Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı .....                        Zakir Həsənov İsrailə getdi - Görüşlər keçirdi .....                        SSRİ bayrağına görə oğlu da işdən qovuldu .....                        Yeni Roma Papasının müsəlmanlara münasibəti .....                        Əsgər yoldaşını "yetim" sözünə görə öldürübmüş .....                        Azərbaycan ərazilərinin işğalında iştirak etmişəm! - Sahakyandan etiraf .....                        Köçəryan özünü həkimə göstərsin! - Spikerdən eks-prezidentə sərt cavab .....                        Tələbə faciəvi şəkildə vəfat etdi: yayda əsgər gedəcəkdi .....                        Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı .....                       
2-02-2024, 13:27
Qurban Qurbanov AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirdi


Qurban Qurbanov AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirdi

“Belə bir informasiyanın çıxacağına inanmıram, çünki olmayıb. Müqavilə bağlanarkən də, pozularkən də orada hamı mənim tanıdıqlarım idi”.
Bu sözləri futbolinfo.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan milli komandasında işlədikdən sonra müqaviləsinin erkən pozulmasına görə AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirib:
“İlk növbədə prezident Rövnəq Abdullayev. Rövnəq müəllim və mən olan yerdə belə söhbət, ümumiyyətlə, ola bilməzdi. Abdullayevlə tanışlığımız hələ “Neftçi”dən başlayıb, bir yerdə işləmişik. İTV-dəki müsahibəmdə də demişəm, bəli, 6 illik danışılmışdı, rəsmi olaraq isə 3 illik müqavilə bağlanıldı. Bütün rəsmi müqavilələrdə bənd olur ki, əgər klub və ya federasiya tərəfindən əməkdaşlığa son qoyularsa, qalan dövrün təzminatı verilməlidir. Belə söhbətlərin yayılması xoş deyil, amma məndə də bu bənd var idi, işdən çıxarılacağım halda təzminatı almalıydım. Detallara girmək istəmirəm, amma işbirliyi başa çatanda mənə deyildi ki, təzminat da ödəniləcək. Mən həmən cavab verdim ki, narahat olmayın, mən təzminat məbləğini götürməyəcəm. AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovla təkbətək söhbətimiz oldu, o mənə bu barədə dedi. Daha sonra İcraiyyə Komitəsinin ümumi iclasında Rövnəq müəllim də bildirdi ki, təzminatı alacaqsan. Hər iki söhbətdə bildirdim ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlmişdim. İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm və götürmədim də. O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s. xərcləmək daha məqsədəuyğundur. Bir il işləyib üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim”.
2-02-2024, 12:14
Sabahın havası


Sabahın havası

Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
1-02-2024, 23:12
Sosial şəbəkələrdə gündəmə düşən yeniyetmənin atası üzr istədi


Sosial şəbəkələrdə gündəmə düşən yeniyetmənin atası üzr istədi

Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn yeniyetmə Afiyəddin Cəlilovun atası Nihat Cəlilov oğlunun davranışılarına görə ictimaiyyətdən üzr istəyib.
O, bu barədə Baku TV-yə danışıb:
“Son zamanlarda olan bu hadisələr təbii ki, ailəmizi çox sarsıtdı. Oğlumun etdiyi hərəkətlər kiməsə mənəvi zərəri olubsa, hamıdan üzr istəyirəm. Bu hələ yeniyetmədir. Afiyyədin Bakıda tibb müəssisələrinin birində müalicəsini davam etdirir. Hər kəsə anlayışına görə təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin metroda, avtobusda qeyri-adekvat hərəkətləri ilə gündəmə gəlib.
Yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
1-02-2024, 22:22
Sahibə Qafarova Fransanın davranışlarını kəskin tənqid etdi


Sahibə Qafarova Fransanın davranışlarını kəskin tənqid etdi

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Azərbaycana qarşı davranışlarını kəskin tənqid edib.
O, diqqətə çatdırıb ki, Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir və Ermənistanı silahla təmin edir. Bu, sülhə xidmət etməyən və yeni münaqişəni alovlandırmaq niyyətində olan yanaşmadır.
Spiker, həmçinin qarşı tərəfin diqqətinə çatdırıb ki, məhz Azərbaycan işğal siyasətinin qurbanı olmağına baxmayaraq Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin münaqişənin başa çatmasından 3 il ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayınır, üzərinə götürdüyü öhdəliklərinin icrasını ləngidir.
Milli Məclisin sədri Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını, özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını tələb etdiyini bildirib. Bununla belə o, diqqətə çatdırıb ki, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları əksini tapır.
1-02-2024, 22:14
Zülfiyyə Xanbabayeva və Eldar Qasımov tanınmış şirkətin səfiri elan edildilər


