Bakıda qəza zamanı 3 nəfər ölməsi xəbəri yanlışdır - RƏSMİ .....                        Cəbrayıl 5 ildir ki AZADDIR .....                        İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı .....                        ABŞ Venezuela gəmisini vurdu .....                        4 nəfər dövlətə xəyanətdə ittiham olunur: biri hərbçidir .....                        Ərdoğandan Naxçıvan anlaşması ilə bağlı paylaşım .....                        Tarif Şurasından YENİ QƏRAR .....                        İmtahan nəticələri açıqlandı .....                        Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik! .....                       
20-07-2025, 17:26
Şuşa Media Forumunun iştirakçıları Ağdamda


Şuşa Media Forumunun iştirakçıları Ağdamda

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər.
Qonaqlar Ağdamdakı İmarət Kompleksi, Ağdam Sənaye Parkı, Ağdam Dəmir yolu və Avtovağzal Kompleksi ilə tanış olublar.
Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
20-07-2025, 16:57
Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda


Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.
Bu barədə TASS agentliyi öz mənbələrinə istinadən xəbər verib.
"Bəli, İstanbul məqbul məkandır", - mənbə bildirib.
20-07-2025, 16:40
Daha bi marşrutun avtobusları yenilənir


Daha bi marşrutun avtobusları yenilənir

26 nömrəli marşrutun avtobusları yenilənir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.
Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.
20-07-2025, 16:27
İran HHM sistemini yenidən qurdu


İran HHM sistemini yenidən qurdu

İran 12 günlük müharibə zamanı İsrailin Hərbi Hava Qüvvələri və ölkə daxilində yaradılmış gizli bazadan buraxılan pilotsuz uçuş aparatları vasitəsi ilə sıradan çıxardığı hava hücumundan müdafiə (HHM) sistemini yenidən qurduğunu bəyan edib.
Bunu İran Ordusunun Əməliyyat İdarəsinin rəis müavini kontr-admiral Mahmud Musəvi bildirib.
Mahmud Musəvi deyib ki, İsraillə müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə qurğuları əvəzlənib və hazırda ölkənin hava məkanı nəzarət altındadır.
20-07-2025, 16:01
Azərbaycanın MDB-nin iclasında iştirak etməmə səbəbi  - Hikmət Hacıyev AÇIQLADI


Azərbaycanın MDB-nin iclasında iştirak etməmə səbəbi - Hikmət Hacıyev AÇIQLADI

Azərbaycan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndirilmir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev qeyd edib ki, tədbir MDB ölkələrinin iştirakı ilə keçirilib: "Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır. Azərbaycan nümayəndə heyətinin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər. İclasda iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”.
20-07-2025, 15:52
Azərbaycanla D-8 arasında əməkdaşlıq müzakirəsi


Azərbaycanla D-8 arasında əməkdaşlıq müzakirəsi

3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) direktoru, səfir Mustafa Özcan Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə təşkilatın “X” səhifəsində qeyd edilib.
Qeyd olunub ki, görüşdə Azərbaycanla D-8 təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Səfir Özcan həmçinin Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə media və kommunikasiya sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüş keçirib.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
20-07-2025, 15:13
Çimərliklərdə gücləndirilmiş iş rejimi - FOTO


Çimərliklərdə gücləndirilmiş iş rejimi - FOTO

Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sahilboyu ərazilərin təmizliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməkdədir.
Departamentdən verilən məlumata görə, çimərliklərdə tullantı konteynerlərinin sayı artırılıb və yeni məişət tullantıları meydançaları salınıb.
Qeyd edilib ki, təmizlik işçiləri Bakıdakı bütün çimərliklər üzrə gücləndirilmiş iş rejiminə keçib və fasiləsiz olaraq çalışırlar. Bundan əlavə, istirahət üçün çimərliklərə üz tutan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, ətrafa atılan tullantıların həm insan sağlamlığına, həm də ekoloji mühitə mənfi təsirləri ilə bağlı məlumat verilir. Baki şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bir daha sakinlərə müraciət edərək tullantıların müəyyən edilmiş xüsusi yerlərə atılmasını xahiş edir.

20-07-2025, 13:55
Dövlət qulluğuna qəbul imtahanı keçirilir


Dövlət qulluğuna qəbul imtahanı keçirilir

İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.
DİM-in məlumatına görə, imtahanlar saat 11:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına da yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1648 nəfərin iştirakı nəzərdə tutulur.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyulun 21-dən avqustun 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

• ali təhsil haqqında sənədin surəti;

• əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 21 – 23 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
20-07-2025, 13:34
Gürcüstanın AB-yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı


Gürcüstanın AB-yə üzvlüyü dayandırıldı, hökumət tanınmadı

Gürcüstanın Avropa Birliyinə üzvlük istiqamətində irəliləyişi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim kimi tanımaması səbəbindən dayandırılıb.
Bu barədə Avropa Parlamentinin rəsmi X hesabında yayılan bəyanatda bildirilib.
"Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, AB-yə daxil ola bilməyəcək", - bəyanatda vurğulanıb.
Qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqını dəstəkləyir, lakin Gürcüstanın hazırkı hakimiyyətini tanımır.

20-07-2025, 13:02
Əbu-Dabi danışıqları konstruktiv keçib - Hikmət Hacıyev


Əbu-Dabi danışıqları konstruktiv keçib - Hikmət Hacıyev

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşü Bakı tərəfindən konstruktiv və işgüzar əsaslarda keçirilmiş kimi qiymətləndirilir.
Bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Danışıqların əsas xüsusiyyətlərindən biri onların hər hansı vasitəçilər və ya üçüncü tərəflərin iştirakı olmadan keçirilməsi oldu", - deyə Hacıyev qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!