Putinin helikopterini vurmağa çalışdılar .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir - Sibiqa .....                        Kiyev Azərbaycanın bu qərarını alqışlayır .....                        Təhlükəli yük daşıyan konteyner gəmisi batdı .....                        Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        II və III qruplar imtahan verdi .....                        Ukraynanın Bərpası Konfransında iştirak edəcəyik - Nazir .....                        Nazirlərin geniş tərkibdə görüşü başladı .....                       
1-03-2025, 18:38
Parisdə verilən 220 medal geri qaytarılıb


Parisdə verilən 220 medal geri qaytarılıb

2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçılarından 220 şikayət daxil olub.
Bu barədə Paris Zərbxanası məlumat yayıb. Bildirilib ki, medallarında problem yaranan atletlər üçün yeni medal hazırlanaraq təhvil verilir.
Olimpiya oyunları vaxtı verilmiş 5084 medalın 4 faizinin qüsurlu olduğu ehtimal edilir. Ən ciddi problem bürünc medallarda müşahidə olunur.
1-03-2025, 18:04
Putin-Zelenski görüşü bir şərtlə baş tuta bilər


[b]Putin-Zelenski görüşü bir şərtlə baş tuta bilər[/b]

Ukrayna məsələsində ABŞ-nin haradasa Rusiya ilə uzlaşması Kiyevin maraqları ilə ziddiyət təşkil edir. Çünki ABŞ ilə Rusiya danışıqlarda Ukraynanın maraqlarını heç də önəmli saymırlar. Səudiyyə Ərəbistanında, eləcə də İstanbulda baş tutan ABŞ-Rusiya görüşlərinə Ukrayna Prezidenti Volodimir Zelenskinin çağırılmaması bunun əyani sübutudur.
Belə olan halda Zelenskinin alternativ axtarışında olacağı şübhə doğurmur. Elə Səudiyyə Ərəbistanında görüş gedərkən onun da Türkiyədə səfərdə olması bunu göstərdi.
Zelenskinin İstanbulda Putinlə görüşmək istəyini ortaya atıb-atmadığı maraq doğurur. Çünki münaqişənin başlandığı gündən mövqeyini dəyişməyən təkcə Türkiyə olub.
Mövzu ilə bağlı siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsini dayandırmaqda maraqlıdır:
“Rusiya və Ukrayna tərəfinin mövqeləri burada fərqlənir. Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Rusiya ilə görüşmək üçün çalışır. Onun Türkiyəyə səfərini də bu çərçivədə düşünmək lazımdır. Türkiyə özü də maraqlıdır ki, Rusiya-Ukrayna münaqişəsi qlobal və regional ikitərəfli münasibətlər kontekstində öz həllini tapsın. Türkiyənin Ukrayna və Rusiya ilə münasibətləri var. Həm də belə bir qlobal krizisdə Türkiyənin oynayacağı fəal rol beynəlxalq səviyyədə onun strateji mövqeyini daha da təsirli hala gətirəcək. Bu baxımdan Türkiyə maraqlıdır".
Ekspert vurğulayıb ki, burada iki mühüm məsələ var:
"Rusiya Ukrayna böhranını ABŞ ilə münasibətlərin gündəliyində olan nüanslardan biri kimi görür. Rusiya bu məsələnin ABŞ tərəfindən ortaya atıldığını, Zelenskinin də sadəcə ABŞ-nin maraqlarını yerinə yetirən fiqur olduğunu söyləyir. ABŞ ilə məsələlərin razılaşdırılmasını Ukrayna böhranının dayandırılmasında əsas sayır. Rusiyaya görə yalnız amerikalılar Ukraynanı sülh masasına oturda bilər, başqa heç bir ölkə bunu edə bilməz. Bu da təbiidir. Çünki ABŞ Ukraynanın ən böyük geosiyasi, iqtisadi, hərbi dəstəkçisidir. Digər yandan, Ukrayna məsələsini ruslar yeni düzənin bir parçası kimi düşünür. Hesab edirlər ki, Ukrayna məsələsində ABŞ ilə razılıq yeni düzənin ilk işarələrindən biri olacaq. Ona görə də ABŞ ilə razılaşmaq istəyirlər. Rusiya buna görə də Vaşinqtonla birinci Ukrayna məsələsini razılaşdırıb daha sonra digər mövzuları müzakirə etmək istəyir. Çünki Ukrayna münaqişəsi Rusiya-ABŞ məsələlərinin sadəcə ən gündəmdə olanıdır. ABŞ ilə Rusiya bu məsələyə başqa adamı daxil etmək istəmir. Türkiyədə Putin-Zelenski görüşünə Rusiya müsbət cavab verməz. Bir halda - amerikalılarla razılaşdırdıqdan sonra buna müsbət cavab verə bilərlər. Yəni ABŞ biz hərbi, geosiyasi, iqtisadi imkanlarımızı məhdudlaşdırıq, gedin razılaşın desə, bu mümkün ola bilər. Amma ruslar da, amerikalılar da bunu birbaşa və birmənalı etməyəcəklər".
1-03-2025, 17:41
Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə etdi


