Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
31-01-2024, 15:54
Sülhün bərqərar olması üçtərəfli razılaşmaların həyata keçirilməsidir


Sülhün bərqərar olması üçtərəfli razılaşmaların həyata keçirilməsidir

Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icra olunmasıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirərkən deyib.
“Biz əminik ki, Cənubi Qafqazda sabitliyin, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı üçtərəfli razılaşmaların tez bir zamanda ən yüksək səviyyədə həyata keçirilməsidir”, - o qeyd edib.
Zaxarovanın sözlərinə görə, bu, Bakı ilə İrəvanın barışmasının alternativsiz yol xəritəsidir. Buraya sülh müqaviləsinin hazırlanması da daxildir.
Xatırladaq ki, 28 yanvar tarixində Paşinyan Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib.
31-01-2024, 14:26
ABŞ mətbuatı Qarabağ zəfərimizdən bəhs etdi


ABŞ mətbuatı Qarabağ zəfərimizdən bəhs etdi

“Azərbaycan keçən il son həlledici hərbi qələbə ilə ərazi bütövlüyünü təmin etməyə müvəffəq olduğu halda, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı məğlubiyyətə uğratmaq və 130-a yaxın israilli girovu azad etmək üçün hələ də mübarizə aparır. İsrail hələ də HƏMAS-ı məğlub etməyə çalışarkən Azərbaycanın bu böyük uğurunun səbəbləri təbii maraq doğurur”.
Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ABŞ-ın populyar “The Jewish Press” nəşrində dərc olunmuş məqaləsində yazıb.
“Azərbaycanın Qarabağdakı qələbəsi İsrailin Qəzza zolağındakı müharibəsi ilə necə müqayisə olunur?” sərlövhəli məqalədə bir çox tanınmış siyasi ekspertlərin fikirləri yer alıb. Müxtəlif təhlillərin əks olunduğu məqalədə qeyd olunub ki, Azərbaycandan fərqli olaraq, İsrail tunellər qazaraq orada müdafiə olunan terror təşkilatı ilə mübarizə aparır. Hərbi strategiyası zamana və tunellərə hesablanan HƏMAS İsrailin tunellərdə vaxtını tükədərək mübarizəni dayandıracağına ümid bəsləyir.
Eyni zamanda ekspertlər Azərbaycanın Ermənistan üzərində qələbəsini bir neçə faktorla izah eməyə çalışıblar. Bildirilib ki, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqləri olan Azərbaycan işğala uğramış ölkə olduğu üçün bütün məqsədlərini öz torpaqlarının azad olunması istiqamətində səfərbər edib. Son 30 ildə Birinci Qarabağ müharibəsinin eyforiyasına düşən, habelə yeritdiyi yanlış xarici siyasət nəticəsində etibarlı müttəfiqlər qazanmağa müvəffəq olmayan işğalçı Ermənistanda isə əsassız özünəinam hissi yaranıb.
Məsələ ilə bağlı fərqli yanaşmalar ortaya qoyan ekspertlər bütün hallarda 30 ilə yaxın reallaşmayan ədaləti, beynəlxalq hüququn prinsip və normalarını öz gücünə gerçəkləşdirən Azərbaycanın tarixi uğurunu yüksək qiymətləndiriblər. Həmçinin diqqətə çatdırılıb ki, həm Azərbaycan, həm də İsrail yekun sülhə nail olmaq üçün bütün səylərini toplamalı və qətiyyətli addımlar atmalıdırlar. Kiminsə gəlib münaqişə tərəfləri arasında sülhə nail olmasını gözləmək omaz, çünki hər tərəf öz maraqlarına xidmət edir. Vaxtilə Qarabağın azad olunmasını utopiya adlandıranlara üz tutan eksperlər Ermənistanın davamlı şəkildə sülhdən yayınmaq cəhdlərinə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini əsirgəməyəcəyinə inamlarını ifadə ediblər.

31-01-2024, 00:00
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.
1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb.
Beş ildən sonra o, vətənə qayıdır. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib.
Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri isə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.
1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.
İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır.
İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.
M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.
1993-cü il yanvarın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti M.Ə.Rəsulzadənin abidəsinin layihələşdirilməsi və ucaldılması barədə qərar qəbul edib. O vaxt qəranın icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyi hətta görkəmli heykəltəraş Ömər Eldarova müraciət edərək heykəlin layihəsinin hazırlanmasını ona həvalə edib. Dana sonra nazirlik Bakı İncəsənət Mərkəzi ilə müqavilə bağlayıb, heykəlin işçi modeli və layihəsi üçün müvafiq məbləğ də ödəyib. Lakin iş elə bu mərhələdəcə yarımçıq qalıb. 1993-cü ildə Rəsulzadəyə qoyulacaq heykəl üçün hətta Rusiyadan baha qiymətə mərmər daşları da alınıb gətirilibmiş. Həmin daşlar bir müddət Ö.Eldarovun emalatxanasında saxlanıldıqdan sonra başqa iş üçün istifadə edilib.
M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.
Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Amma hər dəfə meriyadan verilən cavabda bildirilib ki, heykəlin qoyulmasına guya, maliyyə vəsaiti yoxdur.
2013-cü il noyabrın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cübhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
30-01-2024, 23:51
UEFA Azərbaycan Premyer Liqasının 9 klubuna ödəniş etdi


