Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
4-12-2022, 19:18
Ankaradan Fələstinə dəstək


Ankaradan Fələstinə dəstək

Türkiyə Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son günlər artan zorakılıq və mülki vətəndaş itkilərindən dərin narahatlığını ifadə edərək, məhkəməsiz qətlləri kəskin şəkildə qınayıb. Bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, İordan çayının qərb sahilində artan zorakılıq və mülki itkilərlə bağlı Ankara olduqca narahatdır: "Biz Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son zamanlar artan zorakılıqlardan və mülki insanların itkisindən çox narahatıq və məhkəməsiz qətlləri qətiyyətlə pisləyirik. İsrail hakimiyyətini bölgədə gərginliyin daha da artmasının və həyat itkisinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq. Fələstin dövləti və xalqına başsağlığı verir, hadisələrdə həyatını itirən fələstinlilərə Allahdan rəhmət diləyirik”.
4-12-2022, 19:12
Əsir düşən gürcü döyüşçülər öldürüldü


Əsir düşən gürcü döyüşçülər öldürüldü

Ukraynada 5 gürcü döyüşçüsü həlak olub. Onlar Rusiya tərəfinin Baxmut yaxınlığındakı artilleriya hücumundan sonra əsir götürülüb. Məlumata görə, əsir götürülmüş döyüşçülər qısa müddət sonra öldürülüb. Bildirilir ki, əsir götürüldükdən sonra öldürülənlər arasında Ukrayna əsgərləri də var. Gürcü döyüşçülərin həlak olması ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili başsağlığı verib.
4-12-2022, 14:49
Messidən yeni rekord


Messidən yeni rekord

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib. 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub. Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var. Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.
4-12-2022, 14:46
7 illik “Günəşli faciəsi”


7 illik “Günəşli faciəsi”

Bu gün “Günəşli” yatağında baş vermiş faciədən yeddi il ötür. 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin meyiti dənizdən tapılıb. Xatırladaq ki, qəza zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub. SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.
4-12-2022, 14:41
Amerikalı senatordan Gürcüstana mesaj


Amerikalı senatordan Gürcüstana mesaj

"Gürcüstan xalqı Avropa Birliyinə üzv olmaq istəyir. Təəssüf ki, biz hakimiyyətdən geriləmə görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Bunu amerikalı senator Cin Şahin deyib. "Amerikanın səsi"ni təmsil edən jurnalistin "Qafqazla bağlı keçirilən dinləmələr zamanı siz Dövlət Departamentinin nümayəndəsi Keren Donfrieddən Gürcüstanla bağlı siyasətə yenidən baxmağın vaxtı çatıb-çatmadığını soruşdunuz. Bununla nə demək istəyirdiniz?" sualına senator belə cavab verib: “Biz çalışırıq ki, bu və ya digər ölkə ilə bağlı istənilən regionda, bütün dünyada mütəmadi olaraq öz siyasətimizi dəyərləndirək. Həmin bəyanatda qeyd etdiyim kimi və burada təkrar edəcəyim odur ki, gürcü xalqı Avropa İttifaqına daxil olmaq istəyir. Təəssüf ki, biz hökumət tərəfdən geriyə addımlar görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Senatorun fikrincə, gürcü xalqı Qərbə köçmək və demokratiya istəyir: "Onlar indiyə qədər haqqında danışdığımız bütün azadlıqları istəyirlər. Biz onlara bunu etməkdə kömək etmək üçün yollar tapmalıyıq və hökumət baş verən geri çəkilmənin məhsuldar olmadığını, onları Gürcüstan xalqının getmək istədiyi yerə çatdıra bilməyəcəyini başa düşməlidir".
4-12-2022, 14:35
Kəlbəcər atəşə tutuldu


Kəlbəcər atəşə tutuldu

Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
4-12-2022, 14:29
Argentina millisi 1/4 final mərhələsində


Argentina millisi 1/4 final mərhələsində

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.
4-12-2022, 14:23
Qəzzadan İsrailə raket zərbəsi


Qəzzadan İsrailə raket zərbəsi

Qəzza zolağının ərazisindən İsrailə raket atılıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilir ki, rakar açıq əraziyə düşüb. Ölkənin cənubunda hava hücumu həyəcanı aktivləşdirilib. Yerli KİV hərbçilərə istinadən xəbər verir ki, insident nəticəsində ölən olmayıb.
4-12-2022, 14:20
Pakistanda silahlı münaqişə


Pakistanda silahlı münaqişə

Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimalında yerləşən Noşera bölgəsində patrul xidməti həyata keçirən polislər atəşə tutulub. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə zamanı üç polis əməkdaşı öldürülüb. Rəsmilər hücum edənlərin kim olduğu barədə məlumat verməyib. "Təhrik-e-Taliban Pakistan" terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
4-12-2022, 14:13
İranda Çinin baş konsulluğu açılacaq


İranda Çinin baş konsulluğu açılacaq

İranın Bəndər-Abbas şəhərində Çinin baş konsulluğu açılacaq. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, Bəndər-Abbasda Çin baş konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib. Rəsmilər konsulluğun açılmasının əlaqələrin yaxşılaşdırılmasını sürətləndirəcəyinə ümid etdiklərini bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!