Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
13-02-2023, 21:12
Vizaların qarşılıqlı ləğvində Rusiyanın fikrini gözləyirik - İran səfiri


Vizaların qarşılıqlı ləğvində Rusiyanın fikrini gözləyirik - İran səfiri

Rusiya və İran iki ölkə vətəndaşları üçün vizanı qarşılıqlı şəkildə ləğv edə bilər. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. O qeyd edib ki, Tehran vizaların qarşılıqlı ləğv edilməsi üçün müraciət edib və Rusiya rəsmilərindən cavab gözləyir. “Belə bir perspektiv var. İran iki ölkə arasında vizaların ləğvinə razıdır. Hətta bu məsələ ilə bağlı ölkəmizdə də addımlar atılıb. Rusiya rəsmilərinin fikrini gözləyirik. Əgər Rusiya razı olsa, biz qısa zamanda vizasız rejimə keçə bilərik”, - deyə Cəlali mətbuat konfransında vurğulayıb.
13-02-2023, 21:06
Azərbaycanlı tələbələrin qaldığı binada axtarışlar davam edir


Azərbaycanlı tələbələrin qaldığı binada axtarışlar davam edir

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin yaşadığı binada axtarışlar davam edir. Xilasedicilər 8 gündür 4 azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binada axtarışlar aparır. Binada axtarış-xilasetmə işlərini həyata keçirən xilasedicilərdən biri Baku TV-yə açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: “Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik”.
13-02-2023, 21:03
BDU-nun 2 saylı korpusu yenidən təmir olunur


BDU-nun 2 saylı korpusu yenidən təmir olunur

Bakı Dövlət Universitetində (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb. Universitetdən verilən məlumata görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.
13-02-2023, 20:51
Azərbaycanla olan dostluğumuz uzun tarixə söykənir - İtaliyalı nazir


Azərbaycanla olan dostluğumuz uzun tarixə söykənir - İtaliyalı nazir

"Biz Azərbaycanın tarixi dostuyuq". Bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib. "Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam. Artıq neçənci dəfədir ki, Azərbaycana səfər edirik. Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən burada qəbul olunmuşdur. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfəri ilə bizi şərəfləndirdi. Həmin il Azərbaycan mədəniyyətinin İtaliyada mühüm ili oldu və sonra dövlət başçısı yenidən ölkəmizə səfər etdi. Mən isə nazir kimi, - həmçinin Azərbaycana əvvəllər də səfər etmişəm, o vaxt mən xarici ticarət naziri idim, - 2020-ci ildə etdiyim səfərə gəldikdə, bu, mənim məhz ərazilərin işğaldan azad edilməsindən sonra, müharibədən sonra etdiyim ilk səfər idi. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq", - deyə nazir bildirib.
13-02-2023, 15:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
13-02-2023, 15:43
İran terror aktıyla bağlı Azərbaycana hələ də məlumat verməyib


İran terror aktıyla bağlı Azərbaycana hələ də məlumat verməyib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, İran istintaqla bağlı Azərbaycana hələ də məlumat verməyib. "İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi ilə bağlı bizdə hansısa məlumat yoxdur”, - XİN rəsmisi qeyd edib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisə səbəbindən Azərbaycanın İrandalı səfirliyi fəaliyyətini dayandırıb.
13-02-2023, 15:40
Zəlzələ qurbanlarının sayı 31 mini keçib


Zəlzələ qurbanlarının sayı 31 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
13-02-2023, 15:37
Bir neçə il ərzində qoyulan vəsaitin geri qayıdacağına əminəm - Prezident


Bir neçə il ərzində qoyulan vəsaitin geri qayıdacağına əminəm - Prezident

Yeni stansiyada iş əmsalı çox yüksək olacaq və təbii qaza böyük qənaət olacaq. Bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Yəni, bu, hərtərəfli uğurlu bir layihədir.
13-02-2023, 15:34
Ermənistan müxalifəti Türkiyəyə humanitar yardıma görə Paşinyanı tənqid etdi


Ermənistan müxalifəti Türkiyəyə humanitar yardıma görə Paşinyanı tənqid etdi

Ermənistan müxalifəti Paşinyan hakimiyyətini Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verdiyinə və humanitar yardım göndərdiyinə görə tənqid edib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın liderliyi ilə qurulan parlamentdəki "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan İrəvanın zəlzələ ilə bağlı addımlarını "qədərindən artıq" adlandırıb. O, Türkiyənin 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycana göstərdiyi fəal dəstəyi xatırladıb və Ankaranın İrəvana "düşmən münasibəti" göstərdiyini bəyan edib. "Ankaraya qarşı bu cür münasibət indi heç bir məntiqi çərçivəyə sığmır. Türkiyənin Ermənistan istiqamətində bundan sonrakı siyasəti ona göstərilən humanitar yardım və ya Ermənistanın ali rəhbərliyinin çoxsaylı başsağlığı ilə müəyyən edilməyəcək", - deyə erməni deputat hakimiyyəti tənqid edib.
13-02-2023, 15:29
Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur - Deputat


Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur - Deputat

"Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili üçün Ermənistan tərəfinin heç bir ilkin şərti yoxdur". Bunu Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Sarkis Xandanyan deyib. "İrəvan hər hansı vasitəçinin təkliflərini nəzərdən keçirməyə hazırdır və Tbilisinin səyləri müsbət qiymətləndirilir", - deyə o bildirib. "Ermənistan tərəfinin iştirakı konkret andakı vəziyyətdən, görüşün gündəliyindən asılıdır", - deyə deputat əlavə edib. Qeyd edək ki, bundan əvvəl İrəvan Moskvada keçirilən üçtərəfli görüşdən imtina etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!