Hakan Fidan Lavrovla Ukrayna məsələsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Xarici işlər nazirləri Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.
1-03-2025, 17:35
ABŞ-Avropa müttəfiqliyi sona yetir - Türkiyə faktoru önə çıxır


ABŞ-Avropa müttəfiqliyi sona yetir - Türkiyə faktoru önə çıxır

Ukrayna məsələsində ABŞ-nin haradasa Rusiya ilə uzlaşması Avropanı narahat edir. Avropa-ABŞ münasibətləri, müttəfiqliyi sual altına düşür. 28 fevral tarixli Tramp-Zelenski görüşündən sonra Avropa liderlərinin Ukrayna prezidentinə dəstək paylaşımları da belə deməyə əsas verir. Ondan öncə ABŞ administrasiyasının Avropaya verdiyi mesajlar iki tərəf arasındakı müttəfiqliyin artıq olduqca kövrək olduğunu göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, ABŞ-Avropa münasibətlərinin tədricən daha balanslı şəkildə formalaşacağını gözləmək olar:
“Zelenskiyə Avropanın dəstək verməsi Rusiyanın Ukrayna ilə bağlı proseslərdə önə çıxması və geosiyasi manevr imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Ukraynaya dəstək verməklə onu masada və siyasi arenada dik tutmağa çalışırlar. Təbii ki, bu həm də Avropa ilə ABŞ arasında münasibətlərin sərtləşməsinə xidmət edir. Avropada artıq həm Fransadan, həm Böyük Britaniyadan, xüsusilə də Almaniyadan belə səslər yüksəlir ki, artıq ABŞ-nin təhlükəsizlik rolu oynamadığı geosiyasi balans qurmalıyıq. Avropanın ABŞ ilə bugünkü iqtisadi balans, siyasi münasibətlərinin mənzərəsi yetərincə dərindir. Bu, son 80 ilin müxtəlif siyasi, iqtisadi, mədəni, texnoloji istiqamətlərini özündə ehtiva edən ciddi və köklü prosesdir. Bunun birdən-birə dəyişməsi, köklü şəkildə ortadan qalxması çox gözlənilmir. Amma yavaş-yavaş ənənəvi ABŞ-Avropa münasibətlərinin daha balanslı şəkildə formalaşması gözlənilə bilər. Təbii ki, burada ciddi iqtisadi imkanların, siyasi iradənin, hərbi potensialın meydana girməsi çox vacibdir. Bugünkü vəziyyətdə bunların qısa müddətdə həyata keçməsi çox da mümkün görünmür”.



Ekspert qeyd edib ki, bu proses ilk növbədə iqtisadi baxımdan özünü göstərəcək:
“ Amerikalılar, bəli, siz özünüzə baxın deyirlər, amma bu, ilk növbədə iqtisadi cəhətdən özünü göstərəcək. ABŞ Avropaya onları qoruduğunu, amma bunun ciddi xərc tələb edən məsələ olduğunu deyir. Yəni bu xərclərin qarşılanmasını istəyir. Bir sözlə, avropalılardan hərbi büdcələrini artımlarını istəyir. Bayden administrasiyası dövründə bu həcmin ÜDM-in 2%-i tələb olunurdu. Tramp administrasiyası isə bu miqdarın kifayət etmədiyini, bunun 5%-ə çatmalı olduğunu düşünür. Getdikcə büdcənin artırılması istiqamətində işlər planlaşdırılır. Büdcənin artırılması müdafiə xərclərinin artırılması və ona yönəlik istiqamətləri də gündəmə gətirəcək. Avropada ordunun gücləndirilməsi, buna görə də silahların alınmasına ehtiyac var. Avropanın öz imkanları bu silahların təmin edilməsində yetərli deyil. Belə olan halda ABŞ müdafiə sənayesi meydana girəcək. Bu da ABŞ büdcəsinə xeyli pulların daxil olması deməkdir. Avropalılar qısa müddətdə ordularını lazımi səviyyəyə gətirə bilməyəcək. Beləliklə də, keçid müddətində amerikalılar avropalılardan müdafiə qarşılığında pul alacaqlar. Bu, təhlükəsizlik xidməti qarşılığında Avropanın müxtəlif sektorlarda ABŞ-yə investisya qoyması şəklində və ya hansısa müdafiə xərclərinin ödənilməsi formasında təzahür edə bilər. ABŞ-nin hərbi büdcəsi təxminən 1 trilyon dollardır. Bu məbləğ ondan sonrakı 12 hərbi gücün müdafiə xərclərinin toplamına bərabərdir. ABŞ kobud şəkildə ifadə etsək, Avropaya "hərbi büdcəni siz ayırırsınız, biz də müdafiə xidməti veriririk" deyəcək. Avropalılar orta və uzun müddətdə öz başlarının çarəsinə baxmağa çalışacaqlar. Bu çərçivədə NATO-nun gücləndirilməsi məsələsi gündəmə gələcək. NATO-ya ayrılan vəsait təxminən 1 trilyondur, onun da üçdə ikisini ABŞ verir. Önümüzdəki dövrdə xərclərin daha çox Avropa ölkələrinin üzərinə yıxılması prosesi gedəcək. Bu prosesin məntiqi nəticəsi olaraq Almaniya, Britaniya kimi ölkələrin müdafiə xərclərinin artırılması məsələsi gündəmdədir. Proses Avropa üçün Türkiyənin strateji əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Artan Rusiya təhdidi və azalan ABŞ himayəsi fonunda bu təbii hal alır. Beləliklə də, Türkiyənin hərbi imkanlarından istifadə etmək, ona iqtisadi dəstək vermək kimi istiqamətlər önümüzdəki dövrdə çox daha fəal şəkildə təzahür edəcək”.
1-03-2025, 17:03
Hacıqabulda qatar uşağı vurub öldürdü


