Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
26-09-2024, 22:45
Ermənistan Türkiyədən dəstək gözləyir - Ərdoğan


Ermənistan Türkiyədən dəstək gözləyir - Ərdoğan

Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanmasında Türkiyədən dəstək gözləyir.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Hörmətli Paşinyanın yanaşmalarına baxsaq, mənfi tendensiya görməyəcəyik. Onlar bizdən, Türkiyədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və mehriban qonşuluğun yaradılmasında dəstək gözləyirlər. Biz də bu məqsədi güdürük və bu istiqamətdə səylər göstəririk. Ümid edirəm ki, biz Azərbaycan və Ermənistan arasındakı bu hadisələri mərhələli şəkildə həll edə bilərik və Azərbaycanla Ermənistan arasında olan bu problemləri aradan qaldırmaqla normala qayıda bilərik. Çünki hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan tərəfinin belə bir gözləntisi var və onlar buna səy göstərirlər. Biz bunu Ermənistanda da gördük. İnanırıq ki, yaranacaq sülh və əmin-amanlıq mühiti hamı üçün ən yaxşısı olacaq. Ermənistan və Azərbaycan arasında sülh hər iki ölkə üçün yeni imkanlar və mənfəətlər üçün qapı açacaq. Bu sülh prosesinin müsbət nəticəsi Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də müsbət təsir göstərəcək”, - deyə Ərdoğan bildirib.
26-09-2024, 22:24
Ceyhun Bayramov Baydenlə bir arada


Ceyhun Bayramov Baydenlə bir arada

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezident Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.
Bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.
Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.
26-09-2024, 21:27
Ermənistanda Azərbaycanla bağlı qərar qəbul edildi


Ermənistanda Azərbaycanla bağlı qərar qəbul edildi

Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğun olduğunu bildirib.
Müzakirələr nəticəsində əsasnamənin əsas qanunun müddəalarını pozmadığı qeyd olunub.
Məhkəmə sənədin Konstitusiyaya uyğunluğu məsələsi ilə bağlı qərarını dərc edib.
“Konstitusiyanın 170-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bu qərar qətidir və dərc edildiyi gündən qüvvəyə minir”, - qərarda deyilir.
26-09-2024, 21:21
Bayramovla Mirzoyan Nyu-Yorkda razılığa gəldilər


Bayramovla Mirzoyan Nyu-Yorkda razılığa gəldilər

26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
26-09-2024, 21:08
Prezidentdən Anım Günü paylaşımı


Prezidentdən Anım Günü paylaşımı

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Paylaşımda "Şəhidlərimizə ehtiramla" sözləri yazılıb.


26-09-2024, 19:54
ABŞ-dən İsrailə 8 milyardlıq hərbi yardım


ABŞ-dən İsrailə 8 milyardlıq hərbi yardım

ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb.
Bu barədə “Reuters“ məlumat yayıb.
Paketə 3,5 milyard dollar müharibə təchizatı üçün, 5,2 milyard dollar isə Dəmir Günbəz raketdən müdafiə sistemi və qabaqcıl lazer sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, İsrail hazırda Qəzzada HAMAS-a və Livanda Hizbullaha qarşı iki cəbhədə mübarizə aparır.
26-09-2024, 19:15
Erməniləri Naxçıvanı atəşə tutdu


Ermənilər Naxçıvanı atəşə tutdu

Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
26-09-2024, 18:59
Britaniya Aİ ilə münasibətləri bərpa etmək istəyir


Britaniya Aİ ilə münasibətləri bərpa etmək istəyir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcək.
Baş nazir bu barədə “X” sosial media hesabındakı paylaşımında bildirib.
O, Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələri yenidən qurmaq və “Brexit”i Britaniya xalqının xeyrinə işləməsini təmin etmək istədiyini deyib.
Baş nazir gələn həftə Brüsseldə Ursula Fon der Lyayen ilə müzakirələrə başlamağı səbirsizliklə gözlədiyini də əlavə edib.
26-09-2024, 18:38
Nyu-Yorkda üçtərəfli görüş başladı


Nyu-Yorkda üçtərəfli görüş başladı

ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.
Görüş Nyu-Yorkda başlayıb.

26-09-2024, 18:20
Xankəndini hələ də “Stepanakert” kimi görən Minsk qrupu nəyə görə ləğv olunmalıdır?


Xankəndini hələ də “Stepanakert” kimi görən Minsk qrupu nəyə görə ləğv olunmalıdır?

