olan İsrail dövləti son 51 həftə ərzində ehtiyatsızlıqdan bəşəriyyətə qarşı bütün cinayətləri törədib. İnsanlığa qarşı törədilə bilən bütün cinayətlər, o cümlədən soyqırım, qırğın, irqçilik, ayrı-seçkilik, təqib, zorlama, işgəncə, etnik təmizləmə, jurnalistlərin öldürülməsi, ifadə azadlığının məhv edilməsi, ibadət yerlərinin, xəstəxanaların, məktəblərin bombalanması kimi cinayətlər dəfələrlə törədilib. Kin və nifrətlə idarə olunan bir qətl şəbəkəsinin əlində Qəzza 42 min günahsız insanın qətlə yetirildiyi böyük bir qırğın düşərgəsinə çevrildi".
İsrailə xəbərdarlıq edən Türkiyə lideri onu da vurğulayıb ki, “Livana qurudan hücum əməliyyatının nəticələri keçmişdəki işğallara bənzəməyəcək”.
1-10-2024, 17:03
Prezident Fərman imzaladı


Prezident Fərman imzaladı

“Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Nizamnamənin 2.1-ci bəndinə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilib.
Sözügedən bənd Fondun fəaliyyətinin məqsədini izah edir. Belə ki, Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Həmçinin, Nizamnamənin 2.2.3-cü yarımbəndə “vətəndaşların” sözündən sonra “və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilir.
Beləliklə, Fondun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları dini qurumların vətəndaşların və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək vermək olacaq.
1-10-2024, 16:23
Rektor “Zəngəzur” PUA-sını hazırlayan tələbələrlə görüşdü


Rektor “Zəngəzur” PUA-sını hazırlayan tələbələrlə görüşdü

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev tələbələrdən ibarət “RED” komandasının üzvləri ilə görüşüb.
Komandanın hazırladığı “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) “ADEX-2024” ün 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunmasını böyük nailiyyət adlandıran rektor bu münasibətlə onlara ən səmimi təbriklərini çatdırıb.
Eyni zamanda komandanın bu nüfuzlu beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülməsini yüksək qiymətləndirən ali təhsil ocağının rəhbəri gənclərin texnoloji sahəyə marağının və innovativ bacarıqlarının onların inkişafına müsbət təsir göstərdiyini qeyd edib.
Tədbirdə bildirilib ki, “Zəngəzur” PUA-sı sərgidə iştirak edən Türkiyənin məşhur “Baykar” şirkəti rəhbərliyinin böyük marağına səbəb olub.
Tələbələrin gələcək layihələri ilə maraqlanan rektor yeni-yeni uğurlara imza atmaq yolunda onlara müvəffəqiyyətlər arzulayıb, həmçinin universitet tərəfindən hər cür dəstəyin davam etdiriləcəyini vurğulayıb.
Sonra Yaqub Piriyev beynəlxalq sərgilərdə uğurlu iştiraklarına görə komanda üzvlərini Fəxri fərmanla təltif edib.
Qeyd edək ki, yüksək texniki parametrlərə, habelə radioekoloji monitorinq imkanlarına malik “Zəngəzur” PUA-sının bütün elektrik və elektron idarəetmə sistemləri də BMU tələbələri tərəfindən hazırlanıb. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır.
1-10-2024, 16:02
Milli Məclisdə yeni yaradılan komissiyanın tərkibi - SİYAHI


Milli Məclisdə yeni yaradılan komissiyanın tərkibi - SİYAHI

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Deputat Ramid Namazov komissiyanın sədri seçilib.
Müvəqqəti komissiya aşağıdakı tərkibdə təşkil edilib:

Komissiyanın sədri

Namazov Ramid Zakir oğlu.

Komissiyanın üzvləri:

Ağazadə Əminə Həmid qızı,

Bayramov Kamran Fərhad oğlu,

Həsənov Nurlan Urfan oğlu,

Məmmədov Qaya Məmməd oğlu,

Mikayılova Sevil Əlirazı qızı,

Musabəyov Rasim Nəsrəddin oğlu,

Paşayeva Gülşən Məmmədəli qızı,

Şükürov Zaur Ramiz oğlu.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın vəzifə və səlahiyyətləri aşağıdakı kimi müəyyən olunub:

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatların hazırlanması;

xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair təkliflərin hazırlanması;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələrin keçirilməsi;

aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması;

qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından araşdırılması, təhlil edilməsi və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təkliflərin verilməsi;

Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edilməsi;

hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıqda iştirak edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti ərzində fəaliyyət göstərir.
1-10-2024, 15:56
“Hizbullah” liderinin vəsiyyəti tapıldı


“Hizbullah” liderinin vəsiyyəti tapıldı

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində öldürülən “Hizbullah” şiə hərəkatının lideri Həsən Nəsrullahın vəsiyyəti ortaya çıxıb. Məlumatı İran KİV-ləri yayıb.
Qeyd edilir ki, Nəsrullahın şiələrə xitab edərək yazdığı vəsiyyət belədir:
''Bismillahir-Rəhmanir-Rəhim. Dünya və axirət xeyirinə vəsiyyət edirəm ki, İmam Xameneinin (onun kölgəsi davam etsin) liderliyinə inancınızın güclü və sağlam olmasını sizə vəsiyyət edirəm.

Nəsrullah''.

Sentyabrın 27-də İsrailin Livanın paytaxtı Beyrutda həyata keçirdiyi hava hücumunda “Hizbullah” lideri Seyid Həsən Nəsrullah ölüb.
1-10-2024, 15:42
DTX hərbçilərinin maaşı artırıldı


DTX hərbçilərinin maaşı artırıldı

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qərar 2024-cü il iyunun 5-dən tətbiq edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!