Hacıqabulda qatar uşağı vurub öldürdü

Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatında bildirilib.
Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.
1-03-2025, 17:01
Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”


Paşinyan Bakıya təklif verib: “Hələ açıqlaya bilmərəm”

Baş nazir Nikol Paşinyan bir neçə gün öncə iki ölkə arasındakı nizamlanmaya dair rəsmi Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul sayılan həll təklifi verdiyini bildirib.
Martın 1-də erməni jurnalistlər Paşinyandan söhbətin hansı təklifdən getdiyini soruşublar.
KİV-in sualına cavab olaraq Paşinyan bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz:
“Azərbaycandan cavab aldıqdan sonra təkliflə bağlı daha ətraflı açıqlama veriləcək. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan təkilfə razıdır və o, ictimailəşdirilməlidir; təklifin ictimailəşdirilməsi müəyyən mənada Ermənistana mənəvi haqq verəcək”.

1-03-2025, 16:14
"Ukrayna tək deyil" - Almaniya xarici işlər naziri


"Ukrayna tək deyil" - Almaniya xarici işlər naziri

Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləyir və Rusiyanın təcavüzünə qarşı çıxır".
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Trampla Zelenski arasında qalmaqallı görüşü şərh edərkən deyib.
"Ukrayna Almaniya, Avropa və digər ölkələrin davamlı dəstəyinə arxalana bilər", - nazir X hesabında qeyd edib.

1-03-2025, 15:58
Zelenski Britaniyadadır


Zelenski Britaniyadadır

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi şənbə günü Böyük Britaniyaya enib.
Bu barədə CNN məlumat yayıb.
Zelenski sabah Londonda Kiyevə dəstəyi müzakirə etmək üçün yığışan Avropa liderlərinin sammitində iştirak edəcək.
1-03-2025, 15:50
İlon Maskın 14-cü övladı dünyaya gəlib


İlon Maskın 14-cü övladı dünyaya gəlib

İlon Mask yenidən ata olub. Dünyanın ən zəngin adamı - "Tesla" və "SpaceX" şərkətlərinin sahibi olan İlon Maskın 14-cü övladı dünyaya gəlib.
“Neuralink”in meneceri Şivon Zilis İlon Maskdan 4-cü övladını dünyaya gətirib. Seldon adı verilən körpə oğlandır.
2021-ci ilin noyabrında Maskla Zilisin Strider və Azur adlı əkiz oğlanları doğulub. Keçən il isə Arkadiya adlı bir qızları dünyaya gəlib.
İlon Mask bir neçə dəfə evli olub. Maskın birinci həyat yoldaşı Castin Vilsondan 5 oğlu dünyaya gəlib. Onlar 21 yaşlı əkizlər və 19 yaşlı üçəmlərdi.
İlon Maskın kanadalı müğənni Qraymsdan da 3 övladı var.
1-03-2025, 14:47
Jurnalist Fatimə Mövlamlı barədə qərar verildi


Jurnalist Fatimə Mövlamlı barədə qərar verildi

“Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılan jurnalist Fatimə Mövlamlı barəsində qərar verilib.
Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmə qərarına əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!