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı geniş məzmunlu çıxışında artıq funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması məsələsinə də toxunmuşdur. Minsk qrupunun keçmiş Qarabağ münaqişəsinin həlli üçün yaradıldığını qeyd edən Müzəffər Ali Baş Komandan bildirmişdir ki: “Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın”.
44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin beynəlxalq platformalarda, xarici ali və yüksək səviyyəli görüşlərində davamlı və prinsipial mövqe göstərdiyi məsələlərdən biri də Minsk qrupunun format olaraq ləğvidir. Azərbaycan Prezidentinin regionda maraqlı qüvvələrin təkidli istəyinə rəğmən bu formatın ləğvi ilə bağlı mövqeyinin davamlılığında tutarlı səbəbləri var.
Belə ki, Minsk qrupunun 28 illik fəaliyyəti (daha doğrusu fəaliyyətsizliyi) təsis olunduğu vaxtlarda qarşıya qoyulan məqsədlərdən kəskin fərqlənmişdir. Həmsədr ölkələrin təcavüzkar Ermənistanla əraziləri işğal olunmuş Azərbaycan arasında bərabərlik işarəsi qoyması həm beynəlxalq hüquq, həm də mənəvi tərəfdən ədalətsiz mövqe sərgilənməsinin bariz nümunəsi idi. Həmsədrlərin regiona saysız-hesabsız “turist” səfərlərinin və dəyişməyən bəyanatlarının yeganə məqsədi Ermənistanın hərbi işğal faktını rəsmiləşdirmək, Azərbaycanı reallıqla barışmağa inandırmaq və bununla da münaqişəni “həll etmək” idi.
Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edərək, bu təsisatın ötən dövr ərzində heç bir fayda vermədiyini açıq formada vurğulamışdı. Dövlətimizin başçısı 2020-ci il dekabrın 12-də Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən qurumun fəaliyyətinə verdiyi obyektiv qiymət aşağıdakı kimi olmuşdur:
"Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".
Beləliklə, Minsk qrupu 28 il ərzində münaqişənin “həlli” prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi. Belə ki,

BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi icra olunmadı;

Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması istiqamətində səylər göstərilmədi;

məcburi köçkünlərin doğma yurdlarına geri qayıtması təmin edilmədi;

Təcavüzkar Ermənistana təzyiq olunmadı, o cəzalandırılmadı, əksinə işğalçı ölkə dəstəkləndi.
Əvəzində isə, Minsk qrupuna üzv ölkələrin bəziləri işğalçını açıq və gizli formada silahlandırmağa, maddi və mənəvi dəstək verməyə davam edirdilər.
2024-cü il sentyabrın 25-də Fransa prezidentinin BMT Baş Assambleyasında Ermənistanın regiondakı bölücü və qeyri-sabitliyə yönəlmiş addımlarına açıq dəstək verməsi isə deyilənləri bir daha sübut edir.
Ötən illər ərzində Minsk qrupu həmçinin münaqişənin həlli istiqamətində atılan bütün xoşməramlı təşəbbüslərə kölgə salmağa, digər beynəlxalq fəaliyyətlərə mane olmağa çalışır, onları sabotaj edir və ya etdirirdi. Misal üçün, bu xüsusda monopolist rolunda çıxış edən Minsk qrupu həmsədrlərinin 2016-cı il yanvarın 22-də verdikləri bəyanatda onlar bir sıra beynəlxalq təşkilatlara çağırış edərək, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və ya davam edən danışıqlar prosesini “çətinləşdirəcək” addımlardan geri çəkilmələrini tələb edirdilər. Əlbəttə ki, bu cür fəaliyyətlər Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupuna olan ümidləri də heçə endirirdi.
Bu il sentyabrın 16-da Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında da keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların (o cümlədən Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi institutunun – müəllifin qeydi) fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulamışdır. Eyni fikirləri dövlət başçısı bu il fevralın 18-də ATƏT-in Baş katibi Helqa-Mariya Şmidlə görüşündə də bildirmişdir.
Yekun olaraq bir daha xatırladaq ki, Minsk Qrupu Ermənistan-Azərbaycan arasındakı “Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. İndi nə münaqişə, nə “Dağlıq Qarabağ”, nə də bu yöndə danışıqlara ehtiyac var. Ortada hansısa mübahisəli məsələ yoxdur ki, həmsədrlər bu problemin həllinə vasitəçilik etsinlər. Azərbaycan Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Belə olduğu halda, ATƏT-in Minsk qrupu aktuallığını itirmiş və adı yalnız kağız üzərində qalmış bir təsisatdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!