Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü .....                        "Neftçi"dən növbəti qələbə .....                        İtaliyadan Ukraynaya hərbi yardım .....                        İsrail genişmiqyaslı quru əməliyyatına başladı .....                        Nigeriyada bərə qəzası - 37 nəfər öldü .....                        Hindistanda yanğın - 17 ölü .....                        Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir .....                        Prezidentin nəvəsi dünya çempionu oldu .....                        Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var .....                       
5-02-2024, 20:00
Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı


Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.
"Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. "Bir millət, iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq", - paylaşımda bildirilir.
5-02-2024, 19:33
İsveçin NATO-ya qəbuluyla bağlı müzakirə baş tutmadı


İsveçin NATO-ya qəbuluyla bağlı müzakirə baş tutmadı

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya qəbul olunması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.
Parlamentin vitse-spikeri Şandor Lejakın məlumatına görə iclasda yetərsay olmayıb.
Parlament mandatlarının əksəriyyətinə sahib olan hakim partiyanın “Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin toplaşdığı iclasda iştirakdan imtina edib. İclasa 199 deputatdan yalnız 51-nin gəldiyi bildirilir.
“Macarıstan Vətəndaş Birliyi” fraksiyasının lideri Mate Koçiş əvvəlcədən bildirmişdi ki, hakim partiyadan olan deputatlar iclasda iştirak etməyəcək. Onların fikrincə, İsveçin NATO-ya müraciətinin ratifikasiyası parlamentin növbəti sessiyasının əvvəlində baş tuta bilər, lakin bunun üçün iki Baş nazir Budapeştdə görüşməlidir. Əgər isveçlilərin alyansa qoşulması vacibdirsə, o zaman “Türkiyəyə getdikləri kimi” Budapeştə də gələcəklər.
Yanvarın 23-də Macarıstanın Baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristersonu krallığın NATO-ya daxil olması ilə bağlı danışıqlara dəvət etmişdi. O, əvvəlcə razılaşsa da, sonradan fikrini dəyişərək Budapeştə Macarıstan parlamenti sazişi ratifikasiya etdikdən sonra səfər edəcəyini bildirmişdi. Fevralın 1-də iki ölkənin liderləri Brüsseldə Avropa İttifaqının sammitində görüşüblər.
Xatırladaq ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzlüyünə qəbul olunmasına razılıq verib.
5-02-2024, 19:16
“Yeni Bakı” yaşayış kompleksində yanğın: 92 yaşlı kişi yanaraq kül oldu


“Yeni Bakı” yaşayış kompleksində yanğın: 92 yaşlı kişi yanaraq kül oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin meyiti aşkar olunub.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
5-02-2024, 19:10
Xaçaturyan Macarıstana səfər etdi


Xaçaturyan Macarıstana səfər etdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Macarıstana səfər edib.
Bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, səfər zamanı Macarıstan Prezidenti Katalin Novak, digər hökumət rəsmiləri və yerli erməni icması ilə görüşəcək.
5-02-2024, 19:04
İrandakı səfirliyimizə hücum etmiş şəxs barəsində edam hökmü oxundu


İrandakı səfirliyimizə hücum etmiş şəxs barəsində edam hökmü oxundu

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.
Bu barədə İran Ədliyyə Nazirliyi məlumat yayıb.
Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
5-02-2024, 18:43
Tovuzda azyaşlı qızılcadan öldü


Tovuzda azyaşlı qızılcadan öldü

Tovuzda azyaşlı xəstəxanada ölüb.
Bu barədə APA məlumat yayıb.
Rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
5-02-2024, 18:04
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıdadır


Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıdadır

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.
Müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.
Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.
5-02-2024, 17:54
Cəbrayılda seçkiyə hazırlıq prosesi başa çatdı


Cəbrayılda seçkiyə hazırlıq prosesi başa çatdı

Cəbrayılın işğaldan azad olunan ərazilərində 4 seçki məntəqəsi yaradılıb və 3480 seçici qeydə alınıb.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə ümumilikdə, 83 seçki məntəqəsi var və 56 min 439 seçici qeydə alınıb. Məntəqələrindən 4-ü işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək.
Belə ki, 1184 nəfər Cəbrayıl şəhəri ərazisindəki 80 saylı seçki məntəqəsində, 1382 seçici 83 saylı seçki məntəqəsində, 419 seçici rayonun Soltanlı kəndi ərazisində Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində, 495 nəfər isə rayonun Daşkəsən kəndi ərazisindəki 82 saylı seçki məntəqəsində səs verə biləcək. Qeyd edək ki, seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə 11 məntəqə Biləsuvar rayonu ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla, dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.
5-02-2024, 17:41
Sabir Bilalov işindən ayrıldı


Sabir Bilalov işindən ayrıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov işdən çıxıb.
Bu barədə o, özü məlumat verib.
O, media nümayəndələrinə müraciət də edib:
"Hörmətli media nümayəndələri! Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsindən öz istəyimlə ayrıldım. Qurumun fəaliyyəti ilə bağlı sualları və sorğuları artıq mən cavablandırmıram. Xahiş edirəm nəzərə alasınız".
S.Bilalov bu vəzifəyə ötən ilin iyun ayında təyin edilmişdi.
5-02-2024, 17:32
Bloqer Rəşad Ramazanovun məhkəməsi başa çatdı


Bloqer Rəşad Ramazanovun məhkəməsi başa çatdı

Bloqer Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, R.Ramazanov qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Ramazanovun 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. R.Ramazanov əvvəllər də narkotik dövriyyəsinə görə məhkum edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!