Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
8-09-2025, 16:39
Ali məktəblərə qeydiyyat müddəti uzadıldı


Ali məktəblərə qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb.
Bu barədə DİM-dən məlumat verilib.
Abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da start veriləcək və 15 sentyabr saat 18:00-dək davam edəcək.
8-09-2025, 16:32
Dərslər başlayanda marşrut xətlərinə 2300-dən çox avtobus buraxılacaq


Dərslər başlayanda marşrut xətlərinə 2300-dən çox avtobus buraxılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.
AYNA-dan verilən məlumata görə, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1780 ədəd, 2023-cü ildə 2011 ədəd, 2024-ci ildə isə 2180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2200 avtobus istismar edilir. Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib.
Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.
2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.
8-09-2025, 16:20
Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir


Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir

2025-ci ilin yeddi ayında Çindən 225 blok-qatar qəbul edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir.
“Bu ilin əvvəlindən etibarən Pekindən və Çinin Şansi, Quandoun və Çjetszyan əyalətlərindən Transxəzər marşrutu üzrə Çin-Avropa qatarları Azərbaycan üzərindən uğurla yola düşüblər. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm”, - diplomat qeyd edib.
8-09-2025, 16:11
Ukrayna Ordusu Donetskdə bir kəndi ruslardan azad etdi


Ukrayna Ordusu Donetskdə bir kəndi ruslardan azad etdi

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Vladimirovka kəndini ruslardan azad edib və bir sıra digər yaşayış məntəqələrindən işğalçıları sıxışdırıb.
Bu barədə DeepState analitik layihəsi məlumat yayıb.
“Ukrayna Müdafiə Qüvvələri Vladimirovkanı təmizləyib, Razino, Zolotoy Kolodeziya və Novotoretske yaxınlığında düşməni geri sıxışdırıb”, - məlumatda deyilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski xatırladıb ki, avqust ayında Ukrayna ordusu Pokrovski istiqamətində 5 kvadrat kilometr ərazi itirib, lakin 26 kvadrat kilometr əraziyə nəzarəti bərpa edə bilib.
8-09-2025, 15:48
Ermənistan günü sabah sərhədləri açmağa hazırdır - Rubinyan


Ermənistan günü sabah sərhədləri açmağa hazırdır - Rubinyan

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü yaxın günlərdə Ermənistanda baş tutacaq.
Bunu jurnalistlərlə söhbətində İrəvanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, qarşıdan gələn iclasda prosesin bütün məsələləri, həyata keçirilən və həyata keçiriləcək addımlar müzakirə olunacaq. Rubinyan son iclasda Qars-Gümrü dəmir yolunun texniki parametrlərinin müzakirə edildiyini, tarixi Ani körpüsünün də bərpasının nəzərdə tutulduğunu xatırladıb.
Rubinyan görüşün dəqiq harada - İrəvanda və ya sərhəddə keçiriləcəyini açıqlamayıb.
R.Rubinyan bildirib ki, Ermənistan günü sabah da Türkiyə ilə sərhədlərini açmağa və diplomatik əlaqələr qurmağa hazırdır.
O əmin edib ki, Ermənistan tərəfindən heç bir maneə yoxdur:
“Əgər iradə olarsa, bu, qısa müddətdə baş verəcək”, - deyən Rubinyan Ermənistan tərəfdən heç bir şərt olmadığını xatırladaraq, bu istiqamətdə işlərin davam etdiriləcəyini söyləyib.
“Vaşinqton razılaşmaları, şübhəsiz ki, regionda və ondan kənarda vəziyyətə müsbət təsir edəcək çox mühüm hadisədir”, - deyə Ruben Rubinyan əlavə edib ki, İrəvan nikbindir.
Rubinyan qeyd edib ki, qarşıdakı götrüşdə bütün proses məhz sərhədlərin açılmasına diplomatik münasibətlərin qurulmasına yönəlib.
8-09-2025, 15:30
Lənkəranda iki maşın toqquşub - xəsarət alanlar var


Lənkəranda iki maşın toqquşub - xəsarət alanlar var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.
Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.
E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış hüquqşünasdır, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.
Faktla bağlı araşdırma aparılır.
8-09-2025, 15:29
Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi


Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilərək Sumqayıt Sənaye Parkı adlandırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
8-09-2025, 15:26
Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr oldu


Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr oldu

İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı il iyunun 16–19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Baş nazirin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov - iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.
8-09-2025, 15:13
Azərbaycanda bu qanuna dəyişiklik edilir


Azərbaycanda bu qanuna dəyişiklik edilir

Milli Məclisin Regional məsələlər komitəsinin iclasları başlayır.
Komitənin 2025-ci ilin payız sessiyası üçün ilk iclası sentyabrın 16-na planlaşdırılıb.
Komitənin gündəliyinə 3 məsələ daxil edilib. Onlardan biri komitənin ötən sessiyadakı fəaliyyəti barədə hesabat, digəri Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsidir.
Siyavuş Novruzovun rəhbərlik etdiyi komitənin payız sessiyası çərçivəsində ilk iclası zamanı “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə ediləcək.
8-09-2025, 14:59
Azərbaycanlılara qarşı cinayətlərlə bağlı sənədlər məhkəmədə


Azərbaycanlılara qarşı cinayətlərlə bağlı sənədlər məhkəmədə

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.
Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.
Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.
Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiririblər. Onun yaşadığı binada yaşayan Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.
Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.
Əlavə sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar, 1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərində evlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları, Xankəndi Pedaqoji İnstitunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviç barəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da Qurbanov Ələkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini Əsədova Ofeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobil karvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarət yetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanın kobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazax rayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basın edilməsi, Şərur rayonunun Günnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digər faktlarla bağlı olub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!