UEFA Azərbaycan Premyer Liqasının 9 klubuna ödəniş etdi

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
30-01-2024, 23:07
“Klon”nun məşhur aktrisası vəfat etdi


“Klon”nun məşhur aktrisası vəfat etdi

Məşhur “Klon” serialında "Zorayde" obrazını canlandıran aktrisa Candira Martini vəfat edib.
O, 78 yaşında həyatla vidalaşıb.
Aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.
30-01-2024, 22:21
Növbəti köç karvanı Laçına çatdı - Doğma yurduna qovuşan ailələr belə sevindi - FOTO


Növbəti köç karvanı Laçına çatdı - Doğma yurduna qovuşan ailələr belə sevindi - FOTO

Yanvarın 30-da Bakının Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə Laçına daha 23 ailə - 72 nəfər köçürülüb. Bununla da Laçında 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.




30-01-2024, 21:39
Məşhur türkiyəli jurnalistdən İlham Əliyevə dəstək


Məşhur türkiyəli jurnalistdən İlham Əliyevə dəstək

Türkiyəli məşhur jurnalist Esra Gezginci növbədənkənar prezident seçkilərində İlham Əliyevə dəstək ifadə edib.
Bu barədə o, özünün "X" hesabında yazıb.
"Odlar yurdu, küləklər yurdu, Qəhrəmanlar yurdu, Əziz Azərbaycan... 2024-cü il fevralın 7-də Azərbaycan xalqı Prezident seçkiləri və demokratiya üçün səsverməyə gedir. Ali Baş Komandan kimi Prezident İlham Əliyev, 44 günlük müharibədə və sonrasında Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan xalqının və bütün türk dünyasının başını ucaltdınız, hamımızın ürəyində haqlı qürur mənbəyi oldunuz.
Hörmətli Prezident İlham Əliyev öz rasional, müdrik mövqeyi və siyasəti ilə siyasi, iqtisadi və hərbi baxımdan böyük uğurlar qazanıb. Gördüyünüz işlər Azərbaycan xalqı və dövləti üçün unudulmaz və heyrətamizdir. Uğurlarınızı davam etdirməyiniz və Azərbaycan xalqı və Dövləti naminə yenidən seçilməyiniz vacibdir. Bu seçkilərdə yenidən Prezident seçilməyiniz üçün qəlbimiz və dualarımız sizinlədir. Allah köməyiniz olsun", - xanım jurnalist bildirib.
Qeyd edək ki, Esra Gezginci "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısıdır.
Azərbaycana həsr olunan proqramda paytaxt Bakıdan başlayan çəkiliş ölkənin digər bölgələrində davam etdirilib. Verilişin çəkilişi zamanı Qarabağa səfər təşkil olunub.
Esra Gezginci verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
30-01-2024, 21:12
“Qarabağ” 7 qolla oyunu sonlandırdı


“Qarabağ” 7 qolla oyunu sonlandırdı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Günün ikinci matçında “Qarabağ” Masazırda “Sabah”ın qonağı olub.
Ağdam təmsilçisi rəqibini 7:1 hesabı ilə darmadağın edərək cavab matçı üçün “Sabah”a ümid yeri saxlamayıb.
Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.
30-01-2024, 20:46
Gəncədə 9 yaşlı oğlan su anbarına düşdü - VİDEO


Gəncədə 9 yaşlı oğlan su anbarına düşdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.

30-01-2024, 20:02
İtaliyada yaşayan soydaşlarımız etiraz aksiyası keçirdi - FOTO


İtaliyada yaşayan soydaşlarımız etiraz aksiyası keçirdi - FOTO

Roma şəhərinin məşhur “Piazza dei Santi Apostoli” meydanında İtaliyada yaşayan Azərbaycan icmasının dinc etiraz aksiyası keçirilib.
Azərbaycan-İtaliya Gənclər Assosiasiyası və Azərbaycan Diaspor Gənclərinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistan tərəfinin Azərbaycan ərazisində ekoloji terroru davam etdirməsi, regionda sülhə əngəl törətməsi, mina xəritələrini Azərbaycana təhvil verməməsi, beynəlxalq hüququn tələblərini və insan haqlarını pozması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edilib.
“Biz sülh istəyirik!”, “Mina terrorunu dayandırın!” və başqa şüarları nümayiş etdirən aksiya iştirakçıları beynəlxalq birlikdən ədalət tələb ediblər.
Xatırladaq ki, hazırda Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində eyni xarakterli silsilə tədbir və aksiyalar keçirir.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!