16-11-2022, 16:25
Rusiya 7 milyondan çox ukraynalını işıqsız qoyduUkraynada Rusiyanın raket zərbələri nəticəsində 15 energetika obyekti zədələnib. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib. Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində 7 milyondan çox abonent işıqsız qalıb. Timoşenko, həmçinin vurğulayıb ki, Ukraynaya 90-dan çox raket atılıb, ölkənin hava hücumundan müdafiə sistemləri 70 raketi vurub. Qeyd edək ki, Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.
16-11-2022, 16:23
Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olduUkraynada daha bir azərbaycanlı döyüşçü həlak olub. Polkovnik-leytenant Samir Rüstəmov Xarkov istiqamətdə döyüşlərdə iştirak edib. O, hərbi əməliyyatlar zamanı dünyasını dəyişib. Məlumata görə, Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. O, subay olub. Mərhum bu gün Xarkov şəhərində dəfn olunub.
16-11-2022, 16:21
Rusiya Polşaya raket atdı - Ölənlər var Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevodov şəhərinə iki raket düşüb. Bu barədə Polşanın Zet radiostansiyası məlumat yayıb. Bildirilir ki, hadisə zamanı iki Polşa vətəndaşı həlak olub. Yerli polis, prokurorluq və Polşa ordusunun bölmələri hadisə yerinə cəlb olunub. Qeyd edək ki, bu gün Rusiya ordusu Ukraynaya kütləvi şəkildə raket zərbələri endirib. Polşaya düşən raketlərin Rusiya tərəfindən atıldığı güman olunur.
16-11-2022, 16:19
Müvəkkil Hüquq Mərkəzi Fransa Senatının qətnaməsinə etiraz edibFransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamə Qafqazda sülhün və sabitliyin yaradılmasına qarşı qərəzli münasibətin təzahürüdür. Fransanın mövqeyi bir daha sübut edir ki, uzun müddət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün təsis edilmiş ATƏT-in Miniski qrupuna həmsədirlik etmiş Fransa höküməti məhz qərəzli mövqeyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə mane olmuşdur. Azərbaycan dövləti münaqişənin daimi BMT-nin qəbul etdiyi 30 aprel 1993-cü il tarixli, 822 saylı, 29 iyul 1993-cü il tarixli , 853 saylı, 14 oktyabr 1993-cü il tarixli, 874 saylı, 12 noyabr 1993-cü il tarixli Qətnamələri çərçivəsində həll olunması ilə bağlı sona qədər fəaliyyətini davam etdirdi. Lakin 26 sentaybr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu irimiqyaslı təxribatının qarşısını alınması ilə bağlı hərbi əməliyyatları başlamaq məcburiyyətində qaldı. Münaqişənin həlli istiqamətində 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün bütün səylərini davam etdirir. Lakin Ermənistan tərəfi Fransa kimi hökümətlərin əlində siyasi alətə çevrilməklə yenidən sülh prosesinə zərbə vurur. Qəbul edilmiş Qətnamə sülh danışıqlarına və sülh müqaviləsinin bağlanması prosesinə böyük zərbədir. Qətnamə beynəlxalq hüququn prinsiplərinə ziddir. Əlcazairdə, Ruanda da 2 milyona yaxın insanı soyqırıma məruz qoyan Fransa dövlətinin prezidenti E.Makronun korporativ maraqlardan çıxış etməsini şiddətlə qınayır və hökuməti ermənilərin separatçı mövqeyini dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxdığını bəyan edirik.
Səməd Vəkilov - Müvəkkil Hüquq Mərkəzinin sədri
16-11-2022, 15:53

15-11-2022, 18:37
Yeni böhrana hazır olun! - Ərdoğandan xəbərdarlıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 sammitində iştirak edib. Ərdoğan sammitdə önəmli mesajlar verib. Türkiyə lideri dünyanı yeni ərzaq böhranına hazır olmağa çağırıb. O, eyni zamanda dünyanın aparıcı ölkələrini böhrandan xilas olmaq üçün təcili tədbirlər görməyə səsləyib: "Dünya buğda, günəbaxan yağı və qarğıdalı ilə yanaşı, düyüdə də böhran ehtimalı ilə üzləşib. Gübrə bazarı sürətlə sabitləşməlidir. Əks halda, gələn il daha böyük ərzaq böhranı yaşayacağıq. İxrac olunan taxılın ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya təcili çatdırılması üçün tədbirlər görməliyik".
15-11-2022, 18:35
Albaniyada Azərbaycan Həftəsi keçiriləcək “Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm. Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm”. Bunu Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman bildirib. O qeyd edib ki, bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir: “Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür. Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”.
15-11-2022, 18:33
Rusiya Kiyevi raketlə vurduRusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə və Kiyev şəhərinə raket zərbələri endirib. Bu barədə “Strana” məlumat yayıb. Bildirilib ki, Ukraynanın Sumı və Odessa vilayətlərində də partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb. Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalının verilməsi barədə məlumatlar yayılmışdı.
15-11-2022, 18:32
Prezident albaniyalı həmkarı ilə bu məsələləri müzakirə etdi“Mən sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək İşçi Qrup tezliklə birinci iclası keçirtməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib. Azərbaycan Prezidenti albaniyalı həmkarı ilə bu gün qaz sahəsində əməkdaşlıq, əldə edilmiş nailiyyətlər və görüləcək işlər haqqında fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb. Dövlət başçısının sözlərinə görə, ancaq enerji sektorundan əlavə digər sahələrdə də əməkdaşlıq üçün çox yaxşı imkanlar var: “Qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsi – bütün bu sahələr, bilirəm ki, sizin ölkəniz üçün və bizim üçün də prioritet təşkil edir. Ona görə də bu istiqamətlər üzrə əminəm ki, biz inamla addımlayacağıq”.
15-11-2022, 18:30
Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var - Prezident"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var". Bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatına bildirib. "Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son iki ölkə arasındayıq. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir", - Prezident vurğulayıb.