Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
24-09-2024, 12:56
Bakıya yağış, rayonlara dolu və qar yağacaq - Sabahın havası


Bakıya yağış, rayonlara dolu və qar yağacaq - Sabahın havası

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacaq.
24-09-2024, 12:46
Livandakı azərbaycanlılar təxliyə olunur? - XİN-dən AÇIQLAMA


Livandakı azərbaycanlılar təxliyə olunur? - XİN-dən AÇIQLAMA

Livandan azərbaycanlıların təxliyəsi ilə bağlı müraciət daxil olmayıb.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
"Livanda azərbaycanlıların sayı cüzidir. Təxliyə üçün müraciət daxil olmayıb",- deyə o bildirib.
Qeyd edək ki, İsrailin Livana endirdiyi aviazərəbələr nəticəsində ölənlərin sayı 500-ə çatıb. Bəzi ölkələrin vətəndaşları Livandan təxliyə olunub.
24-09-2024, 11:30
Naxçıvan Baş nazirinin müavini vəzifəsindən azad edildi


Naxçıvan Baş nazirinin müavini vəzifəsindən azad edildi

Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

24-09-2024, 11:14
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır - Mirzoyan


Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır - Mirzoyan

Ermənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır.
Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Bundan əlavə, A.Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə də danışıqlar aparıb. Tərəflər, həmçinin İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
24-09-2024, 10:24
"İran nüvə silahı əldə etmək niyyətində deyil” - Pezeşkian


"İran nüvə silahı əldə etmək niyyətində deyil” - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Görüşdə Yaxın Şərq hadisələri müzakirə olunub. Pezeşkian İsrailin Fələstinə və Livana hücumlarının İranda ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Pezeşkian çıxışının başqa bir yerində deyib: İran İslam Respublikası qonşu hökumətlərin, o cümlədən Fars körfəzi sahili ölkələrinin köməyi ilə regionda sabit sülh və təhlükəsizlik bərqərar etməyə çalışır.
"İran heç bir şəkildə nüvə silahı əldə etmək niyyətində deyil. Son 200 ildə biz heç bir müharibə və münaqişəyə başlamamışıq və biz əsasən sülh, təhlükəsizlik və əmin-amanlıq içində yaşamağa çalışırıq", - o vurğulayıb.
24-09-2024, 00:24
Paşinyan "Türkevi"ndə Ərdoğanla görüşdü


Paşinyan "Türkevi"ndə Ərdoğanla görüşdü

Xəbər verdiyimiz kimi, Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesləri müzakirə edilib.
Türkiyə lideri Ermənistan və Azərbaycan daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.
23-09-2024, 23:18
Ərdoğanın Pezeşkianla ilk görüşü


Ərdoğanın Pezeşkianla ilk görüşü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pəzeşkianla görüşüb.
Dövlət başçıları arasında ilk görüş Nyu-Yorkda baş tutub.
Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də Yaxın Şərqdə gərginliyin artması müzakirə edilib.
Ərdoğan Türkiyə ilə İran arasındakı tarixi və mədəni əlaqələrin əməkdaşlığına töhfə verdiyini vurğulayıb. O, bütün sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
23-09-2024, 23:16
Azərbaycan bu ölkə ilə memorandum imzaladı


Azərbaycan bu ölkə ilə memorandum imzaladı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Keniya Respublikasının baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri, habelə çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
C.Bayramov iki ölkə arasında beynəlxaq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin təşəbbüslərinə göstərdiyi dəstəyə görə Keniya tərəfinə təşəkkür edib.
Görüş zamanı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin Keniyada səfirliyinin fəaliyyətə başlamasının münasibətlərin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə toxunaraq, bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, bu çərçivədə əməkdaşlıq perspektivlərindən ətraflı bəhs edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Daha sonra, nazirlər arasında Azərbaycan və Keniya arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
23-09-2024, 22:25
İsrail Livana hücum əmri verdi - Müharibə başlayır?


İsrail Livana hücum əmri verdi - Müharibə başlayır?

İsrailin müdafiə naziri Yoav Qalant ordunun bütün Livan ərazisinə zərbələr endirəcəyini açıqlayıb.
Hücum əməliyyatı çərçivəsində İsrail ordusu Hizbullahın hərbi infrastrukturuna, o cümlədən silah anbarlarına hücum etmək niyyətindədir.
"Yüksək rütbəli komanda heyəti və raket anbarları da daxil olmaqla Livan boyu Hizbullah hədəflərinə qarşı zərbələri genişləndiririk", - nazir sosial media hesabında yazıb.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi bildirib ki, İsrail ordusu sentyabrın 23-də “önləyici hücum əməliyyatı”na başlayıb, məqsədi Hizbullahın son 20 ildə tikilmiş hərbi infrastrukturuna hücum etməkdir.
İsrail ordusunun nin məlumatına görə, sentyabrın 23-də hərbçilər Livanda Hizbullahın 1100-dən çox obyektinə hücum edib.
Benyamin Netanyahu videomüraciətində bildirib ki, uzun müddət Hizbullah mülki şəxslərdən qalxan kimi istifadə edib, evlərə və zirzəmilərə raketlər yerləşdirib.
“Bu raketlər birbaşa şəhərlərimizə, vətəndaşlarımıza yönəlib. Xalqımızı Hizbullah hücumlarından qorumaq üçün bu silahları məhv etməliyik. Bu səhərdən etibarən İsrail ordusu sizi təhlükə zonasını tərk etməyiniz barədə xəbərdar edir. Sizi bu xəbərdarlığı ciddi qəbul etməyə çağırıram”, - baş nazir özünün Telegram kanalında yayımlanan videoda bildirib.
N12 telekanalının məlumatına görə, sentyabrın 23-də İsrail hökuməti 48 saatlıq “xüsusi vəziyyət”in tətbiqinə qərar verib.
23-09-2024, 21:36
Ceyhun Bayramov həmkarı ilə sülhdən danışdı


Ceyhun Bayramov həmkarı ilə sülhdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici ilər naziri Paulo Rangel ilə görüşüb.
Bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin məsələləri, həmçinin iqtisadiyyat, investisiyalar, enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat və rabitə sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Portuqaliyanın xarici işlər nazirinə Azərbaycanın regionda münaqişədən sonrakı reallıqlar, yenidənqurma və sülh təşəbbüsləri barədə məlumat verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!