Zülfiyyə Xanbabayeva və Eldar Qasımov tanınmış şirkətin səfiri elan edildilər

İsveçrənin seçilmiş yüksək saat markası olan “Raymond Weil” Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayevanı və gənc müğənni, “Avroviziya-2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovu brendin 2024-cü il üzrə Azərbaycandakı səfirləri elan edib.
Bu barədə fevralın 1-də Bakıda “Raymond Weil” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “VMF Company” MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib.
Mərasimdə “Raymond Weil” Zülfiyyə Xanbabayeva və Eldar Qasımovla tərəfdaşlığını bəyan edib.
Daha sonra Zülfiyyə Xanbabayeva “Raymond Weil” tərəfindən Freelancer Lady saat kolleksiyasının brilyant daşlarla işlənmiş xüsusi modeli üçün “Brendin Xanım Səfiri” nominasiyası ilə, Eldar Qasımov isə İsveçrədə bütün kateqoriyalar üzrə qalib seçilmiş Millesime Kişi Saatları kolleksiyası üçün “Brendin Bəy Səfiri” nominasiyası ilə təltif olunub.
“Raymond Weil” brendi yarım əsrdən çoxdur ki, öz adını mediada ən uğurlu musiqiçilərlə birgə işıqlandırır.
Bu gün dünyaca məşhur müğənnilərlə əməkdaşlıq edən “Raymond Weil” musiqiyə olan ehtiramını və sevgisini qlobal marketinq strategiyasında istifadə edərək bütün müstəvilərdə musiqiçiləri dəstəkləyir.
“Raymond Weil” uzun illərdir ki, isveçrəli saatsazın və onun ailəsinin adını daşıyaraq, saat modellərində bu ailənin köklü mədəniyyətini və musiqiyə olan sevgisini təcəssüm etdirir.
Müstəqil ailə şirkəti olaraq “Raymond Weil” kübar xanımlar və kişilər üçün təkrarolunmaz klassik və zərif saatların istehsalı ilə İsveçrə saat sənayesində xüsusi yer alır.
1976-cı ildə əsası qoyulan şirkət hal-hazırda markaya öz adını verən Raymond Weilin nəvəsi Elie Bernheim tərəfindən idarə edilir. Əsas mərkəzi Cenevrədə yerləşən şirkət ildən-ilə inkişafını davam etdirərək bu gün İsveçrədə lider mövqeyə malik saat şirkətlərindəndir.
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarında ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını alıcılara təqdim edir.
VMF Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevdir. VMF bu gün dünya şöhrətli 22 saat markasını bir arada toplayaraq, 22 satış məntəqəsində təmsil olunur.
1-02-2024, 21:50
Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz - Sahibə Qafarova


Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz - Sahibə Qafarova

Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
O xatırladıb ki, məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh danışıqlarını davam etdirməkdə maraqlıdır. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycan sülh istəyir və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Münaqişədən sonra işğaldan azad edilmiş torpaqlarda Azərbaycan hökumətinin başlatdığı irimiqyaslı bərpa-quruculuq işləri barədə danışan Milli Məclisin sədri, deyib ki, bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Bu, Azərbaycanın yeni müharibədə maraqlı olmadığının sübutudur. O, Azərbaycan xalqının sülh istədiyini bildirib, ölkəmizin bu regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərini qeyd edib.
1-02-2024, 21:09
Bayrağını sevən millətini də sevər


