Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib - FOTO .....                        Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                       
5-01-2025, 16:45
"AZAL" təyyarəsinin qəzası: İlkin hesabat yanvarın sonunda açıqlanacaq


"AZAL" təyyarəsinin qəzası: İlkin hesabat yanvarın sonunda açıqlanacaq

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.
Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və ICAO-nun 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.
Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.
Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
5-01-2025, 16:20
İsrail Qəzzada 100-dən çox hərbi obyektə hücum etdi


İsrail Qəzzada 100-dən çox hərbi obyektə hücum etdi

İsrail Ordusunun Hərbi Hava Qüvvələri Fələstin anklavından yəhudi dövlətinə davam edən raket hücumlarına cavab olaraq son günlər Qəzza zolağı boyunca 100-dən çox hərbi hədəfə hücum edib və onlarla silahlı radikalı zərərsizləşdirib.
Bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
"Terror təşkilatı HƏMAS həftə sonu Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə raket və mərmi atıb. Kəşfiyyat orqanlarının başçılıq etdiyi əməliyyatda İsrail Ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağının hər yerində 100-dən çox terrorçu hədəfi vurub və HƏMAS-ın onlarla terrorçusunu məhv etdi", - açıqlamada deyilir.
Bundan əlavə, İsrail Ordusu ölkə ərazisini atəşə tutmaq üçün istifadə olunan bir sıra buraxılış qurğularına zərbələr endirib. Ordu qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb.
Yanvarın 1-də yəhudi dövlətinin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələri tərəfindən atəş davam etsə, İsrail Qəzza zolağına “görünməmiş güc” zərbələri endirmək niyyətindədir.
5-01-2025, 16:02
Qəzzada ölən fələstinlilərin sayı 46 minə çatır


Qəzzada ölən fələstinlilərin sayı 46 minə çatır

Qəzzada son sutkada 88 fələstinli ölüb, 208 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 45 805, yaralananların sayı 109 064 nəfərə çatıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.
5-01-2025, 15:46
Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı


Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.
O, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.
Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
5-01-2025, 15:17
Qazaxda narkokuryerlər saxlanıldı


Qazaxda narkokuryerlər saxlanıldı

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 33 yaşlı Müsabi Piriyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkarlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əhmədov da saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
5-01-2025, 14:21
Mərhum aktyor dəfn olundu - Son dəfə eyni kadrda oldular


Mərhum aktyor dəfn olundu - Son dəfə eyni kadrda oldular

Mərhum aktyor Azər Baxşəliyev dəfn olunub.
O, Qurd Qapısı qəbiristanlığında son mənzilə yola salınıb.
Dəfində aktyorun ailə üzvləri, yaxınları və dostları iştirak ediblər. Mərhumun dostları və həmkarları İlkin Həsəni - “Şəmi”, Ramil Babayev - “Şöşü” və Elşən Orucov - “Fəlakət” onunla vidalaşıblar.
“Bozbash Pictures”lə məşhurlaşan komanda sonuncu dəfə eyni kadrda yer alıb.
5-01-2025, 14:10
Sabah bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat başlayır


Sabah bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat başlayır

Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.
Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanacaq, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.
5-01-2025, 14:02
Fuad Poladovun adı Bakıda bu küçəyə verilib - FOTO


Fuad Poladovun adı Bakıda bu küçəyə verilib - FOTO

Görkəmli teatr və kino aktyoru, mərhum Xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.
Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib. Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir. Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aparılmasının vacibliyini bildiriblər.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may 24-də Bakıda anadan olub. 132 nömrəli tam orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Həmin tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı rollar yüksək bədii dəyərli səhnə surətləridir.
Fuad Poladov 29 mart 2002-ci ildə Akademik Milli Dram Teatrında Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb. Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarıb.
Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Fuad Poladov 1987-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.


5-01-2025, 13:44
Erməni generalın həbs səbəbi açıqlandı


Erməni generalın həbs səbəbi açıqlandı

Yanvarın 5-də məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib.
Hakim Masis Melkonyan müstəntiqin vəsatətini təmin edib və general-leytenant haqqında belə qərar çıxarıb.
Bu barədə Xaçatryanın vəkilləri məlumat yayıblar.
T.Xaçatryanın 44 günlük müharibə ilə bağlı ittihamlarla saxlanıldığı bildirilir.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti Xaçatryana qarşı ittihamı şərh edib.
İddiaya görə, 2020-ci il oktyabrın 7-dən oktyabrın 17-dək olan müddətdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olmuş Tiran Xaçatryan öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib. O, Cənub qrupu üçün nəzarət mərkəzi yaratmayıb və döyüş əməliyyatları zamanı nəzarət üçün xarakterik olan bir sıra tədbirləri tam həyata keçirməyib, bu da səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub.
“Sonuncunun hərəkətləri müdafiənin uğursuzluğuna gətirib çıxarıb, komandanlıq və idarəetmə sisteminə zərbə vurub, qarşıya qoyulmuş döyüş tapşırığının icrası pozulub, nəticədə düşmən yaranmış vəziyyətdən istifadə edərək strateji yüksəklikləri maneəsiz ələ keçirib”, - İstintaq Komitəsinin məlumatında bildirilib.
Vəkillər bildiriblər ki, məhkəmə qərarından ən qısa zamanda apellyasiya şikayəti veriləcək.
"Xaçatryana fərqli yanaşma tətbiq olunur, o, fəal siyasi və vətəndaş mövqeyinə görə cəzalandırılır”, - vəkillər deyiblər.
5-01-2025, 13:23
Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək


Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək

Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək.
Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
O, söyləyib ki, Ankara prosesə müdaxilə edəcək: “Yeni dövrdə Suriya yenidən qurulacaq, infrastruktur, turizm, ticarət kimi sahələr yenidən qurulacaq. Biz bu prosesə töhfə verəcəyik. Yeni mərhələdə qonşumuz Suriyanın yanında olacağıq”.
C.Yılmaz, həmçinin Qərb dünyasını Bəşər Əsəd rejiminə qarşı vaxtı ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb: “İndi yeni Suriya, yeni mühit var. Odur ki, sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını arzulayıram”.
Vitse-prezidentin sözlərinə görə, Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılması bu ölkənin bərpasına töhfə verəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!