Slovakiya ombudsmanının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib .....                        ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu .....                        Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı .....                        Azad bölgələrə mal-qara aparmağa icazə verilir .....                        İcra hakimiyyəti mühafizə xidmətinə 72 min manat ayırdı .....                        Qasım bəy Zakirə aid olmayan qoşmalar üzə çıxdı - AMEA açıqladı .....                        Hansı partiyaya nə qədər maliyyə yardımı ayrılıb? .....                        Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                       
5-02-2026, 17:14
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO


İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola saldılar.


5-02-2026, 17:09
Almaniyadan BYD və Changan-a rəqib gəlir


Almaniyadan BYD və Changan-a rəqib gəlir

Almaniyanın Volkswagen holdinqinə məxsus elektromobillərin satış sayı 2025-ci ildə Avropa bazarında aparıcı elektrik avtomobili satıcısı olmuş Tesla-nı keçib.
Volkswagen-nin yeni elektromobil markaları Çinin BYD və Changan modellərinə cavab olaraq hazırlanıb.
Avropa avtomoil sənayesi dərin durğunluqdan sonra dünyada qiymət-keyfiyyət uyğunluğuna görə, alıcıların üstünlük verdiyi Çin avtomobillərinin hökmranlığına son qoymalıdır.
5-02-2026, 17:03
Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO


Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.
Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

5-02-2026, 16:59
Bu icra başçılarının müavinləri ixtisara düşdü


Bu icra başçılarının müavinləri ixtisara düşdü

Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.
Həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib.
Belə ki, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.
Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:
Başçının birinci müavini,
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.
Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.
Hazırda Mingəçevirin icra başçısının müavinləri Məhluqə Cavadova (Birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Şirvanın icra başçısının isə birinci müavini hələ ki yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvanın başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir. Şöbə müdirinin müavini – sektor müdiri vəzifəsini icra edir.
Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür.
5-02-2026, 16:51
Amnistiya ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısında


Amnistiya ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısında

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində müğənni Dəniz Əsədova ifadə verib.
Qeyd edək ki, müğənni Dəniz Əsədova 2025-ci ilin dekabrında amnistiya aktı ilə azadlığa buraxılıb.
5-02-2026, 16:49
"Qurtuluş"un rəhbəri barədə məhkəmə qərarı


"Qurtuluş"un rəhbəri barədə məhkəmə qərarı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.
5-02-2026, 16:45
Sakinlər edam olunub, evləri yandırılıb - 170 ölü


Sakinlər edam olunub, evləri yandırılıb - 170 ölü

Silahlılar Nigeriyanın mərkəzi və şimalında bir sıra hücumlar həyata keçiriblər.
Hhadisələr nəticədə azı 170 nəfər həlak olub.
Məlumata görə, hücum edənlər sakinlərin əllərini bağlayıb, onları edam ediblər, evləri və mağazaları yandırıblar. Təhlükəsizlik qüvvələri sağ qalanları axtarır və hücum edənləri təqib edir.
5-02-2026, 16:40
Üçtərəfli işçi qrupu 2023-ün iyunundan toplaşmır - Lavrovdan reaksiya


Üçtərəfli işçi qrupu 2023-ün iyunundan toplaşmır - Lavrovdan reaksiya

Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlər Cənubi Qafqazda nəqliyyat problemlərinin həllinə imkan yaradır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla Moskvadakı görüşdə bildirib.
"Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görürük. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri səviyyəsində 2020-2022-ci illərdə razılaşdırılmış təməl, bizim fikrimizcə, regiondakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərinin həlli üçün aktuallığını qoruyub saxlayır", - deyə rusiyalı nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan bu qərarlardan əhəmiyyətli dərəcədə faydalanacaq və regionun normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır.
Lavrov xatırladıb ki, üç ölkənin baş nazir müavinləri liderlərin razılaşmaları əsasında qəbul edilən qərarlar barədə müntəzəm olaraq ünsiyyət qururlar.
Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun son iclası 2023-cü ilin iyun ayında Moskvada keçirilib.
5-02-2026, 16:36
Kahramanmaraşda Heydər Əliyev adına məktəb açıldı


Kahramanmaraşda Heydər Əliyev adına məktəb açıldı

Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi tamamlanıb. 26 yaşayış binasının yerləşdiyi bu kvartallarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. “Azərbaycan” məhəlləsi – Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.
Bunu Kahramanmaraşda AzərTac-a MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bildirib.
O qeyd edib ki, 2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə ağır faciənin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarının təşkili və zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədilə həm aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər olub.
Həmçinin zəlzələdən zərər çəkmiş əhalinin təcili sığınacaqla təmin edilməsi məqsədilə o dövrdə çadırlar və konteyner tipli mobil evlər də göndərilib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Belə ki, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir", - deyə F.Qurbanlı bildirib.
Onun sözlərinə görə, məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış obyekti istifadəyə veriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasiminin keçirildiyini, bir sıra mənzillərin açarlarının sahiblərinə təqdim olunduğunu xatırladan F.Qurbanlı dövlət başçılarının mənzillərlə, eləcə də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olduqlarını ifadə edib.
Aparat rəhbəri “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanmasının nəzərdə tutulduğunu bildirib.
5-02-2026, 16:32
Rusiya və Ukrayna əsirləri dəyişdilər: 157-ni 157-yə


Rusiya və Ukrayna əsirləri dəyişdilər: 157-ni 157-yə

Rusiya və Ukrayna arasında 157 hərbi əsir mübadiləsi aparılıb.
Rusiya Ukrayna əsirliyindən 157 hərbçini geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 157 hərbçisi təhvil verilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti 5 fevralda məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, BƏƏ və ABŞ mübadilədə vasitəçi kimi çıxış ediblər. Tərəflər Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı mübadiləni aparmaq barədə razılığa gəliblər. Məsləhətləşmələr 4 və 5 fevral tarixlərində baş tutub və Amerika tərəfi onları məhsuldar adlandırıb. Danışıqların ilk mərhələsi 23 və 24 yanvar tarixlərində baş tutub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!