Bayrağını sevən millətini də sevər

Aylardır tibb müəssisələrində süründürməçiliyə, qaşqabaqlı tövrlə get gələ salınan birinin qəfildən xoş rəftarla qarşılanması doğrudan doğruya adamı heyrətləndirir. Məni heyrətləndirən 19 Saylı Şəhər Poliklinikasında bir həftədir düyünə düşmüş Dövlət tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün Göndəriş Vərəqəsinin bir anda tilsiminin qırılması oldu.
Beləki Elmi Tibbi Bərpa Mərkəzinin sığorta məsləhətçisi bizi səmimiyyətlə, gülərüzlə qarşılayıb müşkülümüzü çözdü. Onun yardımı sayəsində Göndəriş Vərəqəsi təzələnərək sistemə daxil edildi, elə həmin an da təsdiqləndi. İşimiz bitəndən sonra həmin otağa qayıdıb məsləhətçinin ad, soyadını soruşdum. Behbudova Aynur Cavanşir qızı,-dedi. Şəklini çəkməyə icazə istədim. Səbəbini soruşdu. Təşəkkür yazacağımı bildirdim. Nə təşəkkürü deyə, təəccübləndi. “Vətəndaş məmnunluğu təşəkkürü”,- dedim. Mən öz işimi görürəm, vəzifə borcumu yerinə yetirirəm,-dedi. Ona görə də heç bir təmənnam yoxdur.
Hər kəs öz işini belə vicdanla, görmür. Öz vəzifə borcunu sizin kimi ləyaqətlə yerinə yetirmir, deyə fikrimi bildirdim. Aynur xanımın iş yoldaşı, Elmi Təqdiqat Tibbi Bərpa Mərkəzinin “Xəstə xidmətləri” şöbəsində I və II Qarabağ Müharibəsinin iştirakçiları,veteranları, qaziləri və şəhid ailələrinin məsələləri ilə məşqul olan
İbrahimova Təranə İslam qızı sözümə sökək verdi. Dedi Aynur, axır ki, sənin də işinə, zəhmətinə bir qiymət verən tapıldı.
Sözün düzü, indiki qarışıq zəmanədə iş yoldaşının uğuruna, xoş halına belə ürəkdən sevinən, canfəşanlıqla onun haqqını tanıdan az-az tapılar. Təranə İbrahimova Aynur Behbudovanın bütün tərcümeyi halını danışdı:
Sumqayıtda yaşamasına baxmayaraq bu uzaq yolu çox həvəslə gedib gəlir. Səhər saat səkkizin yarısında, ən gec gələndə səkkizdə işinin başında olur. Artıq kifayət qədər iş təcrübəsi də var. 1997-ci ildə Şəki Tibb Kollecini bitirib. Elə həmin ildə Sumqayıt şəhər Uşaq xəstəxanasında tibb bacısı kimi əmək fəaliyyətinə başlayıb. Sonra Mərkəzi Neftcilər Xəstəxanasının Təcili Tibbi Yardım bölməsində əmək fəaliyyətini davam etdirib. 2017-ci ildə İcbari tibbi sığorta Pilot Layihəsi Yevlax Rayon Mərkəzi Xəstəxanasında Tibb bacıları şöbəsinin müdiri vəzifəsində işləyib. 2021-ci ildən bəri Elmi Tibbi Tədqiqat Bərpa Mərkəzində sığorta məsləhətçisi vəzifəsində çalışır.
Aynur Behbudovanın ən böyük və ən müqəddəs vəzifəsi ana olmasıdır. O, Vətən Müharibəsində döyüşən iki oğul böyüdüb. Elə taleyini də Birinci Qarabağ Müharibəsinin veteranı Behbudov Elşən Əkbər oğlunun taleyinə bağlaması da Vətən sevgisinin bir əlamətidir. Odur ki, iş masasının üstündə də Azərbaycan bayrağı cilvələnir. Aynur xanım isə bayrağımızı sevgidolu baxışlarıyla oxşayır.
Zənnimcə bayrağını sevən hər bir kəs, millətini də sevər dövlətini də və o dövlətin vətəndaşlarına vicdanla, ləyaqətlə xidmət edər. Aynur Behbudova kimi...
P.S. Süründürməçilər barədə növbəti buraxılışlarımızda
İşinə məsuliyyətlə, vətəndaşlara sayğı ilə yanaşanlara sayğıyla:
Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyinin sədri

1-02-2024, 21:03
Prezident gənclər günüylə bağlı paylaşım etdi


Prezident gənclər günüylə bağlı paylaşım etdi

Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər".
1-02-2024, 20:40
Rusiya Ermənistanın əsas tərəfdaşı ola bilməz - Paşinyan


Rusiya Ermənistanın əsas tərəfdaşı ola bilməz - Paşinyan

Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində bildirib.
O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib.
"Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi", - Paşinyan qeyd edib.
1-02-2024, 20:03
Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur - Paşinyan


Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur - Paşinyan

Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İctimai radioya müsahibəsində deyib.
“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o bildirib.
Paşinyan yeni konstitusiya üçün referendumun keçirilməsini də şərh edib:
"İndi çox danışılır ki, hakimiyyət konstitusiyaya dəyişiklik edir, hakimiyyət filan edəcək. Hökumət bununla bağlı heç nə edə bilməz. Hökumət yeni jonstitusiyanı qəbul edə bilməz, hökumət onu xalqa təklif edə bilər, xalqla danışa bilər, izahatını verə bilər və bu qərarı ancaq xalq verə bilər".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə isə Türkiyəyə qarşı iddia irəli sürülüb.
Ölkə Konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verərsə, yeni iqtidar Konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb.
Ermənistanda yeni Konstitusiyaya dair müzakirələrin başlanması isə İrəvanın Bakının tələbini nəzərə aldığını göstərir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!